Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Günümüzün ustad aĢıqları 
 
31 
 
 
 
ĠNDĠ 
 
Ana xilqətindən zühr olan zaman
Verdi tərbiyəmi ay atam, indi. 
Bu dünyanın nazı-nemətlərindən, 
Qaldı dəhanımda aya tam indi. 
 
Soydurursan müxənnətin dərisini, 
Dar məzara göndərirsən dərsini, 
Kim alıbdı hər elimdən dərsini, 
Seçibmi Quranda ayə tam indi. 
 
Geyinibdi yar qəddinə yar ağı, 
Şərbətdi Ədalətə versən, yar, ağı. 
Götürüb əlimə oxu, yarağı, 
Müxənnət sərinə ay atam, indi. 
 
 
BAĞLA 
 
Ey qəlbi qarnlıq, möhtədil xəstə, 
Birinci sidqini mövlaya bağla
On səkkiz min aləm, külli kainat, 
Xəlq eyləyən ərşi- səmaya bağla. 
 
Dünyaya nə qədər peyğəmbər gəlib, 
Neçə mürsəl gəlib, neçə ər gəlib. 
Əliyə Zülfiqar, qul-Qənbər gəlib, 
Dül-dül suvar, ol Mürtəzaya bağla. 
 
O qəbirdə yalqız qalan vaxtında, 
Nakreyillər xəbər alan vaxtında, 
Odlu gürzü başa çalan vaxtında, 
Dil tutulub, sızlar əzaya bağla. 


Ədalət Nəsibov
 
 
32 
Alimlər quranda gözlər yasini, 
Ovçular marıxda gözlər yasini. 
Ədalətin yada düşüb yasini, 
Pənci-şəfi ali əbaya bağla 
 
 
SƏN  OLDUN 
(Deyişmə) 
 
Elbrus – Ədalət aşıq tək düşüb dillərə, 
Gözəl havaları çalan sən oldun. 
Tərifin düşübdür bir çox dillərə
Saz ustası adın alan sən oldun. 
 
Ədalət – Xalqım hər an sevmiş xoş avazımı, 
Dərsi də ustaddan alan mən oldum. 
Hər böyük məclisdə alıb sazımı, 
Hər zaman həvəslə çalan mən oldum. 
 
Elbrus – Əl vurdun tellərə o, dilə gəldi, 
Toxundun pərdəyə o zilə gəldi, 
Ucaldı xoş səsi, şər elə gəldi, 
Mavi ekranda da, çalan sən oldun. 
 
Ədalət – Atam öyüd verdi, tərbiyə etdi
Ustad aşıqlar da, dadıma yetdi, 
Sönmədi həvəsim mənimlə getdi, 
Sənətdə qələbə çalan mən oldum. 
 
Elbrus – Bizlərə xoş gəlir aşıq nəğməsi, 
Ruhları oxşayır bu sazın səsi. 
Cəlb edir özünə sevən hər kəsi 
Elbrusu eşqə salan sən oldun. 
 
Ədalət – Ədalətəm, qəlbim elə bağlıdır, 
Bir də ki, sazımda telə bağlıdır, 
İlhamım bir coşqun selə bağlıdır, 
Sənətimə sadiq qalan mən oldum. 


Günümüzün ustad aĢıqları 
 
33 
 
GÖZƏL 
 
Mən necə aşıq olmuşam 
Sən tək zülfü mara, gözəl. 
Bil ki, ürəkdən sevirəm 
Istər qəlbim ara, gözəl. 
Gülün aşiqi bülbüldü 
Həmdəm olmaz xara, gözəl. 
Aşiq ilqarından dönməz 
Çəksələrdə də dara, gözəl. 
 
Eşqindən Məcnun edib, 
Eylədin divanə məni. 
Süzdürüb qaş-gözünü, 
Salmayan gümana məni. 
Qadir Allah qovuşdursun, 
Ürəkdən sevən sevəni. 
Bu arzuma kömək etsin, 
Cəddi İmamzada, gözəl. 
 
Şirin kimi zülm eyləmə 
Dağlar çapan o Fərhada. 
Yazıq Kərim Əsli deyib, 
Özünü yandırdı oda. 
Bir ovçuyam şikarımı 
Itirmişəm bu səhrada. 
Ədalətəm, atəşinə 
Yanıram aşikarə, gözəl. 
 
 
 


Ədalət Nəsibov
 
 
34 
 
SƏNNƏN 
 
Səni vəfalı görürəm, 
Var ol dostum, varam sənnən, 
Dərin məhəbbət əhli sən, 
Çox yaxındı aram sənnən. 
 
Gözün qara, qaşın qələm, 
Kərəm eylə dinlə hələm. 
Sənin də mən xoşuna gələm, 
Sağalarmı, yaram sənnən. 
 
Sənin kimi bəndə hanı, 
Kəlmələrin kövhər kanı. 
Saçların heç ağararmı, 
Oturubnan duram sənnən. 
 
Ey Ədalət, denən varam, 
Dost yolunda intizaram. 
Anamdan yeni olaram, 
Ömrü başa vuram sənnən. 
 
 
OLSUN 
 
Budur insanlığın şərti əzəldən
Gərək ki, insanda sədaqət olsun. 
Ölüncə dönməsin dediyi sözdən, 
Istərsə başında qiyamət olsun. 
 
Insan gərək sadiq olsun Vətənə, 
Aldanmasın hər azğına, yetənə, 
Dostun uzaqlaşıb yada bitənə, 
Deyin öz-özünə xəcalət olsun. 


Günümüzün ustad aĢıqları 
 
35 
Siz çağırın gəlsin yaxşı insanı, 
Özü çəksin dosata gələn qadanı. 
Qanana qurbandı Ədalət canı, 
Istəyir həyatı nəhayət olsun. 
 
 
TƏRSĠNƏ 
 
Zəhmət çəkib şair belə söz yazıb, 
Insaf elə səhv danışma tərsinə. 
 
Aşıq deməz tərsinə, 
Ovandı nə, tərsi nə. 
Cavab verə bilməzsən, 
Söz gələndə tərsinə. 
 
Sənin üçün eyib deyil bilməmək, 
Özyanınnan gaf danışma tərsinə. 
 
Bülbül cəh-cəh vurur, nə havasına, 
Qış gedə, yaz gələ nə havasına. 
 
Aşıq nə havasına, 
Gəzir nə havasına, 
Oxuduğun söz nədir 
Gəlir nə havasına. 
 
Desəniz oxuyum nə havasına, 
Qayda qafiyə taf danışma tərsinə. 
 
Bir sevgim var, get elçi düş al mənə, 
Xəstə üçün nar yaxşıdır, alma nə? 
 
Aşıq deyər al mənə, 
Yaşıl mənə, al mənə, 


Ədalət Nəsibov
 
 
36 
Vəfalı dost deyildim, 
Nahaq verdin əl mənə. 
 
Əgər könlün istəsə də alma, nə, 
Ədalətdən laf danışma tərsinə. 
 
 
GƏL 
 
Pərisgarım, umudvarım 
Ya Əli, imdada gəl. 
Mən isminin aşiqiyəm 
Tut əlində badə gəl, 
Ustad oglu şəyird olmaz 
Atalardan misal var, 
Dərdi möhnət xəstəsiyəm 
Olmuşam ziyada gəl. 
 
İnişallah zəlil olar  
O, sənə şəkk eyləyən, 
Tərk eyləyib yol ərkanı 
Sirrini gileyləyən, 
Çəkəcəkdir əziyyətin  
Bir –birinə söyləyən, 
On bir evlad sahibisən 
Dogru İmamzadə gəl. 
 
Xeyli müddət əyləşmişəm  
Gözləyirəm yolları, 
Qibləgahım darda qoyma 
Mənim təki qulları, 
Əülfəzin, Əlamdarın 
O kəsilən qolları, 
Peşman qoyma Ədaləti 
Məhşəri -üqbada gəl. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə