Ədalət Nəsibov
70
İstər cavan, istər qoca yaşında,
Sirlər dunyası var hər naxışında,
Sənət dünyasının tacı başında,
Sözdə Ələsgərdi, sazda Ədalət
Altayam, coxları çatmaz bu ada,
Hər ikisi bir qəvvasdı dəryada,
Qırxlar məclisində,ərşi- əlada
Sözdə Ələsgərdi, sazda Ədalət.
Ələddin ĠNCƏLĠ
ÇALDI ƏDALƏT
Hər toyda, məclisdə telli sazını
Köksünün üstünə aldı Ədalət
Tilsimkar, ecaskar barmaqlarıyla
Caldı ürəkləri, caldı Ədalət
Sazın qüdrətinə qəlbən inandı
Qəriblə agladı, Kərəmlə yandı
Abbası yad etdi, Alını andı
Sirli xəyallara daldı Ədalət
İncəli, kimlər ki, saza yad oldu,
Nə yazıb yaratdı nədə şad oldu,
Bənzərsiz, təkrarsız bir ustad oldu
Həkk oldu tarixdə qaldı Ədalət.
Günümüzün ustad aĢıqları
71
ĠLDIRIM ƏLĠġOĞLU
BĠLLƏM
Dartılıb gərilən telə dönmüşəm,
Asta cal Ədalət qırıla billəm.
Azca bayatı de yurd kədərindən
Qeyrətdən düşərəm, yorula billəm.
Ruhuna “Cəngi” tut cavan əsgərin,
Qorxunu qəlbindən qovan əsgərin,
Yağının ağzını ovan əsgərin,
Cöküb qədəminə sarıla billəm.
Meşə tək min illər talanmışam mən,
Özgə ocaqlara qalanmışam mən,
Azğın sular kimi bulanmışam mən,
Calgınan, güman var, durula billəm.
Vətən haray cəkib, hamı getməyib,
Vallah, qələbəyə inam itməyib,
Düşmən sevinməsin, davam bitməyib,
Ox olub köksünə vurula billəm.
O taylı qardaşa əlim catmasa,
Araz birliyimə xonça tutmasa,
İldırım Qırxqızda ocaq catmasa
Catlaram, ortamdan yarıla billəm.
Ədalət Nəsibov
72
Barat VÜSAL
ƏDALƏTĠ GÖRƏRKƏN
Köcürdüm dünyadan, görüm üzünü,
Qayıtdım söhbətli sözlü dünyama.
Ay aşıq Ədalət qurban olum mən
Cörəyi səninlə duzlu dünyama.
Götür mizrabını tel paslanmasın,
İz qubar eyləyib, yol paslanmasın,
Bülbül nalə cəkib, gül yaslanmasın,
Gərəksən ogullu, qızlı dünyama.
Fürsət hoy günümdür, harında qalar
Yaram ürəyimdə, dərində qalar
Kərəm Ərzurumun qarında qalar
Əlcatmaz, ünyetməz yazlı dünyama
Sən ki, xəstə idin sazın lal idi,
demə ki, dərdindən bir Vüsal idi,
Azərbaycan Qazax xəstə hal idi,
Qalxdın inanırdın sazlı dünyama.
Səadət BUTA
ƏDALƏT
Sinəmi dağlayıb könül məlalım
Günüm ahü- vayıynan ötür Ədalət.
Başına dolanım “Misri”, “Cəngi” cal,
Dərdi ilim –ilim itir Ədalət
Günümüzün ustad aĢıqları
73
Elə çal, Kərəmi qurtar ünündən,
Şeyx Sənan əl cəksin tərsa dinindən.
Qürbətdə bitməyən xarı gülündən,
Gözəl Qarabağda bitir, Ədalət.
Yusif quyusundan qəmim dərindi,
Yetişib dən-dəndi zəmim dərindi,
“Sarıtel” havandan yaram dərindi,
Loğman ol, ağrımı götür, Ədalət
Sənət meydanında dövran sənindi,
Bir şah oğlu şahsan fərman sənindi,
Butayam, sazınla cahan sənindi,
Həsrətəm, həsrətə yetir, Ədalət.
Sabir PAġAYEV
ƏDALƏT
Gözəl sənətkarsan, gözəldə insan
Bu dünya durduqca yaşa, Ədalət
Ələsgər tək bəxtin küsməsin səndən
Taleyin dəyməsin daşa, Ədalət
Xoşbəxtsən hər yerdə el sevir səni,
Bülbül sevir səni, gül sevir səni,
Danışdır sazında tel sevir səni,
Baharsan baş əymə qışa Ədalət.
Sən saz caldın qəm karvanım dayandı,
Yorğun düşüb yatan ürək oyandı,
Yaxşı insan -insan qəlbi duyandı,
Nadandan, namərtdən haşa Ədalət
Ədalət Nəsibov
74
Aman qardaş köklə “Yanıq Kərəmi”,
Unudum mən bütün dərdi ələmi,
Sən həzin çal mən gətirim qələmi,
Deyək qoşa, yazaq qoşa, Ədalət.
Əli ĠSMAYILZADƏ
ƏDALƏT ÇAL SAZINI
Ədalət, çal sazını
Elin, oban oyansın
Zülümkarlar qarşında
Al qanına boyansın.
Ədalət cal sazını,
El, obaya nəfəs ver.
Bu tayın nərəsində
O taydan haylı səs ver
Ədalət, cal sazını,
Axşamın səhər olsun.
Ayrılıq sona catsın,
Birlik badasi dolsun.
Ədalət, çal asazını,
Ellər ücün qadası
Çal, bu ağır günlərdə,
Təbil, cəngi havası.
Ədalət, çal sazını,
O körpüdən mən kecim
Dayaq olum elimə
Mərdi namərtdən secim.
Günümüzün ustad aĢıqları
75
Ədalət, cal sazını,
Dağıt zülmün evini.
Duman dağdan enərkən
Gəz Azəri elini.
HƏVƏSKAR
SAZIN FƏRYADI
Aman Allah, karvana bax karvana,
Karvandakı o qaşları kamana,
Köc- köc olub Lələ düşüb gumana,
Əslidirmi düyməsini bağlayan?
Kərəmdirmi yurd yerində ağlayan?
Bəlkə Dilqəm dizin-dizin sürünür,
Duman dağa, dağ dumana bürünür,
Lələ gəlib gözlərimə görünür,
Qardaş kimdir sinəmizi dağlayan?
Kərəmdirmi yurd yerində ağlayan?
Odur haray salıb haray qoparan,
Bu dünyamdan o dünyaya aparan,
Bir el şairini elə qaytaran
Ədalətdi sinəmizi dağlayan.
həvəskardı ona könül bağlayan.
SAZDA ƏDALƏTƏM SÖZDƏ VURĞUNAM
Nələr tapdım mən Vurğunu tapanda,
Söz mülkünü çəkəmmədim qapanda.
Bir çümləsi məni qoyub sapanda,
Uzaq atıb, yol gedirəm, yorğunam,
Sazda Ədalətəm, sözdə Vurğunam.
Dostları ilə paylaş: |