Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

Günümüzün ustad aĢıqları 
 
59 
Bu sazın səsində nakam Dilqəm də
Miskin Abdal da var, bu dağlar da var. 
 
Bu sazın səsində qəm də, ələm də, 
Arıf də, alim də, qələndər də var. 
Bu sazın səsində Yanıq Kərəm də, 
Xəstə Qasım da var, Ələsgər də var. 
 
 
KƏRƏMĠ 
 
Sənin ahın da xoş, amanın da xoş, 
Dağla sinəmizi, dağla “Kərəmi!” 
Ziyadxan oğlunun nakam eşqinə 
Yaman ağlayıərsan, ağla, “Kərəm!” 
Dağla sinəmizi, dağla, “Kərəmi!” 
 
Gurlayarsan, gurla belə, çax belə, 
Qəlbimizə süzül belə, ax belə. 
Fəryadınla yandır belə, yax belə, 
O gedən karvanı saxla, “Kərəmi”, 
Dağla sinəmizi, dağla, “Kərəmi!” 
 
Qaytar bir an bizi ötən zamana
Apar fikrimizi dağa-arana. 
Lələli, Kərəmli düşək borana, 
Bağla gədikləri, bağla, “Kərəmi”, 
Dağla siməmizi, dağla, “Kərəmi!” 
 
Canandan ayıldın, can Əsli getdi, 
Yan, ay yazıq Kərəm, yan, Əsli getdi. 
Köçdü Qara Məlik, xan Əsli getdi, 
Bağla yaramızı, bağla, “Kərəmi”, 
Dağla sinəmizi, dağla, “Kərəmi”. 
 


Ədalət Nəsibov
 
 
60 
Şer də səndədi, qələm də səndə
Nəşə də səndədi, ələm də səndə. 
Əsli də səndədi, Kərəm də səndə, 
Çağla, ruhumuztək çağla, “Kərəmi!” 
Bizi yurdumuza bağla, “Kərəmi”. 
 
 
ƏDALƏT 
 
Qəlbini çıxarıb sıxdı köksünə 
Götürüb saz kimi çaldı Ədalət. 
Görənlər söylədi bu nə əfsundur, 
Əqli, ixtiyarı aldı Ədalət. 
 
Özü oxumadı, oxutdu simi, 
Qızışdı “Cəngi” də Koroğlu kimi. 
Elə ki dindirdi “Yanıq Kərəmi”, 
Simlərə bir yanğın saldı Ədalət. 
 
Torpağa məhəbbət, xalqa məhəbbət, 
Nə hüdud tanıdı, nə də ki, sərhəd. 
Sənə öz ürəyin gətirdi şöhrət, 
Sazın bir bəhanə oldu, Ədalət. 
 
 
BARMAQLAR 
 
Həkim qardaş, xeyli olar 
Həsrətdi telə barmaqlar. 
Yalvarıram, bir əlac et, 
Qalmasın belə barmaqlar. 
 
Həkim, aşıq el üçündür, 
Əllərimiz əl üçündür, 
Hər bir barmaq tel üçündür- 
Qıymayın ölə barmaqlar 


Günümüzün ustad aĢıqları 
 
61 
Kim istəməz telli sazın, 
Xoş səsini həzin-həzin. 
O tellərin şəlaləcin, 
Çatdırır elə barmaqlar. 
 
Şəfa ver xəstə yatana
Ruh versin qəmə batana. 
Bəhmən tək gövhər satana 
Gərəkli hələ barmaqlar! 
 
 
 
 
 
 
Mehdixan  KƏLBƏCƏRLĠ 
 
 
 
 
BAX BU SAZDADI 
 
Hər yetən adını daşıya bilməz, 
Dünyanın cəfası bax bu sazdadır. 
O taylı, bu taylı Azərbaycanın 
Yüz Vətən havası bax bu sazdadı. 
 
Neçə aşiqlərin alovu, közü, 
Neçə aşiqlərin səhbəti, sözü, 
Neçə aşiqlərin mənliyi, özü, 
Qəlbinin sədası bax bu sazdadır. 
 
Xalqımın düşməni, dostları, yadı, 
Dədələr Dədəsi Qorqudun adı, 
Abbasın fəryadı, İmanın odu, 
Şəmşirin sevdası bax bu sazdadır. 
 
Aşıq Ədalətin eşqi, hünəri, 
Sənət meydanında böyük zəfəri, 
Qəlbinin sevinci, dərdi, kədəri, 
Hər dürlü nidası bax bu sazdadır. 


Ədalət Nəsibov
 
 
62 
Çiyinlərdə gəzər eli, mahalı, 
Olar dərdlilərin dərdindən halı, 
Qönçə gözəllərin çılğın xəyalı, 
Mərdliyin  nəvası bax bu sazdadır 
 
O gümüş tellərdə nələr var, nələr? 
Gələr görüşünə əsrlər, illər. 
Kəlbəcərli Mehdixanın, ay ellər, 
Dərdinin davası bax bu sazdadır. 
 
 
 
AĢıq Ġlyas ALOVLU 
 
ƏDALƏT 
 
Bərəkallah, xoş avazın varıymış, 
Səni gəlməyəsən gözə, Ədalət. 
Bəli, hər aşiqin hünəri deyil, 
Sənət meydanında dözə, Ədalət. 
 
Leysanında getdi köç də, Lələ də, 
Səsin qulağımdan getmir hələ də. 
Bir insafın olsun, adam belə də 
Divan eylərmi saza, Ədalət. 
 
Bir aləmin səsin, ümman həvəsin, 
Qəlbinə yol tapır hər duyan kəsin, 
Sinəmə dağ çəkdin, deyilmiş bəsin
Təxəllüs vermədin sözə Ədalət. 
 
Tarixmiz çox dahilər itirib, 
Yaddaşımız əkib, səpib, bitirib, 
İndi bildim torpağımız yetirib, 
İlahi istedad, təzə, Ədalət. 


Günümüzün ustad aĢıqları 
 
63 
Əhsən elin bu saz tutan oğluna, 
Bülbül tək gülşəndə ötən oğluna, 
Atəşli salamlar Vətən oğluna, 
Don biçsin əyriyə, düzə Ədalət. 
 
Elə bildim Ələskərsən, Alısan, 
Arif məclisində meydan alısan, 
Alovlunun ürəyindən halısan? – 
Yandırıb döndərdin közə, Ədalət. 
 
 
 
Alay Tovuzlu 
 
ƏDALƏT 
 
Şerin laylasıdı, sazın telidi, 
Sənətdə sultandı, xandı Ədalət. 
Ol Dədə Qorquddan, Zərdüştdən bəri 
Çox elimə asimandı Ədalət. 
 
Gəzdikçə barmağı incə telləri, 
Ecazkar notlanır sazın telləri. 
Şaha baş əyməyən şux gözəlləri 
Ovsunlayıb, ovlayandı Ədalət. 
 
Havaları ruhun, eşqin rəngidir, 
Bütün şairlərin söz çələngidir. 
Bəzən Koroğludur, bəzən “Cəngi” dir, 
Elə sanma saz çalandı Ədalət. 
 
O ustaddır, kəlamları mərd edir, 
Zəif şeri özü üçün dərd edir
Təhrif edənlərin gözün dərd edir, 
Sənət üçün gövhər-kandı Ədalət. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə