Günümüzün ustad aĢıqları
37
GÜLƏRMĠġ
Ustalıq qul olar dil dolaşanda,
Qoçalmış bağbana bar da, gülərmiş.
Dövlətin çox olsa dostun çox olar,
Kasıba kənardan var da gülərmiş.
Qanana bəllidir qanmazın zatı,
Canım mərdə qurban polatdır qatı,
Möytəbər kişinin büdrəsə atı,
Topal şıllaq atıb kor da gülərmiş
Ədalətəm, təbim gəldi talanda,
Fələk vurub ixtiyarım alanda,
Bir igid sıradan dalda qalanda,
Namərd olan kədə, mərdə gülərmiş.
Ədalət Nəsibov
38
AġIQ ƏDALƏT NƏSĠBOVA
ĠTHAF OLUNMUġ ġEĠRLƏR
Nəriman HƏSƏNZADƏ
Xalq Ģairi
ĠDĠ
Ədalətdən mən ədalət istədim,
Sinəmizin dagı yaman dag idi.
Ayrı görüb o yandırdı Kərəmi,
Yandırmasa Kərəm hələ sag idi.
Barmaqları soruşmaqdan bezirdi,
Təzənəsi sağ əlində əsirdi.
Xan Əslini simlər boyu gəzirdi,
Hardan keçib gördüm deyən yox idi.
Bazarı qəm, Kərəm qəmə müştəri,
Yolu uzaq, ara düşmən çəpəri
Qul olmuşdu xan Əslidən ötəri,
Can deyirdi eşitdiyi lağ idi.
Mən qul idim Xan oğlu Xan Kərəmə,
Rəhm eləyin siz, Nəriman- Kərəmə
Toy caldırdı, toysuz qalan Kərəmə
Güləni az, ağlayanı cox idi.
Günümüzün ustad aĢıqları
39
Zəlimxan YAQUB
Xalq Ģairi
ALANA BAX, ALANA
Xallar, güllər bir- birindən öyməli,
Telli sazı calana bax, calana.
Hayandayam heç özümdə bilmirəm,
Məni məndən alana bax, alana.
Görən fikri harda, nədə qalıbdı?
Hansı xaldan canda zədə qalıbdı?
Dirsək dizdə, əl cənədə qalıbdı,
Xəyallara dalana bax, dalana.
Dağ yeriyir, qaya uçur , daş düşür,
Əsli yanır, gözdən qəlbə yaş düşür.
Ərzurumun gədiyinə qış düşür,
Lələ köçür, talana bax, talana.
Saz yaşayır zillər, bəmlər içində,
Ötən güllər, gələn dəmlər içində,
Bir aləmdi, bu aləmlər içində,
Bizdən sonra qalana bax,qalana
Nəsillərin yanğısı var, adında
Hamıdan çox Kərəm qalıb yadında,
Mən desəm ki, külə döndüm odunda,
Deməsinlər yalana bax, yalana.
Ədalət Nəsibov
40
ƏDALƏTĠ DĠNLƏDĠM
Kim keçərdi o keçdiyi yolları,
Kim aşardı o aşdığı yolları,
Kim vurardı o vurduğu xalları,
Əfsanəni , həqiqəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim!
Barmağında köz olmuşdu təzənə,
Biz yanırdıq, ocağa nə, közə nə?
Daş deyərdim alışmayıb dözənə,
“Yandım”deyən təbiəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim!
Tellərə bax, nə hikmətdi, nə sirdi,
Yenə qəlbim güllərinə əsirdi,
Qılınc kimi doğrayırdı, kəsirdi,
Pərdələrdə cəsarəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim.
Heç bilmədi soyuq nədir, isti nə,
Baş endirdi telli sazın üstünə,
Talan oldu, durdu canın qəsdinə
Neçə-neçə hekayəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim!
Kərəm dağda Lələsini itirdi,
Abbas köçü yurddan yurda ötürdü,
Qərib öznü Şahsənəmə yetirdi,
Ayrılıqdan şikayəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim.
Günümüzün ustad aĢıqları
41
Söhbətini baxış dedi, göz dedi,
Tahir yenə Zöhrəsinə döz dedi,
Vaqif çoşdu, gözəllərə söz dedi,
Dönə-dönə məhəbbəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim!
Zili, bəmi bir- birindən təzətər,
Səs-sorağa gəldi- Vurğun, Ələsgər!
Min nəfərlə layla çaldı bir nəfər,
Ölməz olan bir sənəti dinlədim,
Bir məclisdə Ədaləti dinlədim!
A TELLƏR
Yenə nə nalədir, yenə nə səsdir,
Nədir o çəkdiyin haray, a tellər?
Yenəmi ayrıldı Gəncədən Kərəm,
Yenəmi dağıldı saray, a tellər?
Əslinin həsrəti, Qəribin qəmi,
Yükünü kədərdən götürmüş gəmi.
Məcnun intizarı, Leyli sitəmi
Haraya sığışar, haraya, tellər?
Cavan Zəlimxana doğmadır adın,
Qəddar düşmənisən sənətə yadın.
Sən bizi alovdan az yandırmadın
İnsafı gətirsək araya, tellər.
Ədalət Nəsibov
42
Rəfiq ZƏKA
ƏDALƏT
İlhamı yaz kimi, ruhu yaz kimi,
Avazı ilahi bir avaz kimi;
Yenə də əlində tutub saz kimi
Sədalı könlünü çalır Ədalət.
Bir az sadəlövhdür, bir az da ürkək,
Bütün varlığıyla ürəkdir, ürək,
Birdən görürsən ki, yanır Kərəmtək,
Birdən Tufarqanlı olur Ədalət.
Mübarək telləri ləpələndirir,
Çalır, böyükləri körpələndirir,
Yüksəldir ruhları qəlbiləndirir
Özünü odlara salır Ədalət.
O Məcnun aşıqdır, aşiq aşıqdır,
Sənət Leylasına sadiq aşıqdır,
Aşıq Ələsgərə layiq aşıqdır,
Bir özgə alımə dalır Ədalət.
Qəlbimdə sim olub sazın hər simi,
Onun oylağıdır sevda iqlimi,
Min insan içində təklənir kimi,
Sazıyla baş- başa qalır Ədalət.
Dostları ilə paylaş: |