Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

 
64 
Şəkil  7.2-də  siklin  orta  təzyiqinin  həndəsi  təsviri  verilmişdir.  Göründüyü  kimi  siklin  orta 
təzyiqi, sahəsi sikl konturunun sahəsinə bərabər və oturacağı 
h
 olan düzbucaqlının hündürlüyü ilə 
ölçülür. Ona görə də, yuxarıda deyildiyi kimi, orta təzyiqin işçi həcmə hasili siklin işini verir. 
(7.6)  düsturundan  göründüyü  kimi  siklin  orta  təzyiqi  də  mühərrikin  sıxma  dərəcəsindən  (

), 
istilikvermə üsulunun xarakterindən (



,
,
), işçi cismin tərkibi və xassələrindən (k), o cümlədən 
siklin başlanğıc təzyiqindən (
a
) asılıdır. 
Qeyd etmək lazımdır ki, siklin orta təzyiqi sıxma dərəcəsinin böyüməsi ilə əvvəlcə artır, lakin 
12


  qiymətlərində  isə  azalır.  Bu  onunla  izah  edilir  ki,  sıxma  dərəcəsinin  müəyyən  hədlərinə 
qədər sıxma prosesinin işi genişlənmə prosesinin işinə nisbətən az intensivliklə artır, 
12


 olduq-
da  isə  sıxma  işinin  artma  intensivliyi  üstünlük  təşkil  edir  və  nəticədə  siklin  işgörmə  qabiliyyəti, 
daha doğrusu, siklin orta təzyiqi azalır. 
 
7.3. Sabit  həcmdə istilik verilən sikl. 
 
Sabit    həcmdə  (
const

)  istilik  verilən  sikl  şəkil  7.3-də  göstərilmişdir.  Sikl  ac    adiabatik 
sıxılma,  cz  –  sabit  həcmdə  (
const

)  istilik  verilmə,  zb  –  adiabatik  genişlənmə  və  ba  –  sabit 
həcmdə istilik alınma proseslərindən ibarətdir. 
Bu  sikldə  istilik  ancaq  bir  mərhələdə  verilir.  Buna  qarışıq  siklin  xüsusi  halı  kimi  (
0
1


Q

baxmaq olar. Ona görə də siklin termodinamik ifadələrini uyğun olaraq (7.3) və (7.6) düsturlarında 
1


 və 


  olduğunu qəbul etməklə almaq olar.  
Onda: 
                                                     
1
1
1



к
t


,                                                                     (7.7) 
                                    







 





1
1
1
1
1
1
1
k
k
a
t
k
P
P




.                                              (7.8) 
(7.7) və (7.8) düsturlarından göründüyü kimi, istiliyi sabit həcmdə verilən siklin termodinamik 
f.i.ə.  yalnız  sıxma    dərəcəsi  və  adiabat  göstəricisindən,  orta  təzyiqi  isə  başlanğıc  təzyiq,  sıxma 
dərəcəsi, təzyiqin yüksəlmə dərəcəsi və adiabat göstəricisindən asılıdır. 
 
 
Şəkil 7.3. Sabit həmdə istilik verilən sikl.  
 
Verilən istilik və adiabat göstəricisi sabit qaldıqda sıxma dərəcəsinin artması siklin həm f.i.ə.-
nın,  həm  də  orta  təzyiqinin  artmasına  səbəb  olur.  Siklin  başlanğıc  təzyiqi  (
a
)  isə  siklin  f.i.ə.-na 
təsir göstərməsə də, onun artması nəticəsində orta təzyiq də artır. 


 
65 
7.4. Sabit təzyiqdə istilik verilən sikl. 
 
Şəkil  7.4-da  istilik  sabit  təzyiqdə  verilən  siklin  diaqramı  verilmişdir.  Sikl  ac  –  adiabatik 
sıxılma,  cz  –  sabit  təzyiqdə  (
const

)  istilik  verilmə,  zb  –  adiabatik  genişlənmə  və  ba  –  sabit 
həcmdə istilik  alınma proseslərindən ibarətdir.  Sikl  qarışıq  siklin digər xüsusi halı kimi  nəzərdən 
keçirilə  bilər  (
0
1


Q
).  Bu  halın  xüsusiyyəti  ondan  ibarətdir  ki,  istilik  verilməsi  təzyiqin 
yüksəlməsinə  səbəb olmur, yəni, 
1


 olaraq qalır. Ona görə də siklin termodinamik f.i.ə. və orta 
təzyiqi (7.3) və (7.6) düsturlarında 
1


 yazmaqla alınan aşağıdakı ifadələrlə təyin edilə bilər: 
 
 
 
Şəkil 7.4. Sabit təzyiqdə istilik verilən sikl. 
 
                                               
,
)
1
(
1
1
1
1










k
к
k
t
                                                           (7.9) 
                          









 







 







1
1
1
1
1
1
1
1
1
1
1
k
k
k
а
t
k
k
P
P






.                                     (7.10) 
(7.9) və (7.10) düsturlarından görünür ki, sabit təzyiqdə istilik verilən siklin termodinamik f.i.ə. 
sıxma dərəcəsi, qabaqcadan genişlənmə dərəcəsi və adiabat göstəricisindən, orta təzyiqi isə həmin 
parametrlərdən  başqa  həm  də  siklin  başlanğıc  təzyiqindən  və  sonradan  genişlənmə  dərəcəsindən 
asılıdır. Sıxma dərəcəsinin artması siklin hər iki əsas göstəricisinin yüksəlməsinə səbəb olur. 
 
7.5. İdeal sikllərin müqayisəsi. 
 
İdeal sikllərin termodinamik f.i.ə və orta təzyiqi üçün nəzərdən keçirilən düsturların köməyi ilə 
onların bir-birinə nəzərən üstünlüyünü də aşkar etmək olar. Müxtəlif hesablamalar apararaq alınmış 
nəticələri  təhlil  edərək  müəyyənləşdirilmişdir  ki,  eyni  sıxma  dərəcəsi  və  istilik  verilişində  ən 
yüksək f.i.ə. və orta təzyiq istiliyin hamısı sabit həcmdə verildiyi zaman alınır. Beləliklə, istiliyin 
verilməsi sabit həcmdə aparılan sikl ən əlverişli, istilik verilməsi sabit təzyiqdə aparılan sikl isə ən 
aşağı göstəricilərə malik sikldir. Qarışıq sikl bu iki siklə görə aralıq yer tutur. 
Məlum  olduğu  kimi,  mövcud  real  mühərriklər  arasında  qarışıq  sikl  üzrə  işləyən  dizel 
mühərriklərinin  f.i.ə.  sabit  həcmdə  istilik  verilən  sikl  üzrə  işləyən  karbüratorlu  mühərriklərindən 
yüksəkdir. Buna səbəb karbüratorlu mühərriklərin  sıxma dərəcəsinin aşağı olmasıdır. 
 
 
 
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə