24
2.4. Digər vəkil birlikləri tərəfindən müəyyən edilmiş
qaydalara hörmət
Xarici ölkənin ərazisində peşə funksiyalarını icra edən vəkildən
həmin ölkənin vəkillərinin davranış qaydalarına riayət edilməsi
tələb oluna bilər. Konkret fəaliyyətin icrası ilə bağlı onların
işlərinə təsir edə bilən qaydalar barədə vəkillər bir-birlərini
xəbərdar etməlidirlər.
CCBE-yə üzv olan bütün təşkilatlar öz davranış qaydalarını CCBE-
nin Katibiliyinə təqdim etməlidirlər ki, öz növbəsində istənilən
vəkil həmin qaydaların nüsxəsini Katiblikdən əldə edə bilsin.
2.5. Vəkilliklə bir araya sığmayan fəaliyyət
2.5.1. Öz funksiyalarının sərbəst şəkildə icra edilməsi, həmçinin
ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin
təmin edilməsi məqsədi ilə vəkilin müəyyən peşə ilə məşğul
olmasına məhdudiyyət qoyula bilər.
2.5.2. Müştərini digər üzv ölkənin ərazisində yerləşən müxtəlif
dövlət qurumlarında təmsil edən və ya məhkəmə prosesində
müdafiə edən vəkilə, fəaliyyət göstərdiyi ölkənin vəkillərinə
"başqa peşə ilə məşğul olmaq məhdudiyyəti" barədə qaydalar
şamil olunur.
2.5.3. Digər üzv ölkənin ərazisində vəkillik funksiyalarının icrası
ilə bağlı olmayan kommersiya və digər xarakterli fəaliyyətlə
məşğul olan vəkil həmin ölkənin vəkillərinə aid olan müvafiq
qadağalara tabedir.
2.6. İctimailik
2.6.1. Vəkil konfidensiallıq və digər əsas peşə prinsiplərinə zidd
olmayacaq çərçivədə göstərdiyi xidmətlərlə bağlı ictimaiyyəti
düzgün məlumatlandırmaq vəzifəsi daşıyır.
2.6.2. Bu Kodeksin 2.6.1.-ci bəndinin tələbləri rəhbər tutulmaqla
vəkil mətbuat, radio, televiziya və digər kommersiya xarakterli
25
elektron kommunikasiya vasitələrindən istifadə etməklə öz
fəaliyyətini işıqlandıra bilər.
2.7. Müştərinin marağı
Peşə etikası normaları rəhbər tutulmaq şərti ilə vəki hər zaman
müştərisinin maraqlarını həm öz, həm də ki, peşəsinin digər
üzvlərinin maraqlarından üstün tutmalıdır.
2.8. Vəkilin müştəri qarşısındakı məsuliyyətinin həddi
Vəkil üzv ölkənin və ərazisində fəaliyyət göstərdiyi digər üzv
ölkənin qanunlarının imkan verdiyi həddə, habelə tabe olduğu
peşə davranışı qaydaları həddində öz müştərisi qarşısındakı
məsuliyyətini məhdudlaşdıra bilər.
3. MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏR
3.1. Tapşırığın qəbulu və ləğvi
3.1.1. Vəkil, tərəfin tapşırığı olmadan icraatına heç bir işi qəbul
edə bilməz. Bununla belə, vəkil başqa vəkilin tapşırığı və ya
səlahiyyətli orqanın təyinatı əsasında işdə iştirak edə bilər.
Qeyri-müəyyənlik olduğu təqdirdə vəkil müəyyən işlərlə bağlı
ona tapşırıq verən, müraciət edən şəxsin, səlahiyyətli qurumun
kimliyini, səlahiyyətlərini aydınlaşdırmağa cəhd göstərməlidir.
3.1.2. Vəkil mütərisini düzgün, vicdanla və əzmlə təmsil etməli və
məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və
icrası ilə bağlı müştərisini məlumatlandırmaq öhdəliyi daşıyır.
3.1.3. Müvafiq səlahiyyətli vəkil ilə əməkdaşlıq etmədən vəkil
özünün səlahiyyəti çatmadığı işi icraatına qəbul edə bilməz.
Vəkil, icraatında olan digər işlərin yükü ilə bağlı əlavə tapşırıqlar
qəbul etməməlidir.
26
3.1.4. Vəkil, müştərinin vəziyyətini pisləşdirə biləcək hallarda və
ya ona vəkil tapmağa çətinlik yaradacaq vəziyyətdə "işdən imtina
etmək hüququ"ndan istifadə edə bilməz.
3.2. Maraqların toqquşması
3.2.1. Eyni işlə bağlı maraqların toqquşması və ya belə bir
toqquşma riski mövcud olduğu halda vəkil həmin işlə əlaqədar
iki və ya daha artıq müştərini təmsil edə bilməz.
3.2.2. Müştəriləri arasında maraqların toqquşması baş verdiyi,
həmin işlə bağlı konfidensiallığın pozulma təhlükəsi mövcud
olduğu hallarda, habelə öz vəzifələrini müstəqil icra etmək
təhlükəsi yaranarsa, vəkil həmin işin icrasından imtina etməlidir.
3.2.3. Yeni müştərinin maraqlarının müdafiəsi əvvəlki müştərinin
işi ilə bağlı məlumatların konfidensiallığının pozulmasına səbəb
olarsa, habelə əvvəlki müştərinin işi ilə bağlı əldə olunmuş
məlumatlar yeni müştəriyə əsassız üstünlük verərsə, vəkil həmin
işin icrasından imtina etməlidir.
3.2.4. Bu Kodeksin 3.2.1.-3.2.3.-cü bəndlərinin tələbləri həmçinin
vəkilin işlədiyi şirkətə, təşkilatlara və digər qurumlara və həmin
qurumlara aidiyyəti olan bütün şəxslərə şamil olunur.
3.3. Pactum de Quota Litis
3.3.1. Vəkil "pactum de quota litis" bağlaya bilməz.
3.3.2. " Pactum de quota litis" dedikdə vəkillə müştərisi arasında
həvalə olunmuş işin yekun həllinədək bağlanmış müqavilə başa
düşülməlidir. Bu cür müqaviləyə əsasən, müştəri vəkilinə işin
yekununa uyğun olaraq müəyyən pay (faiz) ödəməyi üzərinə
götürür. Həmin pay pul və ya hər hansı mənfəət formasında ola
bilər.
3.3.3. " Pactum de quota litis" dedikdə səlahiyyətli orqan
tərəfindən müəyyənləşdirilən xidmət haqqının dərəcəsi
həddində işin (iddianın) məbləğindən asılı olaraq onun həlli ilə
Dostları ilə paylaş: |