Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   ...   4   5   6   7   8   9   10   11   12

42 

 

2.5.2-ci  maddə  digər  ölkədəki  məhkəmə  və  ya  həmin  ölkənin 



dövlət  orqanlarının  qarşısındakı  proseslərdə  iştirak  edən 

vəkillərin  həmin  üzv  ölkənin  vəkilliklə  bir  araya  sığmayan 

fəaliyyətlə bağlı qaydalarına tam riayət etmələrini tələb edir. Bu 

qayda  vəkilin  həmin  ölkədə  daimi  əsaslarla  fəaliyyət  göstərib-

göstərməməsindən  asılı  olmayaraq  tətbiq  edilir.  Digər  tərəfdən, 

2.5.3-cü  maddə  digər  üzv  ölkədə  daimi  əsaslarla  fəaliyyət 

göstərən  vəkilin  yalnız  hüquq  fəaliyyəti  ilə  bağlı  olmayan 

kommersiya  və  ya  digər  fəaliyyətlərlə  bilavasitə  məşğul  olmaq 

istədiyi halda digər üzv ölkənin vəkilliklə bir araya sığmayan və 

ya  qadağan  olunan  fəaliyyətlə  bağlı  qaydalarına  riayət  etməsini 

tələb edir.  

 

2.6-cı Maddənin şərhi – İctimailik 

 

“İctimailik”  ifadəsi  fərdi  vəkillərin  və  vəkil  şirkətlərinin 



ictimailiyini  əhatə  edir,  lakin  vəkillər  kollegiyaları  və  hüquq 

cəmiyyətləri tərəfindən bütövlükdə öz üzvləri üçün təşkil edilən 

korporativ  ictimailiyə  şamil  edilmir.  Üzv  ölkələrdə  vəkillərin 

ictimailiyini  tənzimləyən  qaydalar  xeyli  fərqlidir.  2.6-cı 

maddədən aydın olur ki, beynəlxalq fəaliyyət zamanı ictimailiklə 

bağlı ümumi qəbul edilmiş qadağa yoxdur. Bununla belə, vəkillər 

öz  peşə  davranış  qaydaları  ilə  təsbit  olunmuş  qadağalara  və 

məhdudiyyətlərə,  həmçinin  Vəkil  Xidmətləri  Direktivi  və  Vəkil 

Təsisatı Direktivinə əsasən digər üzv ölkənin onlar üçün məcburi 

olan qadağalarına və məhdudiyyətlərinə  riayət etməlidirlər.  



 

2.7-ci Maddənin şərhi – Müştərinin marağı 

 

Bu  maddə  vəkilin  müştərinin  maraqlarını  öz  və  ya  digər  vəkil 



həmkarlarının  maraqlarından  üstün  tutmalı  olduğu  barədə 

ümumi prinsipi vurğulayır.  



 

2.8-ci  Maddənin  şərhi  –  Vəkilin  müştəri  qarşısındakı 

məsuliyyətinin həddi 


43 

 

 



Bu maddədən aydın olur ki, vəkilin beynəlxalq fəaliyyəti zamanı 

öz müştərisi qarşısındakı məsuliyyətini müqavilə əsasında və ya 

məhdud  məsuliyyətli  cəmiyyət,  kommandit  ortaqlığı,  yaxud 

məhdud 


məsuliyyətli 

ortaqlıqdan 

istifadə 

etməklə 


məhdudlaşdırması ilə bağlı ümumi qəbul edilmiş qadağa yoxdur. 

Bununla belə maddədə göstərilir ki, bu, həmin ölkədəki müvafiq 

qanunvericiliyin  və  müvafiq  peşə  davranış  qaydalarının  icazə 

verdiyi  halda  mümkündür.  Bir  sıra  ölkələrdə  qanun  və  ya  peşə 

davranış  qaydaları  məsuliyyətin  bu  cür  məhdudlaşdırılmasını 

qadağan edir və ya məhdudlaşdırır. 



 

3.1-ci Maddənin şərhi – Tapşırığın qəbulu və ləğvi 

 

3.1.1-ci  maddə  münasibətlərin  vəkillə  müştəri  arasında 



qurulmasını  və  vəkilin  tapşırıqları  faktiki  olaraq  birbaşa  və  ya 

səlahiyyətli  nümayəndə  vasitəsilə  müştəridən  almasını  təmin 

etmək  üçün  hazırlanmışdır.  Vasitəçinin  səlahiyyətli  olub-

olmamasını  və  müştərisinin  istəklərini  aydınlaşdırmaq 

məsuliyyəti vəkilin üzərinə düşür. 

3.1.2-ci  maddə  vəkilin  öz  vəzifələrini  necə  icra  etməli  olduğu 

barədədir.  Ona  verilmiş  tapşırıqların  yerinə  yetirilməsi  ilə  bağlı 

vəkilin  fərdi  öhdəlik  daşıması  barədə  müddəa  o  deməkdir  ki, 

vəkil  işi  üçüncü  şəxslərə  tapşırmaqla  həmin  məsuliyyətdən 

yayına bilməz. Bu maddə vəkilin müvafiq qanunvericiliyin və ya 

peşə  davranış  qaydalarının  yol  verdiyi  həddə  öz  hüquqi 

məsuliyyətini  məhdudlaşdırmağa  çalışmasını  qadağan  etmir 

(2.8-ci maddəyə baxın).  

3.1.3-cü  maddə  beynəlxalq  fəaliyyət  zamanı,  məsələn,  vəkildən 

digər  ölkədən  olan  və müvafiq  qanunvericilik və  ya  praktika  ilə 

tanış  olmayan  vəkil  və  ya  müştəri  üçün  müəyyən  məsələ  ilə 

məşğul  olması  və  ya  vəkilin  tanış  olmadığı  digər  ölkənin 

qanunvericiliyi  ilə  bağlı  məsələyə  baxması  istənildiyi  halda 

xüsusi əhəmiyyət kəsb edən prinsipi ifadə edir.  



44 

 

Vəkilin ilk olaraq tapşırıqları qəbul etməmək hüququ var. Lakin 



3.1.4-cü  maddəyə  əsasən  vəkil  tapşırıqları  qəbul  etdiyi  halda 

müştərinin 

maraqlarının 

qorunmasını 

təmin 

etmədən 


tapşırıqdan imtina edə bilməz.  

3.2-ci Maddənin Şərhi – Maraqların toqquşması 

3.2.1-ci maddə vəkilin eyni bir məsələ ilə bağlı iki və ya daha çox 

müştərini  təmsil  etməsini  qadağan  etmir;  bu  şərtlə  ki,  onların 

maraqları  faktiki  olaraq  toqquşmur  və  toqquşmanın  yaranması 

ilə  bağlı  əhəmiyyətli  risk  yoxdur.  Əgər  vəkil  iki  və  ya  daha  çox 

müştərini  təmsil  edirsə  və  sonradan  həmin  müştərilər  arasında 

maraqların  toqquşması,  etimadın  pozulması  riski  və  ya  vəkilin 

müstəqilliyinə  xələl  gətirə  biləcək  digər  hallar  yaranırsa,  bu 

halda vəkil həmin müştəriləri təmsil etməyi dayandırmalıdır.  

Bəzi hallarda eyni vəkilin təmsil etdiyi iki və ya daha çox müştəri 

arasında  mübahisələr  yarana  və  bu  zaman  vəkilin  vasitəçi  kimi 

hərəkət etməsi məqsədəmüvafiq ola bilər. Bu cür hallarda həmin 

müştərilər  arasnda  vəkilin  fəaliyyətinin  dayandırılmasnı  tələb 

edən  maraqların  toqquşması  olub-olmadığına  vəkil  özü  qərar 

verməlidir.  Əgər  yoxdursa,  vəkil  vəziyyəti  müştərilərə  izah 

etməyin,  onların  razılığını  almağın  və  onlar  arasındakı 

mübahisəni  həll  etmək  üçün  vasitəçi  kimi  hərəkət  etməyin  və 

yalnız  bu  vasitəçilik  cəhdi  alınmadıqda  onları  təmsil  etməyi 

dayandırmağın  məqsədəmüvafiq  olub-olmadığını  müəyyən  edə 

bilər.  


3.2.4-cü  maddə  3-cü  maddənin  yuxarıda  göstərilən  müddalarını 

birgə  fəaliyyət  göstərən  vəkillərə  də  şamil  edir.  Məsələn,  hər 

müştərini  fərqli  vəkil  təmsil  etsə  belə,  bir  şirkətin  iki  müştərisi 

arasında maraqların toqquşması varsa, şirkət həmin müştəriləri 

təmsil  etməyi  dayandırmalıdır.  Digər  tərəfdən,  istisna  olaraq 

İngilis vəkillərinin birləşdiyi və hər vəkilin öz müştərilərini fərdi 

qaydada  təmsil  etdiyi  Palatalarda  müxtəlif  vəkillərin  maraqları 

toqquşan müştəriləri təmsil etməsinə yol verilir.  



 

3.3-cü Maddənin şərhi – Pactum de Quota Litis  

 



45 

 

Bu müddəalar spekulyativ məhkəmə icraatını təşviq etdiyinə və 



sui-istifadəyə  açıq  olduğuna  görə  şərtli  ödənişlərlə  (pactum  de 

quota  litis  -  iş  yalnız  uğurla  başa  çatdığı  halda  ödəniş  edilməsi) 

bağlı  tənzimlənməyən  müqavilələrin  ədalət  mühakiməsinin 

düzgün  həyata  keçirilməsinə  zidd  olduğu  barədə  bütün  üzv 

ölkələrin  ümumi  mövqeyini  əks  etdirir.  Bununla  belə,  bu 

müddəalar  işin  nəticələrinə  görə  və  ya  yalnız  iş  uğurla 

nəticələndiyi  halda,  vəkillərə  ödənişlərin  edilməsi  ilə  bağlı 

sazişlərin  qarşısını  almağa  yönəlməmişdir;  bu  şərtlə  ki,  həmin 

razılaşmalar  müştərinin  qorunması  və  ədalət  mühakiməsinin 

düzgün  həyata  keçirilməsi  məqsədilə  kifayət  qədər  tənzimlənir 

və nəzarət altındadır.  

 

3.4-cü  Maddənin  şərhi  –  Ödənişin  (xidmət  haqqının) 

məbləğinin tənzimlənməsi 

 

3.4-cü  maddə  üç  tələbi  müəyyən  edir:  vəkil  ödənişlərinin 



müştəriyə  açıqlanmasının  ümumi  standartı,  ödənişlərin 

məbləğinin  ədalətli  və  ağlabatan  olması  tələbi  və  tətbiq  olunan 

hüquq və peşə davranış qaydalarına riayət olunması tələbi.  

Bir  çox  üzv  ölkələrdə  vəkillərin  xidmət  haqlarının  milli 

qanunvericiik  və  ya  davranış  qaydalarına  əsasən,  Vəkillər 

Kollegiyasının  müvafiq  səlahiyyətlərinə  istinad  etməklə  və  sair 

şəkildə  tənzimləyən  mexanizmlər  mövcuddur.  Vəkil  Təsisatı 

Direktivi  ilə  tənzimlənən  hallarda  vəkilə  həm  öz  ölkəsinin 

qaydaları,  həm  də  digər  üzv  ölkənin  qaydaları  tətbiq  olunduğu 

üçün ödəniş əsasının hər iki qaydalara uyğun olması tələb oluna 

bilər. 

 

3.5-ci  Maddənin  şərhi  –  Ödənişin  (xidmət  haqqının) 

əvvəlcədən ödənilməsi 

 

3.5-ci  maddə  vəkilin  xidmət  haqqı  və  digər  ödənişlərin 



əvvəlcədən ödənilməsini tələb etməsinə icazə verir, amma həmin 


46 

 

məbləğin  ağlabatan  həddə  olmasını  tələb  edir.  İmtina  etmək 



hüququ ilə bağlı 3.1.4-cü maddəyə baxın. 

 

3.6-cı  Maddənin  şərhi  –  Ödənişin  (xidmət  haqqının)  qeyri-

vəkillə bölüşdürülməsi 

 

Bəzi  üzv  ölkələrdə  vəkillərin  müəyyən  digər  təsdiq  olunmuş 



hüquq  və  ya  qeyri-hüquq  peşələrinin  üzvləri  ilə  birgə  fəaliyyət 

göstərmələrinə  icazə  verilir.  3.6.1-ci  maddə  bu  cür  təsdiq 

olunmuş  birliklər  daxilində  ödənişlərin  bölüşdürülməsini 

qadağan  etmir.  Bu  maddə,  həmçinin  Kodeksin  şamil  olunduğu 

vəkillərin  (1.4-cü  maddəyə  baxın)  digər  hüquqşünaslarla, 

məsələn, qeyri-üzv ölkələrdən olan vəkillər və ya üzv ölkələrdəki 

digər  hüquq  peşələrinin  nümayəndələri,  məsələn,  notariuslarla 

ödənişləri bölüşdürmələrini qadağan etmir.  



 

3.7-ci Maddənin şərhi – Məhkəmə xərcləri və hüquqi yardım 

 

3.7.1-ci  maddə  barışıq  sazişi  bağlamağa  çalışmaq  və 



mübahisələrin  alternativ  həlli  üsullarına  müraciət  edilməsinin 

təklif  edilməsi  barədə  məsləhətlərin  verilməsi  də  daxil  olmaqla 

mübahisələri müştəri üçün daha az xərclə həll etməyə çalışmağın 

əhəmiyyətini vurğulayır  

3.7.2-ci  maddə  vəkilin  müştərini  hüquqi  yardım  imkanlarının 

mövcudluğu  barədə  məlumatlandırmasını  tələb  edir.  Üzv 

ölkələrdə hüquqi yardım imkanları barədə xeyli fərqli müddəalar 

var. Beynəlxalq fəaliyyət zamanı vəkil yaddan çıxarmamalıdır ki, 

onun tanış olmadığı milli qanunvericiliyin hüquqi yardımla bağlı 

normaları tətbiq oluna bilər.  



 

3.8-ci Maddənin şərhi – Müştərinin vəsaitləri  

 

3.8-ci maddə CCBE tərəfindən 1985-ci ilin noyabrında Brüsseldə 



qəbul  edilən  Avropa  Birliyi  daxilində  müştərilərin  vəkillər 

tərəfindən  saxlanılan  vəsaitlərinə  düzgün  nəzarət  edilməsi  və 




47 

 

sərəncam  verilməsini  tənzimləyən  minimum  qaydaların  qəbul 



edilməsinin zəruriliyi barədə tövsiyələri əks etdirir. 3.8-ci maddə 

riayət  edilməli  minimum  standartları  müəyyən  edir,  lakin 

müştərilərin  vəsaitlərinin  daha  geniş  və  daha  sərt  qorunmasını 

təmin edən dövlətdaxili sistemlərin detallarına müdaxilə etmir.  

Müştərinin vəsaitlərini saxlayan vəkil, hətta beynəlxalq fəaliyyət 

zamanı  belə,  üzvü  olduğu  vəkillər  kollegiyasının  qaydalarına 

riayət  etməlidir.  Vəkil  bir  neçə  üzv  ölkənin  qaydaları  tətbiq 

edilməli olduğu halda, xüsusilə Vəkil Təsisatı Direktivinə əsasən 

digər  üzv  ölkədə  daimi  fəaliyyət  göstərirsə,  ortaya  çıxan 

məsələlər barədə məlumatlı olmalıdır.  



 

3.9-cu Maddənin şərhi – Peşə məsuliyyətinin sığortası 

 

3.9.1-ci  maddə  də  CCBE  tərəfindən  1985-ci  ilin  noyabrında 



Brüsseldə  qəbul  edilmiş  Avropa  Birliyi  daxilindəki  bütün 

vəkillərin  onlara  qarşı  peşə  məsuliyyəti  ilə  bağlı  iddia 

risklərindən  sığortalanmasının  zəruruliyi  barədə  tövsiyəni  əks 

etdirir. 3.9.2-ci maddə 3.9.1.-ci maddədə göstərilən əsasla sığorta 

əldə edilə bilmədiyi halı tənzimləyir. 

 

4.1-ci Maddənin şərhi – Məhkəmələrdə davranış qaydaları 

 

Bu  müddəa  vəkilin  prosesində  iştirak  etdiyi  məhkəmə  və  ya 



tribunalın qaydalarına riayət etməli olduğu prinsipi ifadə edir.  

 

4.2-ci  Maddənin  şərhi  –  Məhkəmə  prosesində  qanunauyğun 

davranış  

 

Bu  müddəa  çəkişmə  prosesində  vəkilin  rəqibinə  qarşı  haqsız 



üstünlük  əldə  etməyə  çalışmasına  yol  verilməməsi  ilə  bağlı 

ümumi  prinsipi  əks  etdirir.  Məsələn,  vəkil  müvafiq  prosessual 

qaydaların  yol  verdiyi  hallar  istisna  olmaqla,  qabaqcadan  qarşı 

tərəfi  təmsil  edən  vəkilə  xəbər  vermədən  hakimlə  əlaqə 

yaratmamalı  və  ya  qarşı  tərəfi  təmsil  edən  vəkilə  kifayət  qədər 



48 

 

qabaqcadan vermədiyi sübutları, qeydləri və ya sənədləri hakimə 



təqdim  etməməlidir.  Qanunla  qadağan  edilməyən  həddə  vəkil 

qarşı tərəf və ya onun vəkili tərəfindən gələn barışıq təkliflərini 

qarşı  tərəfin  vəkilinin  aydın  razılığı  olmadan  hakimə 

açıqlamamalı və təqdim etməməlidir (4.5-ci maddəyə baxın). 



 

4.3-cü Maddənin şərhi – Məhkəmədə davranış 

 

Bu müddəa bir tərəfdən məhkəmə və qanunlara hörmət edilməsi 



ilə,  digər  tərəfdən  müştərinin  maraqlarının  ən  yaxşı  şəkildə 

təmin edilməsinə çalışmaq arasındakı zəruri balansı əks etdirir.  



 

4.4-cü Maddənin şərhi – Yanlış və ya çaşdırıcı məlumat 

 

Bu müddəa vəkilin heç vaxt məhkəməyə bilərəkdən yanlış və ya 



çaşdırıcı  məlumat  verməməli  olduğunu  əks  etdirir.  Bu, 

məhkəmələrlə vəkillik arasında etimadın olması üçün zəruridir.  



 

4.5-ci Maddənin şərhi – Arbitrlərlə münasibətlər 

 

Bu  müddəa  məhkəmələrlə  bağlı  öncəki  müddəaların  məhkəmə 



və  kvazi  məhkəmə  funksiyaları  olan  digər  şəxslərə  də  şamil 

olunduğunu bildirir.  



 

5.1-ci Maddənin şərhi – Vəkil peşəsinin "korporativ ruhu" 

 

Perucca  Bəyannaməsindəki  ifadələrə  əsaslanan  bu  müddəalar 



vəkilliyin  öz  üzvləri  arasında  etimad  və  əməkdaşlığa  əsaslanan 

münasibətləri  təmin  etməsinin  cəmiyyət  üçün  faydalı  olduğunu 

vurğulayır.  Lakin  bu,  vəkilliyin  maraqlarını  ədalətin  və  ya 

müştərilərin  maraqlarından  üstün  tutmağa  əsas  vermi  (2.7-ci 

maddəyə baxın). 

 

5.2-ci  Maddənin  şərhi  –  Üzv  ölkələrin  vəkilləri  arasında 

əməkdaşlıq 



49 

 

 



Bu  maddə  müxtəlif  üzv  ölkələrin  vəkilləri  arasında  yanlış 

anlaşılmaların 

qarşısının 

alınması 

məqsədilə 

Perucca 


Bəyannaməsində  təsbit edilmiş prinsipə əsaslanır.  

 

5.3-cü Maddənin şərhi – Vəkillər arasında yazışma 

 

Bəzi  üzv  ölkələrdə  vəkillər  arasındakı  danışıqlara  (yazılı  və  ya 



şifahi)  adətən  vəkillər  tərəfindən  konfidensial  saxlanılmalı 

məlumat  kimi  yanaşılır.  Bu  o  deməkdir  ki,  həmin  danışıqların 

məzmunu  üçüncü  şəxslərə  açıqlana,  vəkillərin  müştərilərinə 

ötürülə  və  heç  bir halda  məhkəməyə  təqdim  oluna  bilməz.  Bəzi 

üzv ölkələrdə danışıqlar konfidensial olaraq müəyyən edilmədiyi 

halda bu cür qaydalar tətbiq edilmir.  

Bəzi  üzv  ölkələrdə  isə  vəkil  başqa  şəxsləri  təmsil  edən  həmkarı 

ilə  olan  danışıqları  barədə  öz  müştərisinə  tam  məlumat 

verməlidir  və  məktubun  konfidensial  olaraq  işarələnməsi  onun 

ünvanlandığı  vəkil  və  onun  müştərisi  üçün  nəzərdə  tutulmuş 

hüquqi  məsələ  olduğunu  və  üçüncü  şəxslər  tərəfindən  sui-

istifadə olunmamalı olduğunu bildirir.  

Bir  sıra  ölkələrdə  vəkil  məktubun  mübahisəni  barışıq  yolu  ilə 

həll  etmək  məqsədi  ilə  göndərildiyini  və  məhkəməyə  təqdim 

edilməməli  olduğunu  bildirmək  istəyərsə,  məktubu  “hüquqlara 

xələl gəlməyən”

 

olaraq işarələməlidir. 



Üzv ölkələrdəki bu mühüm fərqlər bir çox yanlış anlaşılmaya yol 

açır.  Buna  görə  də,  vəkillər  beynəlxalq  fəaliyyət  zamanı  çox 

diqqətli olmalıdırlar.  

Vəkil digər üzv ölkədəki həmkarına vəkillər arasında məxfi və ya 

“hüquqlara  xələl  gəlməyən”  şəkildə  saxlanmalı  olan  məktub 

göndərmək istədiyi halda əvvəlcə məktubun həmin əsasla qəbul 

edilib-edilməyəcəyini  soruşmalıdır.  Yazışmanın  bu  cür  əsasla 

qəbul  edilməsini  istəyən  vəkil  yazışmada  və  ya  müşayiətedici 

məktubda bunu açıq şəkildə bildirməlidir.  

Məktubun  ünvanlandığı  vəkil  həmin  əsasla  məktubu  qəbul  edə 

və  qəbul  edilməsini  təmin  edə  bilməyəcəksə,  dərhal  göndərən 



50 

 

şəxsə məktubu göndərməməsi barədə məlumat verməlidir. Əgər 



məktub  artıq  alınmışdırsa,  alıcı  onun  məzmununu  açıqlamadan 

və  ya  hər  hansı  şəkildə  istinad  etmədən  məktubu  geri 

qaytarmalıdır, əgər alıcının mənsub olduğu ölkənin qanunları və 

ya  qaydaları  alıcının  bu  qaydaya  riayət  etməsinə  yol  vermirsə, 

alıcı dərhal göndəricini məlumatlandırmalıdır.  

 

5.4-cü Maddənin şərhi – Tövsiyə ilə bağlı ödənişlər 

 

Bu  maddənin  ifadə  etdiyi  prinsipə  əsasən,  vəkil  sırf  müştəri 



tövsiyə edilməsi üçün ödəniş etməməli və ya ödəniş almamalıdır, 

çünki  bu,  müştərinin  sərbəst  şəkildə  vəkil  seçmək  və  ya 

müştəriyə  mümkün  ən  yaxşı  xidmətin  tövsiyə  edilməsi 

hüququnun  pozulması  riski  yaradır.  Bu  müddəa  vəkillərin 

düzgün  əsasla  ödənişlərin  bölüşdürülməsi  razılaşmalarını 

qadağan etmir (3.6-cı maddəyə baxın).  

Bəzi üzv ölkələrdə vəkillərin müəyyən hallarda komisyon haqqı 

almasına  və  tutmasına  icazə  verilir,  bu  şərtlə  ki:  a)  müştərinin 

maraqları  qorunur,  b)  müştəriyə    tam  məlumat  verilir  və    c) 

müştəri  komisyon  haqqının  tutulmasına  razılıq  verir.  Bu  cür 

hallarda vəkil tərəfindən komisyon haqqının tutulması müştəriyə 

göstərilən  xidmətin  müqabilində  vəkilin  aldığı  ödənişin  bir 

hissəsi  kimi  qiymətləndirilir  və  vəkillərin  gizli  gəlir  əldə 

etməsinin  qarşısını  almaq  məqsədilə  qadağan  edilmiş  tövsiyə 

ödənişlərinə aid deyil.  

 

5.5-ci Maddənin şərhi – Qarşı tərəflərlə əlaqə 

 

Bu  müddəa  ümumi  qəbul  edilmiş  bir  prinsipi  əks  etdirir  və 



vəkillər  arasında  fəaliyyətin  rahat  həyata  keçirilməsi  və  digər 

vəkilin  müştərisindən  sui-istifadə  edilməsi  cəhdlərinin  qarşısını 

almaq məqsədi daşıyır.  

 

5.6-cı Maddənin şərhi – Vəkilin dəyişdirilməsi  

 



51 

 

5.6-cı maddə vəkilin dəyişdirilməsi məsələsini tənzimləyirdi. Bu 



maddə 06 dekabr 2002-ci ildə Kodeksdən çıxarılmışdır.  

 

5.7-ci Maddənin şərhi – Ödənişlə bağlı öhdəlik 

 

Bu  maddə  əsasən  Perucca  Bəyannaməsində  göstərilən 



müddəaları  təkrarlayır.  Ödənilməmiş  xidmət  haqları  ilə  bağlı 

yanlış anlaşılmalar müxtəlif üzv ölkələrdən olan vəkillər arasında 

fikir  ayrılığının  əsas  səbəbi  olduğuna  görə  xarici  həmkarına 

ödənişlərlə 

bağlı 

öhdəliyini 



istisna 

etmək 


və 

ya 


məhdudlaşdırmaq  istəyən  vəkilin  sövdələşmədən  əvvəl  bu 

barədə aydın razılığa gəlməsi vacibdir.  



 

5.8-ci Maddənin şərhi – Davamlı peşə təkmilləşməsi 

 

Hüquqda  baş  verən  yenilikləri  mütəmadi  izləmək  və  məlumatlı 



olmaq peşə borcudur. Xüsusilə, vəkillərin öz fəaliyyət sahələrinə 

Avropa  hüququnun  artan  təsiri  barədə  məlumatlı  olmaları 

vacibdir. 

 

5.9-cu  Maddənin  şərhi  –  Üzv  ölkələrin  vəkilləri  arasında 

mübahisələr 

 

Vəkil digər üzv ölkədəki həmkarına qarşı mövcud olan hər hansı 



hüquqi  və  digər  mexanizmlərdən  istifadə  etmək  hüququna 

malikdir.  Buna  baxmayaraq  peşə  davranış  qaydalarının 

pozulduğu  və  ya  peşə  fəaliyyəti  ilə  bağlı  mübahisə  yarandığı 

halda  göstərilən  mexanizmlər  istifadə  olunmamışdan  qabaq 

zəruri  olduğu  zaman  vəkillər  kollegiyalarının  və  hüquq 

cəmiyyətlərinin  də  yardımı  ilə  həmin  mübahisələrin  dostcasına 

həllinə səy göstərilməsi arzuolunandır. 

 

 




52 

 

 



 

 

Avropada vəkil peşəsinə dair əsas 



prinsiplər haqqında Xartiya 

və  


Avropa vəkillərinin davranış 

Kodeksi 

 

 



 

 

 



 

 

 



 

Kitab pulsuz paylanılır. 

 

Kağız formatı 14,8x21, A5, Ofset 780 qr/m



2

Tiraj: 1000 



 

“TimePrint” mətbəəsində ofset üsulu ilə çap olunmuşdur. 

Bakı, Ş.Məmmədova 208, 

Tel: +994 12 563 18 02 



Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə