Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   2   3   4   5   6   7   8   9   ...   12

10 

 

(c)  müştərilər  arasında,  habelə  vəkillə  müştəri  arasında 



maraqların toqquşmasından çəkinilməsi; 

(d) hüquq peşəsinin nüfuzu, fərdi vəkilin düzgünlüyü və müsbət 

reputasiyası; 

(e) müştəriyə münasibətdə loyal (sədaqətlə) davranma prinsipi; 

(f) ödənişlərlə bağlı müştəriyə vicdanla yanaşılması; 

(g) vəkilin peşəkarlığı; 

(h) həmkarlarla hörmətlə davranılması; 

(i)  qanunçuluğa  və  ədalət  mühakiməsinin  həyata  keçirilməsinə 

hörmət; 

(j) vəkillik fəaliyyətinin özünüidarəedilməsi. 

 

 



11 

 

"Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında  



Xartiya"nın Kommentariyası 

 

1.  2006-cı  ilin  25  noyabr  tarixində  CCBE  yekdilliklə  "Avropada 



vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya"nı qəbul 

etdi.  Xartiyada  Avropada  vəkil  peşəsinə  dair  10  əsas 

prinsiplər  əks  olunmuşdur.  Bu  prinsiplərə  hörmətlə 

yanaşılması  müdafiə  hüququnun  əsas  şərtidir.  Müdafiə 

hüququ  isə  demokratik  cəmiyyətdə  fundamental  hüquq  və 

azadlıqların məhək daşıdır. 

2.  Milli  və  beynəlxalq  səviyyədə  təsbit  olunmuş  Avropa 

vəkillərinin  davranış  qaydalarının  təməlində  bu  əsas 

prinsiplər durur. 

3. Xartiya hazırlanarkən aşağıdakı sənədlər nəzərə alınmışdır: 

-  Avropanın,  CCBE-nin  üzvü  olmayan,  lakin  bu  prinsipləri 

əsas götürən ölkələrin milli peşə davranışı qaydları

2



- CCBE-nin Avropa vəkillərinin davranış Kodeksi; 



-  Beynəlxalq  Vəkillər  Kollegiyaları  Assosiasiyasının 

Beynəlxalq  Etik  Kodeksinin  ümumi  qaydada  tətbiq 

olunan prinsipləri

3



- Üzv ölkələrdə vəkil peşəsinin sərbəst həyata keçirilməsinə 

dair  Avropa  Şurası  Nazirlər  Komitəsinin  25  oktyabr 

2000-ci il tarixli R(2000) 21 saylı Tövsiyəsi

4



- Cinayətkarlıqla mübarizə və cinayətkarlarla davranış üzrə 

BMT-nin  8-ci  Konqresində  qəbul  olunmuş  Vəkillərin 

Rolu barədə Əsas Prinsiplər (Kuba, Havana, 27.08.1990-

07.09.1990); 

-  İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  və  Avropa 

Ədalət Məhkəməsinin normativ aktları. Xüsusilə Avropa 

                                                           

2

 Vəkillərin davranışı üzrə milli sənədlər CCBE-nin veb-səhifəsindən əldə oluna bilər. 



3

 Vəkil  peşəsinin  ümumi  prinsipləri  20  sentyabr  2006-cı  ildə  Beynəlxalq  Vəkillər 

Kollegiyaları Assosiasiyası tərəfindən qəbul olunmuşdur. 

4

 25 oktyabr 2000-ci il tarixdə Nazir Müavinlərinin 727-ci iclasında Nazirlər Komitəsi 



tərəfindən qəbul olunmuşdur.

 


12 

 

Ədalət Məhkəməsinin Wouters v. Algemene Raad van de 



Nederlandse Orde van Advocaten (C-309/99) işi; 

-  İnsan  hüquqları  üzrə  Ümumi  Bəyannamə,  İnsan 

Hüquqlarına  dair  Avropa  Konvensiyası  və  Avropa 

İttifaqının Fundamental Hüquqlara dair Xartiyası; 

-  23  mart  2006-cı  il  tarixdə  qəbul  olunmuş  Avropa 

Parlamentinin  "Hüquq  peşələri  və  hüquq  sisteminin 

fəaliyyətində ümumi maraq haqqında" Qətnaməsi. 

 

4.  Xartiya  pan-Avropa  sənədi  olmaqla  CCBE-nin  daimi,  qeyri-



daimi  və  müşahidəçi  üzvlərindən  başqa  digər  dövlətlərə 

xidmət  edilməsi  üçün  hazırlanmışdır.  Ümid  edilir  ki,  bu 

Xartiya  Avropanın  demokratiya  yolunda  inkişaf  edən 

ölkələrində  mövcud  olan  vəkillər  kollegiyalarının  öz 

müstəqilliklərinin  təmin  edilməsindəki  mübarizəsinə  dəstək 

verəcəkdir. 

5.  Həmçinin  ümid  edilir  ki,  Xartiya  vəkillər,  bu  sahənin 

səlahiyyətli şəxsləri və cəmiyyət arasında qarşılıqlı anlaşmanı 

təmin etməklə vəkilliyin cəmiyyətdəki rolu və bu rolun təmin 

edilməsində həmin prinsiplərin əhəmiyyətini artıracaqdır. 

6.  Şəxs,  şirkət  və  ya  dövlət  tərəfindən  tutulmasından  asılı 

olmayaraq  vəkil  3-cü  şəxslər  tərəfindən  etimad  göstərilən 

peşəkar  şəxs  olmaqla  öz  müştərisinin  etibarlı  məsləhətçisi, 

təmsilçisi,  habelə  ədalət  mühakiməsinin  şəffaf  həyata 

keçirilməsinin  ayrılmaz  hissəsidir.  Qeyd  olunan  əlamətləri 

özündə  ehtiva  etməklə  öz  müştərisinin  maraqlarına  vicdanla 

xidmət  göstərən  və  onun  hüquqlarını  müdafiə  edən  vəkilin 

həmçinin,  ictimai  funksiyaları  –  mübahisələrin  qarşısını 

almaqla  onun  aradan  qaldırılması,  habelə  bu  mübahisələrin 

insan  hüquq  və  maraqlarına  xələl  gətirmədən  mülki,  inzibati 

və  cinayət  hüququna  uyğun  həll edilməsi  vəzifələri  vardır ki, 

bu  vəzifələr  öz  növbəsində  hüququn  inkişafına,  azadlığın, 

ədalətin və qanunçuluğun müdafiəsinə rəvac verir. 



13 

 

7.  CCBE  inanır  ki,  hakimlər,  qanunvericilər,  hökumətlər  və 



beynəlxalq  təşkilatlar  vəkillər  kollegiyaları  ilə  bərabər  bu 

Xartiyada  əks  olunmuş  prinsiplərə  riayət  olunmasına  cəhd 

edəcəklər. 

8.  Xartiyanın  preambulasında  Avropa  vəkillərinin  davranış 

Kodeksindən 

aşağıdakı 

çıxarış 

verilmişdir: 

"Vəkillik 

fəaliyyətinə 

hörmət 

cəmiyyətdə 



qanunçuluğun 

və 


demokratiyanın  ilkin  şərtidir".  "Qanunçuluq"  hazırda 

Avropada  qəbul  olunmuş  "demokratiya"  anlayışı  ilə  sıx 

bağlıdır. 

9.  Xartiyanın  giriş  paraqrafında  qeyd  olunur  ki,  həmin  sənəddə 

əks  olunan  müddəalar  İnsan  Hüquqları  üzrə  Avropa 

Konvensiyasının  "ədalət  mühakiməsinin  düzgün  həyata 

keçirilməsi",  "ədalət  mühakiməsinə  çatımlılıq"  və  "ədalətli 

məhkəmə  araşdırması  hüququ"  prinsiplərinin  tələbləri  ilə 

uzlaşır. Vəkillər və onların üzvü olduqları vəkillər kollegiyaları 

Avropanın  demokratiya  yolunda  inkişaf  edən  ölkələrində, 

habelə  bu  prinsiplərin  təhlükə  altında  ola  biləcəyi  ölkələrdə 

həmin prinsiplərin təbliği ilə bağlı ön sıralarda olacaqlar. 



 

(a)  Vəkilin  müstəqilliyi  və  müştərinin  işinin  aparılmasında 

sərbəstliyi prinsipi 

 

Müştərisinə məsləhət verilməsi və onun təmsil edilməsi ilə bağlı 



fəaliyyətlə əlaqədar vəkil siyasi, iqtisadi və intellektual cəhətdən 

müstəqil olmalıdır. Bu o deməkdir ki, vəkil dövlətin və müəyyən 

qüvvələrin  maraqlarından  asıl  olmamalı  və  tərəfdaşları 

tərəfindən özünün müstəqilliyinin qeyri-qanuni təzyiq vasitəsilə 

məhdudlaşdırılması  təhlükəsinə  imkan  verməməlidir.  Üçüncü 

şəxslərin  və  məhkəmələrin  ona  etimad  göstərə  bilməsi  üçün 

vəkil  həm  də  öz  müştərisindən  asılı  olmamalıdır.  Əslində,  vəkil 

öz müştərisindən asılı olarsa, vəkil peşəsinin keyfiyyəti haqında 

danışmaq  olmaz.  Müstəqil  peşə  sahəsinə  aid  olan  vəkillik  və 

onun  vəkillər  kollegiyası  kimi  quruma  üzvlüyü ümumiyyətlə  bu 

fəaliyyətin  müstəqilliyinin  təminatçısı  olmalıdır.  Vəkillik 



Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə