6
3.5. Ödənişin (xidmət haqqının) əvvəlcədən ödənilməsi
26
3.6. Ödənişin (xidmət haqqının) qeyri-vəkillə
bölüşdürülməsi
26
3.7. Məhkəmə xərcləri və hüquqi yardım
26
3.8. Müştərinin vəsaitləri
27
3.9. Peşə məsuliyyətinin sığortası
28
4. MƏHKƏMƏLƏRLƏ MÜNASİBƏT
4.1. Məhkəmələrdə davranış qaydaları
28
4.2. Məhkəmə prosesində qanunauyğun davranış
28
4.3. Məhkəmədə davranış
28
4.4. Yanlış və ya çaşdırıcı məlumat
28
4.5. Hakim və digər məhkəmə işçiləri ilə münasibətlər
29
5. VƏKİLLƏR ARASINDA MÜNASİBƏTLƏR
5.1. Vəkil peşəsinin "komanda ruhu"
29
5.2. Üzv ölkələrin vəkilləri arasında əməkdaşlıq
29
5.3. Vəkillər arasında yazışma
30
5.4. Tövsiyə ilə bağlı ödənişlər
30
5.5. Qarşı tərəflərlə əlaqə
30
5.6. (Bu maddə 06 dekabr 2002-ci ildə Dublində
keçirilmiş Plenar İclasın qərarı ilə çıxarılmışdır)
30
5.7. Ödənişlə bağlı öhdəlik
30
5.8. Davamlı peşə təkmilləşməsi
31
5.9. Üzv ölkələrin vəkilləri arasında mübahisələr
31
İZAHEDİCİ MEMORANDUM
33
7
"Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında
Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"
Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurasının
(CCBE) başlıca məqsədi öz daimi, qeyri-daimi və müşahidəçi
üzvlərinin – vəkillər kollegiyalarının və hüquq birliklərinin
Avropa və beynəlxalq səviyyədə vəkil peşəsinin həyata
keçirilməsi, qanunun aliliyi prizmasından hüquq və təcrübənin
inkişaf etdirilməsi, habelə ədalət mühakiməsi sisteminin idarə
olunması sahəsində təmsil etməkdən ibarətdir (CCBE-nin
Nizamnaməsi, Maddə III 1.a.).
Bu mənada CCBE Avropada təxminən 1 milyon hüquqşünas və
vəkili birləşdirən vəkillər kollegiyaları və hüquq birliklərinin
rəsmi təmsilçisidir.
Bu nəşrə CCBE tərəfindən qəbul olunmuş və təbiətləri etibarı ilə
çox fərli olan iki sənəd daxil olunmuşdur.
Onlardan ən sonuncusu Brüsseldə 24.11.2006-cı il tarixdə CCBE-
nin Plenar Sessiyasında qəbul olunmuş "Avropada vəkil peşəsinə
dair əsas prinsiplər haqqında" Xartiyadır. Bu xartiya davranış
qaydaları toplusu kimi başa düşülməməlidir. Xartiya bütün
Avropada, hətta daimi, qeyri-daimi və müşahidəçi üzv
dövlətlərdən başqa digər dövlətlərdə də tətbiq olunmaq üçün
nəzərdə tutulmuşdur. Xartiyada vəkil peşəsini tənzimləyən milli
və beynəlxalq xarakterli 10 əsas prinsiplər qeyd olunmuşdur.
Bundan başqa, Xartiyanın məqsədi vəkillər kollegiyalarına
onların öz müstəqilliklərinin təmin edilməsi istiqamətindəki
mübarizələrinə dəstək verilməsindən, vəkillər arasında "vəkilin
cəmiyyətdə rolunun əhəmiyyəti haqqında" məlumatlılığın
artırılmasından ibarətdir. Xartiyanın hədəf subyektləri həm
vəkillər, həm vəkilliyi idarə edən şəxslər, həm də ki, cəmiyyətin
özüdür.
Avropa vəkillərinin davranış Kodeksi 28 oktyabr 1988-ci ildə
qəbul olunmuşdur. Ona 3 dəfə dəyişiklik edilmişdir. Sonuncu
dəyişiklik 19 may 2006-cı ildə CCBE-nin Plenar Sessiyasında
edilmişdir. Bu sənəd quruma üzv dövlətlər üçün məcburi
8
xarakter daşıyır. Daimi, qeyri-daimi və ya müşahidəçi
olmasından asılı olmayaraq CCBE-yə üzv olan vəkillər
kollegiyalarının vəkil üzvləri həm öz ölkələrində, həm Avropa
İttifaqında, həm Avropa İqtisadi Zonasında, həm də İsveçrə
Konfederasiyasında bu Kodeksə birmənalı şəkildə riayət
etməlidirlər.
Nəşrdə yuxarıda adları çəkilən sənədlərin müvafiq olaraq
kommentariyası və izahedici memorandumu verilmişdir.
Avropa vəkil peşəsinin deontoloji əsaslarını müəyyənləşdirən,
həmçinin Avropa vəkilliyi və Avropa vəkillər kollegiyalarının
formalaşdırılmasına töhfə verən bu iki sənəddəki normaların
əhəmiyyəti haqqında artıq danışmağa lüzum yoxdur.
31 yanvar 2008-ci il
9
Avropada vəkil peşəsinə dair əsas prinsiplər
haqqında Xartiya
1
"Qanunun aliliyi hökmran olduğu cəmiyyətlərdə vəkilin xüsusi
rolu vardır. Vəkilin vəzifəsi təkcə qanunun icazə verdiyi hədlərdə
öz funksiyalarını vicdanla həyata keçriməyə başlamaqdan və onu
sona çatdırmaqdan ibarət deyildir. Vəkil ədalət mühakiməsinin
maraqlarına xidmət etməklə bərabər, ona müraciət etmiş şəxsin
maraqlarını həm məhkəmədə müdafiə etməli, həm də ki, həmin
şəxsin məsləhətçisi olmalıdır. Vəkilin peşəkar fəaliyyətinə
hörmətlə yanaşılması istənilən cəmiyyətdə qanunçuluğun və
demokratiyanın əsas şərtidir."
– CCBE-nin Avropa vəkillərinin davranış Kodeksi, 1.1-ci maddə
Avropada vəkil peşəsi sahəsinə ümumi şəkildə aid olan əsas
prinsiplər mövcuddur. Halbuki, bu prinsiplər müxtəlif
yurisdiksiyalardan asılı olaraq bir balaca fərqlənirlər. Bu
prinsiplər vəkillərin davranışını tənzimləyən bir sıra milli və
beynəlxalq sənədlərin təməlini təşkil edir. İnsan Hüquqlarına
dair Avropa Konvensiyasının "ədalət mühakiməsinin həyata
keçirilməsi", "məhkəmələrə çatımlılıq" və "ədalətli məhkəmə
baxışı hüququ" anlayışlarına əsaslanan bu prinsiplər Avropa
vəkilləri üçün öhdəlikdir. Vəkillər kollegiyaları, hüquq
təşkilatları, məhkəmələr, qanunvericilər, hökumət və beynəlxalq
təşkilatlar cəmiyyətin maraqları naminə bu prinsiplərə riayət və
onları müdafiə etməyə çalışmalıdırlar.
Əsas prinsiplər aşağıdakılardan ibarətdir:
(a) vəkilin müstəqilliyi və müştərinin işinin aparılmasında
sərbəstliyi;
(b) vəkil tərəfindən müştərinin işi ilə bağlı məlumatların
konfidensiallığının təmin edilməsi və peşə sirrinə hörmət;
1
25.11.2006-cı il tarixdə CCBE-nin Plenar Sessiyasında qəbul olunmuşdur.
Dostları ilə paylaş: |