Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə96/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   93   94   95   96   97   98   99   100   101
Benton PDF.çapı

İran qadınları
. İranda olduğum müddətdə dəvət olunduğum 
heç bir evdə bir nəfər də olsa, bir qadın görmədim. Onlar otur-
duqları pərdənin arxasından məni görürdülər, mən isə onları gör-
mürdüm. İranlılarda onların qadınları haqqında sual vermək cayiz 
deyildir. Xoşbəxtlikdən bəzən mənzilimin damına çıxanda qonşu 
evin damına çıxmış bir qadın görürdüm. O da o halda olurdu ki, 
gözətçi orada olmayanda. Əgər gözətçi orada olsaydı, dərhal qa-
dını evə enməyə məcbur edər, bəzən də onu şallaqlayardı. İranlı 
qadınların  əksəriyyəti  gözəldir.  Xüsusən,  onların  gözlərinin  bö-
yüklüyü və parlaqlığı diqqəti cəlb edir. Onlar zərif
59
 paltarlar gey-
mirlər; geydikləri gen və işləməli şalvar (
tuman-tərcüməçi
) onla-
rın gözəl əndamlarını örtür. 
İranlı qadınlar evlərində bədənlərini budlarının üstünə qədər 
örtən uzun köynək geyir, başdan-ayağa cəvahir, mirvari, qızıl və 
gümüşlə bəzədilmiş uca və itiuclu başlıq (
yaylıq-tərcüməçi
) ör-
türlər. Onların bəzəkləri çox bahalıdır. İranlı kişilər öz xanımları-
bəzəməkdən ötrü, həqiqətən də, böyük pullar xərcləyirlər. 
Qadınlara qarşı belə diqqət, qayğı və məsrəf onların yaşlı və 
gücsüz hallarında həyata keçirilir. Bu, onlara qarşı olan sevgisiz-
lik və məhəbbətsizlik ilə ziddiyyət təşkil edir. Halbuki qanuni ta-
lağa
60
 icazə verilir. Ancaq İranda boşama hallarına çox az rast gə-
linir.  Qadın  evdən  bayıra  çıxanda  bütün  bədənini  başdan  ayağa 
örtən üç ədəd qalın çadra örtür. Ancaq üçüncü çadrada olan bala-
ca deşik ona imkan verir ki, getdiyi yolu görə bilsin. Bu deşikdən 
                                                           
59
  Avropalı  Avqust  Benton,  yəqin  ki,  yarımçılpaq  və  dərini  göstərən  ipək 
geyim demək istəmişdir.  
60
 Talaq-boşama 


113 
hətta onun gözlərinin rəngini belə müəyyən etmək mümkün de-
yildir. Ermənilər də bu qaydaya riayət edirlər. Halbuki onların di-
ni adət-ənənələrinə görə qadınları gizlətmək (
örtmək-tərcüməçi

məcburiyyətində  deyillər.  Mən,  bütün  ciddi-cəhdimə  baxmaya-
raq, bir nəfər də olsa, nə müsəlman, nə də erməni qadının üzünü 
görə bilmədim. 
Ayın 17-i şəban ayının ortası idi. Adətə görə, bütün evlərdə 
od  qalanmalı  və  onunla  əylənilməli  idi.  Hava  çox  yaxşıydı.  Ay 
işığı mənzərənin gözoxşarlığını artırırdı. 
Ayın 23-də xalq ərzağın bahalığına qarşı narazılıq və etiraz-
lara başladı, lakin baş verən güclü tufan əhalini sakitləşdirdi. Kü-
çəyə  çıxmış  insanlar  güclü  şimşək  və  ildırım  çaxması,  havanın 
soyuması və qarın yağması ilə dağılışdılar. Yaşadığım evin həyə-
tində iki barmaq qalınlığında qar yağmışdı. 
Ayın 27-də Əsgər xan gəlib çıxdı və Fransaya səfərə hazır-
laşmağa başladı. Fətəli şah, Napoleona yazdığı məktubda Əsgər 
xanı  “Yalan  pərdəsindən  fərarilik  etmiş  həqiqət  bülbülü”  kimi 
təqdim etmişdi. 
General Sebastiani Bağdad yolu ilə mənə bir məktub göndər-
mişdi. May ayının 14-də yazılan məktubda o, mənim İstanbulda 
olmamı əmr edir və Qardanın ezamiyyəti barədə məlumat verirdi. 
Sonunda başa düşdüm ki, bir müddət məni məlumatsız qoymala-
rının səbəbi o imiş ki, mənim İrandan çıxdığımı düşünürmüşlər. 
Bu məktubu alandan sonra qərara gəldim ki, Avropaya getməyə 
hazırlaşan Əsgər xanla birlikdə yola çıxım. Bunun üçün Şahzadə-
dən onu ziyarət etməm üçün icazə istədim. Şahzadənin mənə gös-
tərdiyi mehribanlıqlar, məhəbbətlər, hörmət və ehtiramlar, xüsu-
sən də, mənim getməyim xəbərimin onu necə üzdüyündən bəhs 
etməyəcəm. 
Noyabr ayyının 1-də Şahzadə öz əli ilə mənə 2 ədəd firuzə 
qaşlı üzük və iranlıların bütün dərdlərə dərman hesab etdikləri bir 


114 
qədər mumiya
61
 və dostluq əlaməti olaraq müşk qələmdan bağış-
ladı. Evə gələndə gördüm ki, əlavə olaraq mənə özünün boyhaboy 
rəsmini də göndərmişdir ki, özümlə Avropaya götürüm və hər za-
man onu xatırlayım. Tablonu olduqca pis çəkmişdilər, ancaq Ab-
bas Mirzəyə çox oxşayırdı. Libası hissələrinə qədər sezilirdi. O, 
qırmızı rəngdə idi; İranda bu rəngdə paltarları ancaq səltənət ailə-
sinin üzvləri geyə bilərdilər. Çox böyük təəssüf hissi ilə belə bö-
yük və alicənab Şahzadədən ayrılacaqdım. Burada qaldığım müd-
dətdə onun mənə qarşı səmimi mehribanlığı və diqqəti bir an belə 
ara verməmişdi. Şahzadə İranda gördüyüm ən alicənab və ən sə-
mimi şəxs idi; o, gül içərisində parlayan almaza bənzəyirdi. 
Bu müddət ərzində mən əvvəllər faciəsini şərh etdiyim vəzi-
rin oğluna çox bağlanmışdım. O, mənim Təbrizdə olduğum müd-
dətdə tez-tez məni ziyarət etməyə gəlirdi. Mən onunla həmsöhbət 
olmaqdan zövq alırdım. O, da sonsuz ehtiramının əlaməti olaraq 
mənə bir firuzə qaş bağışladı. 
Mirzə  Bozorgun  oğlu  Mirzə  Həsən  də  mənə  ona  oxşar  bir 
hədiiyə verdi. Ancaq onun səmimiyyətinə şübhə etdiyimə görə bu 
hədiyyəyə o qədər də sevinmədim. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə