Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə97/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   93   94   95   96   97   98   99   100   101
Benton PDF.çapı

Avropaya tərəf qayıdış
. Noyabr ayının 3-də  İran səfiri ilə 
birlikdə yola çıxdıq. Səfərimizin ilk günündə yalnız 6 fərsəx yol 
gedə  bildik.  Gecəni  Təbriz  çölündə  Maiyan  dərəsində  keçirdik. 
Əsgər xanın yol yoldaşları o qədər çox deyidi. Onu müşayiət edə-
cəklərin  əksəriyyəti  İranın  sərhəd  şəhəri  Xoyda  onu  gözləyirdi. 
Mənim yol yoldaşım İranı tərk etməyə çox sevinən bir nəfər yu-
nanlı xidmətçi, Şahzadənin məni İstanbula qədər müşayiət  etmə-
mi tapşırdığı bir ata və onun iki oğlu idi. Ev əşyalarımı və müsa-
firləri daşımaq üçün mənə 7 at və 4 qatır
62
 verilmişdi. Abbas Mir-
zənin böyük səxavətlə mənə bağışladığı  gözəl atlar da mənimlə 
birlikdə idilər. Bu məni olduqca sevindiridi. Çünki onlar Avropa-
da İran atlarının şöhrətini təsbit edəcəklərdi. 
                                                           
61
  Mumiya-xüsusi  dağ  daşları  üzərindən  qaşınaraq  əldə  olunan  və  bir  çox 
xəstliklərin müalicəsində istifadə edilən maddə 
62
 Qatır-atla uzunqulağın cütləşməsindən meydana gələn metis heyvan 


115 
Ayın 4-də təbii şor olan geniş bir çöldən keçdik. Bu çöl, heç 
şübhəsiz  ki,  burada  mövcud  olmuş  gölün  quruması  nəticəsində 
əmələ gəlmişdi. O, yəqin ki, Urmiya gölü ilə bitişik olmuşdur. Ha-
zırda mövcud olan təpələr onları bir-birindən ayırır. Ancaq torpa-
ğın üzərində görünən duz qatı gölün qurumasından deyil, yağış su-
yunun buxarlanması ilə duz yerin dərin qatlarından üzə çıxmışdır. 
Gecəni balaca Şəbüstər şəhərində qaldıq. Bu şəhər əvvəllər 
nisbətən böyük olmuşdur. Ancaq indi kiçik və əhəmiyyətsiz kimi 
görünür. Onun çöllük olan tərəfində bir təpənin üzərində, duzlu 
gölün sahilində Urmiya şəhəri yerləşir. Gölün ətraflarında Urmi-
ya, Şahi və Marağa şəhərləri salınmışdır. Göl bu şəhərlərin adları 
ilə adlandırılır. Gölün şərq tərəfində yerləşən Urmiya şəhəri daha 
böyükdür. O,  Əsgər xanın  vətəni  və vilayətinin  mərkəzidir. Bu 
məhsuldar və mənzərəli regionda igid əfşarlar yaşayırlar. 
Marağa bizim qonaqçımız Əhməd xanın idarəçiliyi altında-
dır. Bu şəhərdə müxtəlif məşğuliyyət növləri çoxdur. Onlardan 
dəmirçilik diqqəti xüsusi cəlb edir, burada həm də gözəl parçalar 
toxunur. Marağanın atları da məşhurdur. 
Şahi bu regionun ən böyük şəhəridir. O, 12, yaxud 15 kəndi 
özündə birləşdirir. Çox zaman gölü bu adanın adı ilə adlandırırlar. 
Gölün suyu çox şordur. Suda heç bir növ balıq olmur. Bəzən bu-
rada gəmiçiliyi təhlükəyə atan qəfil güclü tufanlar baş verir. Ona 
görə də burada gediş-gəliş azdır. Hərəkət daha çox quru yolu ilə 
həyata keçirilir. Gölün uzunluğu 14, eni isə 4 fərsəxdir. Onun bəzi 
ətraflarında bataqlıq ərazilər mövcuddur. 
Təsuc
. Bir müddət gölün kənarı ilə yol getdik. 18 fərsəxdən 
sonra Təsuca yetişdik. Bu məntəqə olduqca məhsuldardır. Burada 
əhali çox sıxdır. Məntəqədə yetişdirilən qovun olduqca məşhur-
dur. Təsucda ip və ipəkdən çox əla parçalar toxunur. Yerli əhali 
bu parçalardan tikilmiş paltarlar geyinir. Hazırda Təsuc balaca bir 
şəhərdir; burada təqribən 100 ailə yaşayır, ancaq qədimdə o, bö-
yük və sıx əhalili bir şəhər olmuşdur. Ətrafdakı hamam və məs-
cidlərin qalıqları bir zaman şəhərin nə dərəcədə əhəmiyyətli ol-
muş olduğinu göstərir. 


116 
Bu regionda zəlzələlər tez-tez baş verir və çoxlu dağıntılara 
səbəb olur. İyul ayında burada baş vermiş zəlzələni Təbrizdə hiss 
etmişdim.  O  zaman  Salmas,  Xoy  və  ətraf  kəndlərin  çoxusunda 
dağıntılar baş vermişdi. 
Ayın 6-da Təsucdan yola düşdük. Məhsuldar bir çöllə 1,5 sa-
at irəlilədikdən sonra çöküntülü və diş-diş uca bir dağdan aşdıq. 
Dağ diş-diş divar kimi idi; onun hər iki tərəfinin enişi çox sıldı-
rımlıydı. Oradan Araz çayının su tutarı olan bataqlıq bir çölə çıx-
dıq. Bura köhnə bir gölə bənzəyirdi. Hər tərəfdə duz qalıqları gö-
rünürdü. Xoy şəhəri bu çöldə inşa olunmuşdu. 
Keçmişdə Xoyun hakimi Cəfərqulu xan hökumətə ağ olmuş-
du. O, şəhəri genişləndirmiş, qədim tikililəri təmir etdirmişdi. An-
caq o zaman (1779-cu ildə) 12 yaşında olan Abbas Mirzə öz qo-
şunu ilə onu məğlub etmişdi. Ondan sonra bu şəhərə elə də əhə-
miyyət verilməmişdi. Ancaq indi də onun gözəl sarayı və məscidi 
qalmaqdadır. Xoyun küçələrində arxlar axır. Onların hər iki tərə-
fində ağaclar əkilmişdir. Xüsusən, saray çox yaxşı saxlanmışdır. 
Onun  ətrafındakı  bağı  elə  salmışlar  ki,  1  fərsəx  boyu  uzanır  və 
sarayın ən gözəl mənzərəsini yaradır. Bu, İrandakı bağsalma ilə 
ziddiyyət təşkil edir, çünki burada əksər hallarda bağsalmaya və 
bağçılığa elə də əhəmiyyət verilmir. Xoyda eşitdim ki, Fransadan 
gələn  bir  heyət  növbəti  gün  bura  yetişəcəkdir.  Əsgər  xan  qərar 
verdi ki, həmin heyətin gəlişini gözləyək. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə