Avqust benton


Abbas Mirzənin Təbrizə daxil olması



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə93/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   89   90   91   92   93   94   95   96   ...   101
Benton PDF.çapı

Abbas Mirzənin Təbrizə daxil olması
. Ayın 21-də ordunu 
son dəfə sıraya düzdüm və Təbrizə tərəf hərəkət etdik. Şahzadə 
Təbrizə birlikdə daxil olmaq üçün məni yanına çağırdı. Müharibə 
edib  qələbə  qazana bilmədiyinə  görə  çox narazı  qalmışdı  və  bu 
narazılığını gizlədə bilmirdi. İndiyə kimi kəklik və ceyran ovla-
maqla məşğul olsaq da, Təbrizə girişimiz xüsusi təşrifat və təm-
təraqla həyata keçdi. Şahzadənin xüsusi çalğıçılar dəstəsi və sü-
variləri  ondan  irəlidə  onun  hər  iki  tərəfi  ilə  gedir,  yaylım  atəşi 
açır, qəribə hay-küy yaradırdılar. Yəqin ki, belə nümayişi müşa-
hidə edən Avropa səyyahları yazmışdılar ki, şahın hərəkəti zama-
nı ona yaxınlaşmaq istəyəni onun ətrafı öldürür. 


110 
Şəhərə 2 fərsəx qalmış yavaş-yavaş Şahzadəni qarşılamağa 
çıxmış tacirlərlə və digər təbəqələrdən olanlarla qarşılaşdıq. On-
lar xüsusi bir ehtiramla bizimlə birgə getməyə icazə aldılar. Şah-
zadə ancaq mollaların                   sırası qarşısında dayandı və bir 
müddət onlarla söhbət etdi. Keçdiyimiz son kənddə təqribən 50 
nəfər kəndli yarımçılpaq halda Şahzadənin qarşısında rəqs etdi və 
“Ya Əli,  ya Əli” deyə səsləndilər, əllərindəki  bel  və külüngləri 
havada yellədilər. Bir az aralıda əllərində xüsusi bayraqları olan 
erməni keşişləri dayanmışdılar. Onlar Şahzadəyə “Xoş gəldiniz!” 
dedilər. Şahzadə onlara cavab verdi. 
Təbrizin şəhər darvazası qarşısında rəqqas, çalğıçı-xanəndə 
və kəndirbaz dəstələri toplaşaraq nümayış göstərirdilər. Kəndir-
bazların  bəziləri  olduqca  mahir  idilər.  Onlar  böyük  kəməndləri 
ağır və qalın zəncirlərlə bağlayaraq qövs halına gətirir və onun 
ortasından  atlanırdılar.  Bütün  yol  boyu  Şahzadəyə  müxtəlif  şir-
niyyat təklif edilirdi. Təbrizin küçələri qiymətli parçalarla bəzə-
dilmişdi. Bəzi yerlərdə qadınlar evlərin damına çıxıb oradan qış-
qıraraq “Sənə qurban olum!” deyirdilər. Ancaq keşikçilər onları 
ya xoşluqla, ya da zorla evlərə endirirdi. 
Şahzadə  öz  sarayına  çatanda  top  səsləri  eşidildi.  Bu,  onun 
saraya yetişməsini xəbər verirdi. 
Mənim yerləşdiyim mülk Şahzadənin sarayının yaxınlığında 
idi. O, iki hissədən təşkil olunmuşdu. Hissələr kiçik və gözəl bir 
həyətlə bir-birindən ayrılırdı. Otaqların hamısı çox rahat idi. Bu-
rada böyük və gözəl bir tavla da inşa edilmişdi. Şahzadənin sarayı 
İranda gördüyüm ən möhtəşəm binalardan biri idi. 
Şahzadə  mənə  xidmət  göstərmək  üçün  təqribən  20  nəfər 
ayırmışdı. Onlardan birinin vəzifəsi istədiyimi hazırlamaq, almaq 
və bütün məsrəflərimi qarşılamaq, bununla da, mənim pul xərclə-
məyimə imkan verməmək idi. Mənə bacarıqlı bir aşpaz da ayrıl-
mışdı. Ən ləzzətlisi isə o, idi ki, mənim üçün kifayət qədər xüsusi 
Şiraz şərabı nəzərdə tutulmuşdu. Şahzadə tərəfindən belə diqqət 
və qayğı görməyim Təbriz həyatımı rövnəqləndirirdi. Buna bax-


111 
mayaraq, belə həyatdan artıq sıxılmışdım. Bu arada Fransadan gə-
lən bir heyət məni ümidvar etdi ki, tezliklə Avropaya qayıdacam. 
Bu ümidlə təsəlli tapmağım belə, məni sevindirirdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə