Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə94/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   90   91   92   93   94   95   96   97   ...   101
Benton PDF.çapı

Mənim vəzifələrim
. Bu arada mənim çoxlu vəzifələrim var-
dı. Mən qalanın və müxtəlif avadanlıqların layihələrini hazırlayır-
dım. Eyni zamanda, piyadalar üçün təlimatlar tərtib edir və onlara 
tapşırıqlar  verirdim.  Arada  da  dərzilər,  ayaqqabı  tikənlər,  silah-
sazlar, aşpazlar və başqaları ilə müzakirələr aparır, onların işləri-
nə nəzarət edirdim ki, yeni ordu üçün çəkmə, papaq, silah və s. 
hazırlasınlar.  Bu  zamanlar  əsas  əyləncəm  at  minməkdən  ibarət 
idi. O da təbiətin quru çöllük olmasına görə məhduddu. 
Çayın sahilində və şəhərin ətrafında bağlar çoxdur. Onların 
sahibləri  məni  dəvət  edirdilər  ki,  bu  bağlarda  gəzim-dolaşım. 
Bağların əksəriyyəti meyvə bağları idi və onlar gil hasarlarla əha-
tə olunmuşdular. 
İranda bağların hamısı iki düz və kəsişən küçələrlə layihə-
ləndirilmişlər. Onların hər iki tərəfində sənubər və çinar ağacları 
əkilmişdir. 
Malikanənin  ortasında böyük bir hovuz, onun  ətrafında isə 
bağçalar vardı. Bu bağçalarda pərakəndə şəkildə lalə, qızılgül, ya-
səmən, yas kimi güllər əkilmişdi. Yas gülü yabanı gül kimi bitir. 
İranda atəşpərəstlər (zərdüştlər) ən yaxşı bağbanlar və gülbecərən-
lərdır. Çünki onların dinində ağac əkmə və suvarma müqəddəs iş-
lərdən hesab olunur. Atəşpərəstlərin sayı azdır; müsəlmanlar onları 
məğlub etmişlər, lakin onların nəsilləri İranın ən yaxşı insanlarıdır; 
onlar daha sadiq, daha zəhmətkeş və daha təmizkardırlar. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə