Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə2/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   2   3   4   5   6   7   8   9   ...   101
Benton PDF.çapı

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



AVQUST BENTONUN “SƏFƏRNAMƏ” ƏSƏRİ  
TARİXİ MƏNBƏ KİMİ 
 
Fransız
 
zabiti  Avqust  Bentonun  “Səfərnamə”  əsəri,  onun 
1807-ci ildə Türkiyə yolu ilə İrana gəlişi boyu və burada fəaliyyət 
göstərdiyi müddətdə qələmə aldığı təəssüratlarıdır. 
Avqust  Benton  15  iyun  1782-ci  ildə  Cenevrədə  doğulmuş, 
ibtidai təhsilini bu şəhərdə almışdır. Təbii elmlər sahəsində xüsusi 
qabiliyyəti olsa da, ailə problemləri və maddi sıxıntılar bu sahədə 
təhsilini davam etdirməyə və ixtisas almağa imkan verməmişdir. 
Bu üzdən də o, orduya daxil olmuşdur. 
16  yaşında  Cenevrə  Politexnik  liseyinə  daxil  olan  Avqust 
Benton, bacarığı və qabiliyyəti sayəsində 1802-ci ildə 20 yaşında 
ikən mayor rütbəsi almışdır. O, Cenevrədə general Şaslubun
1
 ko-
mandanlığı altında xidmət etmiş və Fransa ilə İtalya arasında Alp 
dağlarının Sen Bernard aşırımından keçən Souğəlceyşi yolunun 
çəkilişinə rəhbərliyi həyata keçirmişdir. 
1805-ci ildə Avqust Benton Fransanın müharibə gedən Arteş 
məntəqəsinə  göndərilmiş,  burada  Ustralitz
2
  döyüşlərində  iştirak 
etmiş və öz rəşadəti ilə məşhurlaşmışdı. Az sonra döyüşdə yara-
lanan Avqust Benton bir müddət müalicə olunmuşdur. Bu arada 
o “Şərəf” ordeni
3
 ilə təltif edilmişdir. 
1806-cı ildə Avqust Benton Dalmas məntəqəsinə  göndəril-
mişdir. O, burada ingilislərin hücumlarına qarşı Raquz limanının 
və onun ətrafındakı adalardakı istehkamların təmiri və  yenidən-
qurulmasına rəhbərlik etməli idi. 1807-ci ilin mart ayında Avqust 
Benton  Türkiyə  və  İrana  ezam  olunmuşdur.  O,  İstanbulda  qısa 
müddətdə Fransa səfiri general Sebastiyaninin komandanlığı al-
                                                           
1
 General Şaslup (1754-1833)-Fransanın məşhur mühəndis genaralı 
2
  Ustralitz-Mavarie  (indiki  Çexoslovakiya  ərazisində)  regionunda  olan  və 
Fransa-Avstriyanın Rusiya ilə müharibəsinin məşhur döyüşlərindən birinin baş 
verdiyi məntəqə 
3
  “Şərəf”  ordeni-Napoleon  Bonapart  tərəfindən  1801-ci  ildə  təsis  olunmuş, 
hərbçi və qeyri-hərbçilərə verilən orden 



tında işləmiş, minbaşı rütbəsi almış və Fransanın nümayəndəsi ki-
mi İrana göndərilmişdir. O, İranda bu dövlətlə ikitərəfli əlaqələr 
qurmalı və Abbas Mirzənin ordusunun yenidən təşkilinə kömək 
etməli idi. 
Abbas Mirzə və Fətəli şah Avqust Bentonu böyük ehtiramla 
qarşılamış, onu “Şir-ü-xurşid” medalı ilə təltif etmişlər. Ancaq Av-
qust Benton İran ordusunun yenidən qurulmasında bir çox çətin-
liklərlə rastlaşmış və 1808-ci ildə İrandan Fransaya qayıtmışdır. 
Avqust Benton  bir müddət  vətənindən və  müharibədən kə-
narda yaşadğına görə rütbə etibarı ilə dostlarından geridə qalmış-
dır.  Bundan  başqa,  onun  uzun  səfərinin  məşəqqətləri  və  İranda 
gördüyü  işlər  dəyərləndirilməmiş  və  qarşılığı  ödənilməmişdir. 
Nəticədə qısa müddətdən sonra onu Marşal Neyin
4
 ordusunun tər-
kibində İspanya, daha sonra 1809-cu ildə alman cəbhəsinə gön-
dərmişlər. Həmin ildə ailə vəziyyəti ilə bağlı ordudan tərxic ol-
muş və vətəni Şvesariyaya getmişdir. Bundan sonra siyasi və hər-
bi işlərdə çalışmış, general rütbəsinə qədər yüksəlmişdir. Avqust 
Benton 1864-cü ildə dünyasını dəyişmişdir. 
Avqust Bentonun İrana səfəri “Finkenşteyn” müqaviləsi za-
manına təsadüf etmişdi. Bu müqavilə 04 may 1807-ci ildə Fransa 
kralı  I  Napoleon  ilə  İran  səfiri  Mirzə  Məhəmməd  Rza  Qəzvini 
arasında Finkenşteyn qalasında bağlanmışdı. Onun şərtlərinə əsa-
sən, Fransa İranın Gürcüstanı tələbini dəstəkləməli və elə etməli 
idi ki, Rusiya Gürcüstanı  İrana güzəşt etsin. Bunun qarşılığında 
İran İngiltərəyə qarşı olmalı və Fransanın quru qoşunlarını İran-
dan keçirməklə Hindistana çıxmasına və oradakı ingilisləri sıxış-
dırmaqla ərazini işğal etməsinə şərait yaratmalı idi. Yeri gəlmiş-
kən, Fransa dövləti öz tarixinin son 1000 ildən artıq bir dövründə 
çox güclü xarici siyasət yürütmüş, müxtəlif ölkələrlə 25-dən artıq 
müqavilə bağlamışdır. Bu siyasətdə onun bağladığı ittifaq müqa-
vilələri  əhəmiyyətli  rol  oynamışdı.  Belə  müqavilələri  iki  qrupa 
bölmək olar: 
                                                           
4
 Marşal Ney-Napoleonun məşhur sərkərdələrindən biri 



1.
 
Arxa alyans (ittifaq). Bu tip müqavilələr düşmən dövlətlə 
əlbir ölkələr, yaxud da düşmən ölkənin arxasında olan dövlətlər 
ilə bağlanırdı. Birinci hal düşməni müttəfiqdən məhrum edərək 
onu zəiflətməyə xidmət edirdi. İkinci halda məqsəd düşmənə ar-
xadan ikinci cəbhə açmaq məqsədi güdürdü
2.
 
İkinci tip müqavilələr digər Avropa dövlətlərinin kaloni-
yalarını ələ keçirməyə xidmət edirdi. Onlar ya Şərq ölkələri, ya 
da koloniya xalqlarının nümayəndələri ilə bağlanırdı (
9
). 
05 iyun 1806-cı ildə İrana daxil olmuş Juperdən 1 il sonra, 
yəni 1807-ci ilin iyununda bu ölkəyə gəlmiş Avqust Benton, Ab-
bas Mirzənin sarayına qəbul olunmuşdur. Onun İrana ezamiyyəti 
bu ölkəyə səfir təyin olunmuş general Qraf Klod-Matye Qarda-
nın
5
 İrana gəlişi ilə başa çatmışdır. 
O dövrdə Fransadan İrana çoxlu nümayəndələrin göndəril-
məsi onu göstərir ki, Napoleon Rusiya və İngiltərə ilə müharibədə 
İranla müqavilə bağlanması və onunla əməkdaşlığa nə qədər əhə-
miyyət verirdi. 
Avqust Benton “Səfərnamə”sində özünün siyasi vəzifələrin-
dən bəhs etmir, lakin belə məlum olur ki, onun əsas vəzifəsi İran-
da Fransa təsirini artırmaq və bu ölkəni Rusiya ilə müharibəni da-
vam  etdirməyə  təşviq  etmək  olmuşdur.  Bu  konteksdə  o,  Abbas 
Mirzənin ordusunun yenidən qurulmasında və təlimatlandırılma-
sında iştirak etmişdir. “Səfərnamə”sində bundan ətraflı bəhs edir. 
Avqust Bentonun “Səfərnamə” əsəri üslub baxımından mək-
tublar şəklində yazılmışdır. Əsərin birinci hissəsi Adriatik (Ara-
lıq) dənizi sahilindəki Esplatodan Qənstəntinə (İstanbula) səfəri 
əhatə edir.
 
İkinci fəsil isə müəllifin Abbas Mirzənin ordugah və 
sarayındakı həyatını, eləcə də, Fətəli şahla görüşünü  ehtiva edir. 
Mənsurə İttihadiyyə tərəfindən fars dilinə tərcümə olunan (
7

bu əsərin ədəbi dəyəri, demək olar ki, yoxdur. Ancaq nəzərə alın-
malıdır ki, Avqust Benton “Səfərnamə”ni qələmə alanda gənc bir 
                                                           
5
 
General Qraf Klod-Matye Qardan (1766-1818)-fransız hərbi xadimi. 1807-
1809-cu illərdə İranda Fransanın səfiri olmuşdur. Əsas missiyası İngiltərə və 
Rusiyaya qarşı Fransa-İran ittifaqını təmin etmək idi. 



zabit idi və səfər boyu bir çox çətinliklərlə üzləşmişdi. Bu çətin-
liklərin əsasını onun fars dilini bilməməsi, eləcə də, yaxşı bir tər-
cüməçiyə sahib olmaması təşkil edirdi. Bununla belə, onun  yol 
boyu apardığı qeydiyyatlar, eləcə də, Abbas Mirzənin ordugah və 
sarayındakı yaşayışı, həmçinin, Fətəli şahla görüşü ilə bağlı ver-
diyi məlumatlar, xüsusən, tədqiqatçılar üçün diqqətəlayiqdir. 
Avqust Benton öz səfərinin son hissəsini,  yəni general Qar-
danla görüşündən sonranı şərh etmir. Buna görə də oxucu onun nə 
zaman və nə səbəbdən İranı tərk etdiyini bilə bilmir. Ancaq onun 
adı general Qardenin komandanlığı altında İranda fəaliyyət göstər-
miş zabitlərin sırasında yer almışdır. Bu barədə “General Qardenin 
İranda ezamiyyəti” əsərində məlumat verilmişdir (
8; 10
). 
Tarixi Azərbaycanla bağlı 500-dən artıq səfərnamənin oldu-
ğu təxmin edilir. Onlardan barmaqla sayıla biləcək qədəri Azər-
baycan dilinə tərcümə edilmişdir. Halbuki səfərnamə ədəbiyyatı 
tarixə  işıq  tutması  baxımından  çox  böyük  maraq  doğurur  və  ən 
etibarlı mənbələrdən hesab olunur. Çünki  o, hal, hadisə və  pro-
sesləri  özündən  sonrakı  nəsillərə  daha  dolğun  şəkildə  çatdırır. 
Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri 
də ifadə edilə bilər. Bununla belə, səfərnaməni yazan şəxs özü o 
hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. 
Ona görə də tarixin, o tarixdə baş verən hadisələrin, tarixi coğra-
fiyanın,  dövrün  ictimai,  iqtisadi,  ədəbi-bədii,  mədəni  və  siyasi 
mənzərəsinin,  xalqın  (xalqların)  həyat  tərzi,  məişəti,  inancının, 
bütövlükdə  dil,  ədəbiyyat  və  mədəniyyətinin,  dövrün  idarəçilik 
sisteminin, fərdi və ictimai, eləcə də dövlətdaxili və dövlətlərarası 
münasibətlərin, müəyyən elmlərin, cəmiyyətin və təbiətin digər 
məsələlərinin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolu 
danılmazdır.  Bu  baxımdan  fransız    hərbçisi  Avqust  Bentonun 
“Səfərnamə” əsəri də istisna deyildir. Əksinə, o, səfərnamə ədə-
biyyatında əhəmiyyətli tarixi mənbələrdən biri hesab olunur. 
Ancaq təəssüflər olsun ki, tarixçilərimizin böyük bir qismi-
nin əcnəbi dillərə, xüsusən, orta əsr qaynaqları ilə işləməyə imkan 
verən ərəb və fars dillərinə, ya ümumiyyətlə, bələd olmaması, ya 
da onları lazımi səviyyədə bilməməsi tariximiz ilə bağlı gətirilən 



arqumentlərin və səsləndirilən mülahizələrin yeni tarixi faktlarla
dəlil və qaynaqlarla möhkəmləndirilməməsinə səbəb olur. Yaran-
mış vəziyyətdən yeganə çıxış yolu mənbəşünasların və Şərq dil-
lərini yüksək səviyyədə bilən tədqiqatçıların tarixşünaslığımızın 
köməyinə gəlməsidir. Klassik qaynaqlar aşkarlanıb, dilimizə tər-
cümə olunmadıqca tarix elmimizin  geniş  mənada  yeni  və  ciddi 
üfüqlər fəth etməyəcəyi gün kimi aydındır (
6, 12-13
). Bu mənada 
mövcud tərcümə bu sahədəki boşluğun aradan qaldırılması yolun-
da atılan növbəti addım, təşəbbüsdür. Bundan əvvəl tərəfimizdən 
Süleyman  xan  Dərgahın  “Səfərnamə”  (əlyazmasının  əsasında) 
(
3
), eləcə də, Cemelli Karerinin eyniadlı “Səfərnamə” (
2
) və  Rəh-
mətulla xan Mütəmadülvüzəranın “Urmu: dünyanı yandıran mü-
haribədə” (
5
) əsərləri fars dilindən tərcümə edilərək ictimaiyyətə 
təqdim olunmuşdur. Əlbəttə, qeyd olunan son əsər səfərnamə de-
yil,  amma səfərnamə  səciyyəlidir. Məsələ  burasındadır ki,  Rəh-
mətulla xan Mütəmadülvüzəra o dövrdə İran Xarici İşlər Nazirli-
yinin Urmiya İdarəsində əvvəl Dəftərxana Şöbəsinin rəisi, daha 
sonra isə idarə rəisi idi və ona göstəriş verilmişdi ki, Urmiya vi-
layətində baş verən hadisələr barəsində gündəlik rapor versin. Bu 
üzdən müəllif, hazırladığı raporlarda təsvir etdiyi hadisələrin həm 
şahidi,  həm  də  birbaşa  oyunçusu  idi.  Rəhmətulla  xan  qeyri-adi 
dərəcədə  vətənpərvər  və  ehtiyatlı  bir  şəxsiyyət  olmuşdur  (qəbri 
nurla dolsun!) Yəqin ki, elə buna görə də hazırladığı raporları iki 
nüsxə tərtib etmiş və birini özündə saxlamışdır. Allah onun öv-
ladlarına da qəni-qəni rəhmət eləsin. Çünki onlar atalarından qa-
lan əlyazmanın qədrini bilmiş və Amerikaya köçərkən onu da öz-
ləri ilə aparmışlar. Az qala 100 il sonra dəyərli tədqiqatçı Gavə 
Bəyat  həmin  əlyazmanı  axtara-axtara  gedib  Amerikaya  çıxmış, 
onu  Oksford Universitetinin  İranşünaslıq Araşdırmaları Kafed-
rasının professoru Əlirza Şeyxülislaminin həyat yoldaşı, Rəhmə-
tulla xanın qız nəvəsi-onun mərhum qızı Rəbiə Mütəmədinin öv-
ladı Şəhrzad Vijedən  (Şeyxülislami) almış, İrana gətirərək redak-
tə  və  çap  etdirmişdir.  Nədən  bu  məsələnin  təfsilatına  varıram. 
Çünki adıgedən əsər olduqca unikaldır və özündə inanılmaz tarixi 
faktları barındırır. Məhz bu faktlardan məlum olur ki, dünyanın 



ən dəhşətli soyqırımı 1920-1922-ci illərdə Urmiyada Azərbaycan 
türklərinə qarşı törədilmişdir. Bütün Urmiya vilayəti üzrə əvvəl 
əhalidəki, hətta polis təşkilatındakı bütün silahlar, daha sonra ev-
lərdəki yeyəcək və ərzaq ehtiyatı, minik və ev heyvanları topla-
nılmış, axırda da istisnasız olaraq bütün türklərin evləri qarət edil-
miş, hətta bəziləri  yandırılmışdır. Təsəvvür edin ki, o dövrdə Ur-
miya  vilayətində  mövcud  olmuş  300  min  əhalidən  200  mini  bu 
soyqırımın qurbanı olmuşdur (
5, 275
). Öldürülənlərin sayı o qə-
dər çox olurdu ki, onları qüsulsuz və kəfənsiz basdırırdılar (
5, 43
). 
Əhalinin sağ qalan bədbəxt hissəsi də ayaq üstə ölü halına salın-
mışdı. Ən dəhşətlisi isə, minlərlə qızın və qadının irz və namusu-
na təcavüz edilmişdir. İnanılmazı odur ki, bəzi hallarda bu təca-
vüzlər, təcavüz olunanın atası,  anası,  həyat  yoldaşı,  uşaqları və 
qonşularının gözləri qarşısında həyata keçirilmişdir. Bəzilərini isə 
kişili-qadınlı  lüt  soyunduraraq  küçədə-bazarda  dolandırmış  və 
axırda da güllələmişlər (
5, 230
). Azğınlaşmış başıpozuq dəstələr 
Urmudakı Şeyx Əli və  Bəylərbəyi qadın hamamlarına basqın et-
mişlər. Lüt-üryan qadın və qızlar nə edəcəklərini, hara qaçacaqla-
rını şaşırmışlar. Əxlaqsız basqınçılar isə öz hərəkətlərini ağlagəl-
məz qəhrəmanlıq kimi qələmə vermişdilər (
5, 190
). Onu da deyək 
ki, bu soyqırımın təşkilatçıları o dövrdə Urmiyada Rusiyanın baş 
konsulu, əslən fransız Bazil Nikitin və ABŞ-ın baş konsulu doktor 
Şett, icraçıları isə aysorlar, kürdlər və ermənilər olmuşlar. 
Qəribəsi odur ki, Rəhmətulla xanın İran Xarici İşlər nazirli-
yinə təqdim etdiyi nüsxə itdi-battıya düşmüşdür!??? 
Mən,  sovet  istilahı  ilə  desək,  Əfqanıstanda  “beynəlmiləl” 
borcumu yerinə yetirmiş bir insanam. Hətta buna görə bəzən əsas-
sız ittihamlarla da rastlaşmışam. Yadımdadır, 1992-ci ildə milli 
məclisə deputatlığa namizədliyim irəli sürülmüşdü və vəkillərim 
Nazim Novruzov və Ayaz Məhərrəmov ilə birlikdə seçki dairəsi 
üzrə müxtəlif yaşayış məntəqələrində seçicilərlə görüşlər keçirir, 
görüşlərin sonunda verilən suallara cavab verirdim. Belə görüş-
lərdən  birində,  səhv  eləmirəmsə,  Çalxanqala  kəndində,  əlbəttə, 
əvvəlcədən öyrədilmiş  yaşlı bir kişi mənə sual-ittihamla müraciət 


10 
etdi. Dedi ki, Əfqanıstanda müsəlmanları qırmısınız, indi də de-
putat olmaq istəyirsiniz? Toplaşanlar səs-küy edərək kişiyə qarşı 
etirazlarını bildirdilər. Mən ona izah elədim ki, əvvəla, mən Əf-
qanıstanda  əsgər  olmamışam,  müşavir  aparatında  işləmişəm. 
İkincisi,  oradakı  mənim kimilərin hesabına qırğın az olmuşdur. 
Çünki biz müsəlmanıq və ürəyimizdə Əli xofu vardır... Ona görə 
də  yuxarıdakıları qələmə  almaqda məqsədim millətlərarası  düş-
mənçiliyi qızışdırmaq deyildir. İstədiyim odur ki, unutqan xalqım 
tarixin zaman-zaman təkrar olunduğunun fərqinə  varsın, onun acı 
təcrübələrindən dərs çıxarsın və hər zaman diqqətli olsun! 
Tərcümə sənəti özlüyündə ağır işlərdən biridir. Ancaq tərcü-
mənin ən çətin sahəsi səfərnamə tərcüməsidir. Çünki səfərnamə 
müəllifi bir çox hallarda bilərəkdən və  ya bilməyərəkdən qəbul 
edilməz təhriflərə yol verir. Bu təhriflər həm təsvirlərdə, həm də 
şərhlərdə özünü göstərir və yazıya düşür. Onlara lazımi cavablar 
verilmədikdə isə fakt olaraq tarixdə qalırlar. Səfərnamənin tərcü-
məçisi səfərnamədə bəhs olunan tarixi və onun detallarını, eləcə 
də, aidiyyatı xalqın (xalqların) ədəbiyyat, mədəniyyət, din, adət-
ənənə və digər xüsusiyyətlərini o dərəcədə mükəmməl bilməlidir 
ki, bu təhriflərə lazımi səviyyədə izahat verə bilsin. 
Bədbəxtlikdən,  Avqust  Bentonun  “Səfərnamə”si  təhriflər 
baxımından olduqca “zəngin”dir. Hətta təhrif o qədər çoxdur ki, 
onlara şərh vermək əsərin tərcüməsindən daha çətin və ağır oldu. 
Əlqərəz, keçək təhriflərin şərhinə. 
Bəri başdan qeyd edək ki, “Səfərnamə”sindən də aydın gö-
ründüyü kimi, Avqust Benton kifayət qədər savadlı və məlumatlı 
adam olmuşdur. Ancaq onda Şərq xalqlarına, konkret halda türk-
lərə və iranlılara və islama qarşı pataloji nifrət o dərəcədə güclü 
olmuşdur ki, bir çox hallarda öz təhriflərini özü də bilmədən tək-
zib edən hal, hadisə və faktlardan bəhs etmişdir. Məhz bu pataloji 
nifrətin nəticəsində o, dövləti tərəfindən İranda ona tapşırılan işin 
öhdəsindən gələ və uğur qazana bilməmişdir. Bu, mümkün də de-
yildi! Çünki hər bir mütəxəssis öz peşəsini sevməkdən başqa, sə-
nətini  icra edərkən şəxsi  (eləcə  də  milli, dini  və  s.) bitərəfliyini 


11 
qorumalıdır. Uzun illər orta, orta-ixtisas və ali məktəblərdəki pe-
doqoji fəaliyyət təcrübəmdən bilirəm ki, müəllim dərs dediyi şa-
girdi (tələbəni) sevməsə, ona nəsə öyrədə bilməsi imkan xaricin-
dədr. Əslində, Avqust Bentonun güclü mütəxəssis olması da şüb-
hə doğurur. Çünki ona nümunəvi top atışı təklif olunanda və o, bu 
təklifi qəbul edərək həyata keçirəndə heç bir hədəfi düzgün vura 
bilməmiş  və  bunu,  guya,  toplardakı  nasazlıqla  izah  etmişdir. 
A.Benton bu hadisəni belə təsvir edir: “Sərdar məndən istədi ki, 
topdan atəş açım. Onlar əmin idilər ki, bütün əsgərlər bunu baca-
rır. Burada dövlət topxanaya böyük əhəmiyyət verir. Əgər desəy-
dim ki, mən bu işi bacarmıram, bir faydası olmazdı, həm də eti-
barımı itirərdim. Ona görə də onun təklifini qəbul etdim və ümid 
edirdim ki, ilk atəşlə hədəfə isabət edəcəyəm. Lakin bunu bacar-
madım, çünki top güllələrinin kalibri (

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə