Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5 
Umudlu/ pp 257-273 
Winter 2019 
267 
onun XIX əsrin əvvəllərində baç verən hadisələrə elə ciddi bir təsiri yoxdur, əksinə 
onun oğlu Şeyxəli xan işğalçılara qarşı mübarizəni davam etdirirdi. Şəkili Məhəmməd 
Həsən xan da, 1797-ci ildə vəfat etmiş, onu əvəz edən oğlu Səlim xanın Kürəkçay 
müqaviləsinə qədər Rusiya ilə hər-hansı münasibətindən danışmaq yersizdir. İrəvan 
xanlığına gəlincə, Rusiya imperiyasına çoxlu itkilər hesabına başa gələn 1804-cü il 
uğursuz İrəvan yürüşünü göstərmək kifayətdir. 
Gəncə xanlığıının çar Rusiyası tərəfindən işğalı 
mövzusu Türkiyə 
tarixşünaslığında yetərincə bəhs olunan məsələlərdəndir. XIX əsrin əvvəlində başlayan 
rus işğalını işıqlandıran tarixçi M.Saray Gəncənin qəhrəman müdafiəsinə, Cavad xanın 
göstərdiyi qəhrəmanlıqlara xüsusi yer vermişdir.
32
Əsərdə Gəncə xanlığının qəhrəman 
müdafiəsi və Cavad xanın rolu xüsusilə qeyd olunmaqla, ermənilərin Rusiyanın Qafqaz 
siyasətindəki yeri məsələsi də tədqiq edilmişdir. Bu zaman müəllif qeyd edir ki
ermənilərin bir qismi könüllü şəkildə Rusiya qüvvələrinin xeyrinə casusluq fəaliyyəti ilə 
məşğul olmuşdusa, digər hissəsi buna zorla vadar edilmişdi. Bu arada haşiyə çəıxaraq 
qeyd etməyi lazım bilirik ki, Cənubi Qafqazın işğalının gedişində xristian amilıindən 
kifayət qədər ustalıqla yararlanan Rusiya gürcülərlə yanaşı ermənilərdən də bir vasitə 
kimi istifadə etmişdir. Həmişə Rusiyanın timsalında özünə hami axtaran ermənilər isə 
demək olar işğal prosesinin gedişində çarizmin sadiq buyruq qulları kimi çıxış etmiş və 
onları bu işə xüsusi olaraq məcbur etməyə ehtiyac olmamışdır.
33
Rusların hücum etdiyi 
ilk Azərbaycan xanlığı Gəncə olmuşdur. Zira Gəncə şimaldan Azərbaycana gələn hərbi 
vəticarət yollarının qovuşduğu əsas kilid nöqtəsi idi. 1804-cü ildə Gəncəyə ruslar 
saldırdığı zaman ölkəni idarə edən Cavad xan, xanlığı qəhrəmancasına müdafiə 
etmişdir. Fəqət rus qüvvələrinin azlığına baxmayaraq aətəş güclərinin çoxluluğu və 
təsirli olması, Cavad xanın və əhalinin bütün qəhrəmanlıqları bir fayda verməyərək 
məğlub olmasına səbəb olmuşdur.
34
1804-cü ildə Gəncə, Cavad xanın bütün cəhdlərinə 
baxmayaraq, ruslar tərəfindən işgal edildi. Ruslar, özlərini qəhramancasına müdafiə 
edən şəhər xalqını qətl etməklə cəzalandırmışlardır. Gəncənin adı da Rusiya çariçasının 
şərəfinə Yelizavetpol adlandırılmış və məscidlər də kilisəyə çevrilmişdir. Rusların bu 
qanlı işgalına Osmanlı Dövləti formal da olsa heç bir reaksiya vermədi.
35
32
Saray,
Yeni Türk Cumhuriyetleri Tarihi, 
5. 
33
Saray, 
Azerbaycan Türkleri Tarihi
, 14. 
34
Saray, 
Yeni Türk Cumhuriyetleri Tarihi
, 17. 
35
Saray,
Azerbaycan Türkleri Tarihi
, 17. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə