Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 
Cilt:6 / Sayı:5 
Umudlu/ ss 257-273 
Kış 2019 
 
268 
Tarixçi C.Yücel də adı çəkilən əsərində rusların hədəf olaraq seçdikləri ilk 
xanlığın Gəncə olduğunu qeyd edir.
36
Həmçinin müəllif son hökümdar Cavad xanın 
Gəncəni qəhrəmancasına müdafiə edərkən şəhid olduğu, şəhərin 2000 şəhid və 18000 
əsir verərək təslim olduğu, həmçinin Gəncənin adının I Aleksandrın arvadının şərəfinə 
Yelizavetpol olaraq dəyişdirildiyi öz əksini tapmışdır.
37
C. Gökçe həmin ildə Rusiyanın 
Gəncə xanlığına işğalçı yürüşündən ətraflə şəkildə bəhs edir. Müəllif yazır: 
“Gəncə 
xanı Cavad xan daxil olmaqla bir çoxları ruslara qarşı çıxaraq canlarını fəda etdilər. 
Gəncə xanlığı ruslar tərəfindən işğal edildi.”
38
Ancaq tarixçi C.Gökçe yanlış olaraq 
əvvəl Şirvanın, sonra isə Şəkinin ruslar tərəfindən 1804-05 illərdə tutulduğunu qeyd 
edir. Eləcədə o, Sisianovun 1805-ci ildə Bakıya girməsindən bəhs edir. 
Tarixçi M.S.Bilge yazır ki, 1803-cü ilin noyabrında Gəncəni mühasirəyə alan 
Sisyanov 1804-cü il yanvarın 3-də, Gəncə xanı Cavad xan və oğlu Hüseyqulunun şəhid 
olmasından sonra Gəncə işğal edildi. Ruslar tərəfindən talan edilən Gəncənin adı 
dəyişdirilərək çariçanın şərəfinə Yelizavetpol adlandırıldı.
39
Əvvəlki illərdən Qacarlar 
sülaləsinin xanları tərəfindən idarə edilən, fəqət 1804-ci ildə ruslar tərəfindən işgal 
edilərək rus çarı I Aleksandrın arvadının şərəfinə Yeizavetpol adlandırılan və rus hərbi 
idarəsi qurulan Gəncədə xalq Abbas Mirzənin komandanlığında ruslara qarşı mühüm 
döyüşlərə qatıldılar.
40
Türkiyə tarixşünaslığıının nümayəndəsi A.Çeçen tədqiqat əsərində qeyd edir ki, 
Qafqazı istila etməyə çalışan Rusiya Gəncə və Qarabağ xanlıqlarında daha ciddi 
müqavimətlə üzləşmişdi, Gəncə qalası uzun müddət işğalçılara müqavimət 
göstərmişdi.
41
Göstərilir ki, çətin və qanlı döyüşlərdən sonra Azərbaycanın çar 
Rusiyasının nəzarəti altına keçməsi hüquqi baxımdan bir ölkənin müstəqilliyinə zorla 
son qoyularaq həyata keçiilən hərbi işğaldır.
42
Müəllifin 
“ermənilər ilə gürcülərin 
ruslarla müharibədən çəkilməsi Qafqaz və Azərbaycan üçün cəsarət qırıcı olmuşdur” 
tezisi fikrimizcə tənqidi yanaşma tələb edir. Çünki çar Rusiyasını Qafqaza məhz 
gürcülər dəvət etmişdilər və belə olan halda onların Rusiyaya qarşı hansısa müqavimət 
36
Yücel, 
 Dış Türkler
, 77-78. 
37
Yücel
, Dış Türkler
, 78. 
38
Gökçe, 
Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti, 
189-190. 
39
Bilg, 
 Osmanlı Devlet ve Kafkasya, 
167. 
40
Vidadi Umudlu, 
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğai olunması və müstəmləkəçilik 
əleyhinə mübarizə, 
Bakı: Elm 2004
, 28-29.
41
Anıl Çeçen, 
 Türk Devletleri, 
İstanbul: Togan Yayınçılık, 2014, 286. 
42
Çeçen, 
Türk Devletleri, 
287. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə