Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5 
Umudlu/ pp 257-273 
Winter 2019 
269 
hərəkatında iştirakından söhbət gedə bilməzdi. Ermənilərə gəldikdə isə bəhs olunan 
dövrdə onların bir güc olaraq göstərilməsi düzgün deyildir.
Gəncəni qırğınlar törədərək işgal edən ruslar, ətrafdan, xüsusilə Osmanlı Dövləti 
ilə İrandan təsirli bir təzyiq olmadığını görüncə istila hərəkətinə davam etdi.
43
Tarixçi 
Nağı Keykurunun (Şeyxzamanlı) fikrincə ruslar ən çətin mübarizəni Gəncə xanlığı ilə 
edərək çoxlu itkilər vermişilər. Müəllif yazır: 
”Şəhərə girən vəhşi rus əskərləri 
qarşılarına çıxan hər canlını qəddarcasına məhv edirdilər. Bu rus çarının onlara icazə 
verdiyi qələbə haqqıdır.”
44
Rusların Gəncə və Azərbaycan xalqına etdikləri vəhşət və 
hunharlıq unudulmayacaq qədər ağırdır.
45
Müəllif qeyd edir ki, 
“xalqımız heç bir zaman 
ruslara isınmamış, onlara həmişə nifrət və kin dolu nəzərlərlə baxmışdırlar. Özünə 
inanan kənd gəncləri fürsət düşdükcə rus idarəçi jandarmlarını öldürür, sonra da 
silahlarını alıb dağa çıxardılar”
.
46
Müəllif yazır: 
”Burası qətidir ki, o zamanlar 
Azərbaycanın hər tərəfində amansız bir istiqlql mübarizəsi vardı. Mübarizə hər sahədə 
özünü göstərirdi.”
47
Müəllif Cemalettin Taşkıranın fikrincə, Gəncə xanlığının süqutundan sonra digər 
bütün xanlıqlar bərabər olmayan güc tarazlığı və müxtəlif hiylə yolları ilə süqut etdilər. 
Qarabğlı İbrahim xan 1805-ci ilin mayında ruslar ilə anlaşmaq məcburiyyətində qaldı.
48
Gəncə xanlığının süqutu digər Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalını 
asanlaşdırdı.
49
Qafqaz tarixinin tədqiqinə həsr olunmuş 
“Dünden Bugüne Kafkasya”
adlı 
akademik araşdırmanın müəllifi Muharrem Yıldız, böyük əksəriyyəti türk-oğuz 
boylarına mənsub olan Azərbaycan türklərindən, Gəncə xanlığının rus hakimiyyətini 
qəbul etməsindən sonra digər xanlıqların da zorla Rusiyanın tərkibinə daxil 
edilməsindən bəhs edir. Müəllifin fikrinə davam edərək yazır: 
“Xanlıqlar arasındakı 
ziddiyyətlərdən doğan bu böyük fəlakətin acı nəticələrini vaxt keçdikcə anlayan 
Azərbaycan türkləri yurdlarını, tarixin, taleyin ağrılı oyunlarından, rus zülmündən 
43
Mirze Bala Mehmedzade, “Gence” maddesi,
 Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 
c.4, İstanbul: 
TDV Yay., 1991,
 
762-766. 
44
Naki Keykurun,
Azerbaycan İstiklalMücadelesinden Hatıralar(1905-1920), 
Ankara: İlke Kitabevi 
Yayınları, 1998, 5. 
45
Keykurun,
Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 
7. 
46
Keykurun, 
Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 
7. 
47
Keykurun, 
Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 
8. 
48
Cemalettin Taşkıran,
Keçmişten Günümüze Karabağ Meselesi,
Ankara:Genelkurmay Basımevi, 1995, 
68. 
49
Umudoğlu, Kuzey Azerbaycanın Çar Rusiyası Tarafından İşğali ve Sömürgeçilige karşı Mücadele 
(1801-1828
), 
74. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə