Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5 
Umudlu/ pp 257-273 
Winter 2019 
265 
Buna baxmayaraq tarixçi M.S.Bilge, çar I Aleksandr tərəfindən kral ailəsinin 
Tiflisdən çıxarılaraq Rusiyaya sürgün olunduğunu, XII Georginin oğullarının həbs 
edildiyini qeyd edir. Daha sonra kraliça Məryəmi həbs etmək əmri alan gen.İvan 
Lazarev 12 aprel 1803-ci ildə zorla yataq otağına girdiyi kraliça tərəfindən öldürüldü. 
Kraliça Məryəm 1803-ci ilin oktyabrında ailəsi ilə birlikdə Rusiyaya sürgün edildi.
21
1804-cü ildə Meqrel taxtına keçən V.Levanın Osmanlı tabiyatından çıxaraq Rusiyadan 
himayə istəməsi üzərinə Meqrel 1804-cü ildə əyalət olaraq Rusiyaya ilhaq edildi. 1805-
ci ildə Anakliya qalası da işğal olundu.
22
1804-cü ildə İmereti kralı Napolyona müraciət 
edərək himayə istəmiş və 1811-ci ildə bu müracət təkrar edilmişdi. Bundan başqa 
gürcülər, bir müddət sonra Rusiya himayəsini qəbul etmənin ağır xəta olduğunu anlamış 
və Rusiyaya qarşı qiyam və üsyan qaldırmışdılar.
23
Xristian faktorundan danışılarkən qeyd olunmalıdır ki, o dövrdə həm 
Azərbaycan xanlıqlarında, həm də Osmanlı torpaqlarında ermənilərin təşkilatlandığı yer 
kilsə təşkilatı idi. Ruslar da bu təşkilatdan və erməni ruhanilərindən istifadə edəcəklər. 
Buna görə də, ermənilərin müqəddəs manastırlarından biri olan möhtərəmlərindən olan 
Ücmüəzzini Osmanlı nüfuz dairəsindən xilas etmək və özlərinin yayılmacı siyasətinin 
bir vasitəsinə çevirmək yoluna qədəm qoymuşlardır. Ümumiyyətlə rusların yayılmacı 
siyasətində xristian elementlərindən istifadə etdiyi məlum bir həqiqətdir.
24
General 
Sisianov İrəvan xanı Məhəmməd xana məktub göndərərək Üçmüəzzin katalikosu olaraq 
Danilin tanınmasını, Rusiyaya tabe olmasını və vergi ödəməsini, İrəvan qalasında bir 
rus qarnizonu yerləşdirməsini tələb etdi. Məhəmməd xan bütün təklifləri rədd etdi.
25
C.Gökçe adı çəkilən kitabında qeyd edir ki, Cənubi Qafqazın işğalı planına 
uyğun hərəkət edən rus hakim dairələri 1802-ci ildə Gen.Sisianovu Qafqazın baş 
hakimliyinə gətirdilər. Sisyanov ilk olaraq osetinləri itaət altın aldı. 1803-cü ilin qışında 
General Qulyakovun rəhbərliyi ilə rus qoşunlarının Zaqatala yürüşündən bəhs edən 
müəllif, yürüş nəticəsində bölgənin çapıb talandığını və viran qoyulduğunu qeyd 
edir.
26
Sisyanovun əmri ilə rus birlikləri 1803-cü ildə Azərbaycan xanlıqları və 
Dağıstana hücuma keçdilər. Qulyakov ölkəni talan və viran etdi.
27
Tarixçi M.S.Bilge 
yazır ki, Qafqazın Baş hakimi Sisyanovun əmri ilə rus qoşunları 1803-cü ilin yazında 
21
Bilge,
Osmanlı Çağınd Kafkasya (1454-1829)
, 301. 
22
Müfit Sadık Bilge,
Osmanlı Devlet ve Kafkasya, 
İstanbul: Eren Yayınçılık, 2006, 167. 
23
İsmail Berkok, 
Tarihte Kafkasya, 
İstanbul: İstanbul Matbası,1958, 402. 
24
Arslan, 
Kutsal Ermeni Papalığı Eçmiyadzin Kilisesi’nde Stratejik Savaşlar,
27.
25
Vidadi Umudoğlu, “Kuzey Azerbaycan’ın Çar Rusiyası Tarafından İşğali ve Sömürgeçilige karşı 
Mücadele(1801-1828)”,
 Türk Dünyası Araştırmaları, 
sy.124, (Şubat 2000): 74. 
26
Gökçe, 
Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti, 
189-190. 
27
Bilge, 
Osmanlı Devlet ve Kafkasya, 
167. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə