Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 
Cilt:6 / Sayı:5 
Umudlu/ ss 257-273 
Kış 2019 
 
266 
Azərbaycan xanlıqları və Dağıstana hücuma keçdi. Gen.Qulyakov ölkəni soyub taladı. 
İrəvan xanı Məhəmməd Həsənin elçiləri Hüseyn xan və Əli xan, Şirvan xanı Mustafa 
xan, Şəki xanı Səlim xan tərəfindən İstanbula göndərilən elçilər bölgədəki vəziyyəti 
haqqında Osmanlı sarayına məlumat vermişdilər.
28
İrəvan xanlığı ilə bağlı araşdırma 
aparan H. Oktay türk və müslüman ölkələri olan Qacar İranı ilə Osmanlı dövlətinin 
ruslara qarşı birləşmələrinin əhəmiyyətindən bəh edərək yazır: 
“Bu həm bölgə 
baxımından, həm hər iki ölkənin gələcəyi baxımından çox önəmli idi. İrəvan xanı bu 
vəziyyəti görmüş və bir an öncə bölgədə bir ittifaqın qurulmasının vacibliyinə inanırdı. 
Fəqət hər iki dövlətin aralarındakı tarixi münaqişə bu təhlükəni görmələrinə mane 
olurdu.”
29
Tarixçi M. Sarayın fikrincə Azərbaycanda Rusiya işgalları başlayınca Osmanlı 
Dövlətindən ilk yardım istəyən xanlıqların başında Qarabağ xanlığı gəlməkdədir. Fəqət 
istədiyi köməyi ala bilməyən Qarabağ xanı İbrahim Xəlil, İranda Qaçar xanədan rəisi 
Ağa Məhəmməd xana yanaşmıştır. Buradan da yetərli dəstəyi görməyən Qarabağ xanı 
İbrahim Xəlil, Rusiya nüfusunu qəbul edərək vergi vermək məcburiyyətində 
qalmışdır.
30
Başbakanlıq Osmnlı Arxivinin Xətti-Humayun fondunda saxlanılan 
“Şuşa 
və Qarabağ xanı İbrahim Xəlil xanin Osmanlı dövlətinin xidmətində olmaq barəsində 
bölgədə tək qalması”
adlı sənəd Şuşa və Qarabağ xanı İbrahimxəlil xanın Ərzurum 
Valisi Abdullah Paşaya 1806-cı ildə göndərmiş olduğu farsca məktubun tərcüməsini 
özündə ehtiva edir. Məktubda, xan əvvəldən bəri Osmanlı dövlətinin xidmətində olduğu 
üçün fəxr etdiyini, ancaq Qubalı Fətəli xan, Şəkili Məhəmməd Həsən xan və İrəvanlı 
Məhəmməd xanın Rusiyaya itaət etdiklərini və bölgədə tək qaldığmı, kömək edilmədyi 
təqdirdə özünün də Rusiya ilə sülh bağlamaq məcburiyyətində qalacağından bəhs 
olinur.
31
.
Göründüyü kimi məktubda Qarabağlı İbrahim xan Rusiyaya tərəf üz 
çevirməsinin əsas səbəbimi, onun Qacar və Osmanlı dövlətlərindən lazımi dəstəyi ala 
bilməməsi ilə izah edir. Digər tərəfdən Qarabağ xanı burada Qubalı Fətəli xanın, Şəkili 
Məhəmməd Həsən xanın, və İrəvanlı Məhəmməd xanın Rusiyaya itaət etməsindən bəhs 
edir. Məlumat üçün bildirək ki, Qubalı Fətəli xan artıq 1789-cu ildə vəfat etmişdi və 
28
Bilge
, Osmanlı Çağınd Kafkasya(1454-1829)
, 303. 
29
Oktay Hasan. 
Kafkaslarda Rus Yayılması Karşısında Osmanlı-Kaçar Faktörünün Harekete Geçirilme 
Teşebbüsü (Agustos-Eylul 1811), 
Vakanüvi
s, 2 (2017): 379-392. 
30
Saray, 
Azerbaycan Türkleri Tarihi
, 19. 
31
BOA, HAT
, b.1392/55538. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə