Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 
Cilt:6 / Sayı:5 
Umudlu/ ss 257-273 
Kış 2019 
 
264 
ildə Tiflis xanlığını özünə birləşdirən Rusiya, bir tərəfdən Şimali Azərbaycan 
xanlıqlarını ələ keçirməyə başlayır, digər tərəfdən Anadoluya qapını açmaq üçün 
Rəvan, Tiflis, Ərzurum, Qars, Van, Təbriz və ətrafındakı bölgələrdən heç birində 
üstünlük təşkil etməyən ermənilərdən bir vasitə istifadə etməyi qərara alır.
17
Bu fikirlər 
rusların Azərbaycan və Şərqi Anadoluda yaşayan erməni əhalisindən öz planlarını 
həyata keçirmək üçün bir vasitə kimi istifadə emələrini bir daha sübut edir.
Tarixçi Nəcməddin Aygünün fikrincə, 1801-ci ildə Gürcüstanın Rusiya 
əyalətlərindən birinə çevrilməsi nəinki Azərbaycanın, eləcə də Şərqi Anadolu 
bölgələrinin də birbaşa işgalına səbəb olmuşdur.
18
“Dış Türkler”
əsərinin müəllifi 
Celaleddin Yücel qeyd edir ki, 1801-ci ildə ruslar “himayə” bəhanəsi ilə Cənubi 
Qafqaza-Gürcüstana soxulduqları zaman, Azərbaycan xanlıqlar dövrünü yaşayırdı.
19
Göründüyü kimi güclü Rusiya imperiyası qarşısında Azərbaycanın kiçik xanlıqlara 
parçalanmasının işğala real zəmin olması müəllifin diqqətindən yayınmamışdır. 
Beləliklə, əksər türk tarixçiləri də Şimali Azərbaycanın işalının başlanmasında, 
Gürcüstanın Rusiyaya ilhaq edilməsi faktorunu həlledici amillərdən biri olduğunu qeyd 
edirlər. Əhalisinin böyük hissəsinin xristian olmasından istifadə edərək Gürcüstanı ilhaq 
etməklə ilk dayaq nöqtəsi əldə edən çar Rusiyası, çox keçmədən bütün Cənubi Qafqazı 
işğal edərək, cənubda Qacar və cənub-qərbdə Osmanlı dövlətlərinin qonşularına 
çevrildilər. Rusiya həmçinin Anadolu və İran üzərinə gələcək yürüşlərində 
Gürcüstandan istinadgah kimi istifadə etməyi nəzərdə tuturdu.
Yuxarıda rusların, bölgəni işğal etmək üçün yerli erməni əhalisindən bir vasitə 
kimi istifadə etmək planlarından bəhs etmişdik. Tarixçi Mustafa Budak arxiv 
sənədlərini təhlil edərək bu qənaətə qəlir ki, ruslar öz planlarını həyata keçirmək üçün 
bölgədə yaşayan kürd əhalisindən də istifadə etmək fikrində idilər. Müəllif yazır ki, 
1801-ci ildə ruslar Tiflisə gəldikləri ilk günlərdə, Osmanlı və İran ərazisində daimi 
hərəkətdə olan və qeyri-məmnun bir kütlə təsiri bağışlayan kürd əhalisi rusların maraq 
dairəsinə daxil olur. Onlar üzərində iş aparan rus təhlükəsizlik təşkilatının əsas hədəfi 
kürd əşirətlərini mübarizəyə qoşmaq idi.
20
Rusiya bölgə əhalisini qarşı-qarşıya 
qoymaqla daha asan yollarla öz məqsədinə çatmaq fikrində idi. 
17
Ali Arslan,
Kutsal Ermeni Papalığı Eçmiyadzin Kilisesi’nde Stratejik Savaşlar,
İstanbul: Truva 
Yayınları, 2005, 27. 
18
Necmettin Aygün, Kafkasyada Rus-Osmanlı Mücadelesi ve Kars dolaylarında Sınır İhaleleri, 1826, 
Cumhuriyet Tarihi Araştırmaları Dergisi (CTAD), 
Yıl 3, sy. 6 (Güz 2007): 98-116.
 
19
Celal Yücel
. Dış Türkler,
İstanbul: Hun Yayınları, 1976, 77-78. 
20
Mustafa Budak
,
“Osmanlı-Rus ilişkilerinde Kafkasya”, 
Avrasya Etütleri, IV (
1995): 
113.



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə