Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5 
Umudlu/ pp 257-273 
Winter 2019 
263 
Dağıstana Rusiya tərəfindən edilən hədə-qorxulardan bəhs etmişdir.
12
Tarixçi M.S.Bilge 
belə hesab edir ki, Gürcüstanın Rusiya tərəfindən ilhaqı, Rusiyanın Qafqazdakı 
işğallarında keçid nöqtəsini təşkil edir. Gürcüstanı ələ keçirməklə bölgədə 
müstəmləkəçi idarənin təməlini qoyan ruslar, vəziyyətlərini möhkəmləndirmək üçün, 
şərqdə Xəzər dənizi və cənubda Araz çayına qədər irəliləməyi özlərinə əsas hədəf 
seçmişdilər.
13
Məlumdur ki, çox keçmədən Rusiya Gülüstan və Türkmənçay 
müqavilələri ilə öz hədəflərini reallaşdırmağa nail oldular. 
Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsində Gürcüstanın işğal edilməsi 
amilinin mühüm rol oynadığını türk tədqiqatçılarından Nedim İpek də qeyd edir. 
Müəllifin fikrincə Gürcüstanın ilhaqı ilə Rusiyanın sərhədləri Türkiyə və İran 
torpaqlarına qədər uzanmaqla bərabər, Dağıstan və Çərkəzistan (Şimali Qafqaz dağlıları 
nəzərdə tutulur – V.U.) mühasirə vəziyyətinə düşdü və İran və Osmanlı dövlətinə qarşı 
da qüvvətli bir hərəkət üçün baza təmin edilmiş oldu. Gürcüstanda təhkimçilik rejiminin 
tətbiqi, müstəqil gürcü ortodoks kilsəsinin rus kilsəsinə birləşdirilməsi, çara sadiq dini 
və dünyəvi yuxarı əyan təbəqəsinin hazırlanması, tədris işinin rus dilində aparılması 
bilavasitə bu işğalın nəticəsində baş verdi.
14
Azərbaycan Xalq Cumhuriyyətinin banisi 
olmuş Məhəmməd Əmin Rəsulzadə “
Azerbaycan Problemi”
əsərində qeyd edir ki
çarizm bu ərazidə hakim ola bilmək üçün Qafqazda xristianlığın qoruyucusu və Avropa 
mədəniyyətinin təmsilçisi olaraq ortaya çıxmışdır. Əslində isə, xristianlığı qorumaq, 
müsəlman türklərin və İranlıların hərəkətləri ilə o dövrə qədər müstəqil olan müstəqil 
gürcü kilsəsinin müstəqiliyyinin tamamilə aradan qaldırılması və rus hakimiyyətinin 
qurulması şəklində həyata keçirildi.
15
Göründüyü kimi, xristianların hamisi kimi çıxış 
etməsinə baxmayaraq Rusiya, Gürcüstanı ilhaq etməklə, burada müstəmləkəçi üsul-
idarənin əsasını qoymuş oldu.
İşğala qədər sadəcə Azərbaycanın deyil, bütün Qafqazın müsəlman xalqlarının 
yabançı olduğu və Avropanın bütün mədəni xalqları tərəfindən nifrət edilən köləlik 
sistemi, rus məmurlar tərəfindən Azərbaycanda zorla həyata keçirilməyə başlanmışdı.
16
Yuxarıda söylənilən fikirləri təsdiq etməklə yanaşı, şərq bölgələrində yaşayan 
ermənilərə rusların artan diqqəti Ali Arslanın 
“Kutsal Ermeni Papalığı Eçmiyadzin 
Kilisesi’nde Stratejik Savaşlar”
adlı əsərində də qeyd edilir. Müəllif yazır ki, 1801-ci 
12
Abdullah Sayda, 
 Kırım ve Kafkas Göçleri (1856-1876),
Ankara: Türk Tarih Kurumu, 2010. 
13
Müfit Sadık Bilge,
Osmanlı Çağınd Kafkasya(1454-1829), 
İstanbul: Kitabevi Yayınları 2015, 
299. 
14
Nedim İpek, “Kafkaslar'daki Nüfûs Hareketleri” 
Türkiyat Mecmuası 
20 (1991): 273-313. 
15
Mehmet .EminResulzade. 
Azerbaycan Problemi
, Ankara: Azerbaycan Kültür Derneği 1996, 14

16
Resulzade, 
Azerbaycan Problemi
, 14. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə