Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 
Cilt:6 / Sayı:5 
Umudlu/ ss 257-273 
Kış 2019 
 
262 
ortaya qoymağa, diğər tərəfdən də bu xanlıqların Osmanlı dövlətinə münasibətdəki 
mövqeyini izah etməyə çalışmışdır. Əsərdə Rusiya işğalının tərəflər arasındakı 
münasibətlərə göstərdiyi mənfi təsir də öz əksini tapmışdır.
7
Şimali Azərbaycanın işğal öncəsi vəziyyətindən bəhs edən türk müəlliflərindən 
biri də Camal Gökçedir. Onun 
“Kafkasya ve Osmanlı İmparatorluöunun Kafkasya 
siyaseti”
əsərində Osmanlı imperatorluğunun 1774-1829-cu illərdə yeritdiyi Qafqaz 
siyasəti Başbakanlıq Arxivlərindən toplanan tarixi sənədlər əsasında qələmə alınmışdır. 
Kitabda həmçinin Qafqazın etnik mənzərəsi, islamın Qafqaza daxil olması və İran–
Qafqaz münasibətləri öz əksini tapmışdır. Müəllifin qeyd edir ki, bu əsər 
“illər boyu 
duyğusal yanaşma ilə yazılan Osmanlı-Qafqaz münasibətləri”
sənədlərə əsaslanaraq 
obyektiv şəkildə qələmə alınmışdır.
8
C. Gökçe1800-ci ildə Rusiyanın Tiflis, Şuşa, 
Gəncə tərəflərində İrana qarşı fəallaşdığını qeyd edir.
9
Bölgədə mövcud olan vəziyyəti 
beynəlxalq dəyərlər sistemindən təhlil edən tarixçi Mustafa Aydın Rusiya, Osmanlı, 
İran Qaçar xanədanı arasında sıxışıb qalan Cənubi Qafqazın güç mübarizələrinin 
mərkəzi olduğunu göstərmiş və bu üç dövlətlə müqayisədə çox zəif xanlıqların meydana 
gəlməsinin bölgədə hökmranlıq uğrunda gedən mübarizənin ağırlaşmasına səbəb 
olduğunu qeyd etmişdir.
10
Məlumdur ki, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı Şərqi 
Gürcüstanın ilhaqı və bununla birlikdə Gəncə və İrəvan xanlıqlarına aid olan Qazax, 
Şəmşəddil, Borçalı və Pəmbək sultanlıqlarının zəbti ilə başlamışdır. Bununla Qafqazda 
özünə mühüm dayaq nöqtəsi əldə edən Rusiya, öz hərbi işğal planını ləngimədən həyata 
keçirmişdi. İşğal məsələlərindən bəhs edən türk tarixçiləri də bu fakta biganə qalmamış, 
Gürcüstanın Rusiya tərəfindən işğalının bütün Qafqazın,o cümlədən Şimali 
Azərbaycanın işğalında ilkin mərhələnin təşkil etdiyini söyləmişlərdir. 
Gürcüstanın Rusiyaya ilhaqından bəhs edən Akdes Nimet Kurat özünün 
“Türkiye ve Rusya”
əsərində
,
1801-ci ildə çar I Aleksandrın Tiflisə Rusiya hərbiçilərini 
göndərdiyini,qanlı döyüşlər nəticəsində 1804-1805-ci illərdə ruslarınbir sıra Azərbaycan 
xanlıqlarını işgal etdiyini qeyd edir.
11
Tarixçi A.Saydam da Şimali Azərbaycanın, 1801-
ci ildə Qazax və Şəmşəddilin işğalı ilə başlayan rus istilasından, Azərbaycan və 
7
Saray, 
Rus İşğalı Devrinde

7. 
8
Cema Gökçe. 
Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti
, İstanbul: Şamil Egitim ve 
Kültür Vakfı, 1979, 190. 
9
Gökçe,
Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti
, 188. 
10
Mustafa Aydın,
Üç Büyük Gücün Çatışma Alanı Kafkaslar
, İstanbul: Gökkubbe, 2005. 
11
Akdes Nimet Kurat,
Türkiye ve Rusya
, Ankara: Kültür Bakanlığı Yayınları, 1990, 50. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə