“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

26



 

Digər banklara ödəniləcək vəsaitlər 

 

Digər banklara ödəniləcək vəsaitlər, müxbir banklar tərəfindən Qrupa nəğd pul və ya digər aktivlər 

verildiyi andan etibarən qeydə alınır. Qeyri-derivativ (törəmə) maliyyə öhdəlikləri amortizasiya 

olunmuş maya dəyərində qeydə alınır. Qrup verdiyi borcları geri aldıqda, həmin borc öhdəlikləri 

balansdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi 

üzrə yaranan gəlir və ya xərclərə daxil edilir. 

 

Müştəri hesabları 

 

Müştəri hesabları fiziki şəxslər, dövlət müəssisələri və ya hüquqi şəxslər qarşısında olan qeyri-

derivativ maliyyə öhdəliklərini əks etdirir və amortizasiya olunmuş dəyərdə qeydə alınır. 

 

Kommersiya və digər kreditor borcları  



 

Kommersiya kreditor borcları o hallarda hesablanır ki, əks tərəf müqavilə üzrə öhdəliklərini yerinə 

yetirsin və  həmin borclar faktiki faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya edilmiş 

dəyər ilə uçota alınır. 

 

Maliyyə zəmanətləri 

 

Maliyyə  zəmanətləri elə müqavilələrdir ki, Qrup müvafiq borc aləti üzrə  hər hansı bir borclunun 

ödənişi həmin borc alətinin şərtlərinə uyğun surətdə aparmadığı halda, zəmanətin sahibi qarşısında 

öhdəlikləri yerinə yetirmək məqsədi ilə müəyyən edilmiş  məbləğləri ödəməli olsun. Maliyyə 

zəmanətləri əvvəlki mərhələdə ədalətli dəyər əsasında uçota alınır və həmin dəyər, bir qayda olaraq

alınmış haqq əsasında hesablanır. Bu məbləğ zəmanət müddəti üçün birbaşa xətt prinsipi əsasında 

amortizasiya olunur. Hər bir balans tarixində  zəmanətlər aşağıda qeyd olunan mövqelərdən daha 

yüksək olanı üzrə qiymətləndirilir: (i) əvvəlki uçot zamanı məbləğin amortizasiya edilməmiş qalığı 

və (ii) balans tarixinə öhdəliyi ödəmək üçün tələb olunan xərclərə dair ən mükəmməl proqnoz 

rəqəmi. 


 

Xarici valyuta mövqelərinin yenidən qiymətləndirilməsi 

 

Qrupun konsolidasiya edilmiş müəssisələrinin funksional valyutası  həmin müəssisələrin fəaliyyət 

göstərdiyi  əsas iqtisadi mühitin valyutası hesab edilir. Şirkətin funksional və Qrupun hesabat 

valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”). 

 

Monetar aktiv və öhdəliklər, ARMB-nın müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta 



məzənnəsinə  əsasən hər bir müəssisənin funksional valyutasına çevrilir. Bu cür əməliyyatlar üzrə 

hesablaşmaların həyata keçirilməsi və ARMB-nın ilin sonuna olan rəsmi valyuta məzənnəsi ilə 

monetar aktiv və öhdəliklərin hər bir müəssisənin funksional valyutasına çevrilməsi nəticəsində 

yaranan müsbət və  mənfi məzənnə fərqləri mənfəət və  zərər hesabatında qeydə alınır. İlin sonuna 

qüvvədə olan valyuta məzənnəsi ilə yerli valyutaya çevrilmə qeyri-monetar maddələrə, o cümlədən 

pay alətlərinə  tətbiq edilmir. Məzənnə  dəyişikliklərinin pay qiymətli kağızların  ədalətli dəyərinə 

təsiri ədalətli dəyər üzrə yenidən qiymətləndirmə nəticəsində gəlir və ya xərclərin bir hissəsi kimi 

qeydə alınır. 




“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

27



 

Öhdəliklər və ödənişlər üzrə ehtiyatlar  

 

Öhdəliklər və ödənişlər üzrə ehtiyatlar o hallarda uçota alınır ki, Qrup keçmiş hadisələrin nəticəsi 

olaraq hazırda hüquqi və ya konstruktiv öhdəlik daşısın və bu öhdəliyin ödənilməsi üçün ehtiyatların 

istifadəsinin tələb olunması  və  məbləğə dair etibarlı proqnoz verilməsini ehtimal etmək mümlün 

olsun. Bu kimi bir sıra öhdəliklər yarandıqda, öhdəliyin ödənilməsi üçün vəsaitlərin istifadəsi 

mümkünlüyünü qiymətləndirmək üçün ümumilikdə öhdəliyin kateqoriyası  nəzərə alınır. 

Öhdəliklərin eyni kateqoriyaya aid olan hər hansı bir maddə üzrə vəsaitlərin sərf olunması ehtimalı 

az olduqda belə ehtiyatın yaradılması zəruridir. 

 

Qrup ehtiyatın kompensasiya olunmasını ehtimal etdikdə ki, (məsələn sığorta müqaviləsi üzrə) 



kompensasiya ayrıca aktiv kimi uçota alınır, lakin yalnız o halda ki, kompensasiya ehtimalı kifayət 

qədər dəqiq olsun. 

 

Qrup balans tarixinə satılmış və zəmanətdə olan məhsulların təmiri və ya əvəz edilməsi üçün təxmin 



olunan öhdəlikləri də balansda tanıyır. Bu ehtiyatlar təmir və əvəz etmələrin əvvəlki tarixçəsi nəzərə 

alınmaqla hesablanır. 



 

Gəlir və xərclərin uçotu 

 

Malların satışından gəlir, risklərin və mallara mülkiyyət hüququ ilə  əlaqədar olan faydanın qarşı 

tərəfə keçidi zamanı uçota alınır. Bir qayda olaraq, bu mallar alıcıya göndərildikdə baş verir. Qrup 

malları hansısa bir yerə çatdırmaq öhdəliyini götürdükdə, gəlir o hallarda tanınır ki, mallar son 

məntəqədə müştəriyə təhvil verilmiş olsun. 

 

Xidmət satışı onların göstərildiyi mühasibat uçotu müddəti üçün uçota alınır, bu zaman hansısa bir 



əqdin tamamlanması  mərhələsinə istinad edilməsi tələb olunan xidmətlər həcmindən artıq 

göstərilmiş xidmətlərin payını müəyyən etməklə qeyd edilir. 

 

Satış əməliyyatları ƏDV və endirimlər nəzərə alınmadan qeyd olunur. 



 

Faiz gəliri və  xərcləri konsolidasiya edilmiş  gəlir haqqında hesabatda bütün borc alətlərinə 

münasibətdə toplama əsasında uçota alınır, bu zaman faktiki faiz dərəcəsindən istifadə olunur. Bu 

metod, faiz gəliri və ya xərclərinin bir hissəsi olaraq, faktiki faiz dərəcəsinin bir tərkib hissəsi olan, 

müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış bütün haqları, əqd məsrəflərini və bütün digər 

mükafat və endirimləri gələcək müddətə aid edir. 

 

Faktiki faiz dərəcəsinə bilavasitə aid olan haqlar maliyyə aktivinin yaranması  və ya əldə edilməsi 



yaxud maliyyə öhdəliyinin qəbul olunması ilə bağlı olaraq hüquqi şəxs tərəfindən alınmış  və ya 

ödənilmiş yaranma mənbəyi ilə əlaqədar haqları, misal üçün, kredit durumunun qiymətləndirilməsi 

üçün haqqı, zəmanət və ya təminatları qiymətləndirmək və uçota almaq, alətin şərtlərini müzakirə 

etmək və əqd sənədləri ilə işləmək üçün haqları əhatə edir. Bazarda mövcud olan faiz dərəcələri ilə 

kreditləri təqdim etmək üçün Qrupun aldığı xidmət haqları o hallarda bilavasitə faktiki faiz 

dərəcəsinə aid edilir ki, Qrupun həmin kredit əqdinə daxil olmasını ehtimal etmək mümkün olsun və 

Qrup həmin krediti müvafiq sənədləşmələr imzalandıqdan sonra qısa müddətdə satmaq niyyətində 

olmasın. Qrup kredit öhdəliklərini mənfəət və  zərər hesabları vasitəsilə  ədalətli dəyərdə  təqdim 

edilən maliyyə öhdəlikləri kimi tanınmır. 

 

Mədaxil alınmış  və ya alınmalı olan ödənişlərin  ədalətli dəyəri  əsasında qiymətləndirilir. Barter 



əməliyyatı nəticəsində alınmış malların ədalətli dəyərini etibarlı surətdə qiymətləndirmək mümkün 

deyilsə, mədaxil təqdim olunmuş mal və ya xidmətlərin ədalətli dəyərinə əsasən qiymətləndirilir. 

 

Faiz gəliri vaxt amilinə əsasən faktiki faiz dərəcəsinə istinadən müəyyən edilir. 




Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə