“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   2   3   4   5   6   7   8   9   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

20



 

Maliyyə lizinqləri və maliyyə aktivlərinin uçotunun xitamı 

 

Maliyyə aktivləri və lizinq aktivləri üzrə mülkiyyətə aid olan əsas risk və faydalarının tam 

miqyasının  əks tərəflərə keçib-keçməməsini müəyyən etmək işində  rəhbərlik öz mülahizəsindən 

istifadə edir, və bu zaman daha çox əhəmiyyətli olan risk və faydalara və  əsasən bütün risk və 

faydanaların nədən ibarət olunmasına xüsusi diqqət yetirilir.  

 

Maliyyə lizinqi üzrə öhdəliklər 

 

Qrup lizinq üzrə icarəçi olduqda və həmin əqd üzrə mülkiyyət hüququ ilə bağlı olan əsasən bütün 



risklər və faydalar digər şəxsə keçdikdə, icarə predmeti olan aktivlər əmlak, qurğu və avadanlıqlar 

üzrə icarənin başlanmasında icarə predmeti olan əmlakın  ədalətli dəyəri və ya daha aşağı olarsa 

minimum icarə ödənişlərinin cari dəyəri üzrə kapitallaşdırılır. Hər bir lizinq ödənişi ödənilməli olan 

maliyyə balansı ilə  əlaqədar daimi dərəcəyə nail olmaq məqsədi ilə öhdəliklərlə maliyyə haqları 

arasında bölüşdürülür. Müvafiq lizinq haqları öhdəlikləri, gələcək maliyyə haqları çıxıldıqdan sonra, 

borc tərkibinə daxil edilir. Faiz xərcləri lizinq müddətinə münasibətdə faktiki faiz metodundan 

istifadə etməklə  gəlir haqqında hesabata daxil olunur. Maliyyə lizinqi üzrə alınan aktivlər onların 

istifadə müddətinə yaxud da daha qısa olarsa, lizinq müddətinə münasibətdə amortizasiya olunur. 

Bu zaman, Qrup lizinq müddətinin sonuna qədər mülkiyyət hüququnu alacağına dair məntiqi 

əminliyə sahib olması şərti irəli sürülür. 

 

“Qudvil”  

 

“Qudvil” satınalma qiymətinin alan şəxsin alınan törəmə müəssisə və ya əlaqədar şəxsdə mübadilə 



tarixində xalis müəyyən oluna bilən aktiv, öhdəlik və  şərti öhdəliklər tərkibindəki payının ədalətli 

dəyərindən artıq olan hissəsini təşkil edir. Törəmə müəssisələrin alınmasına münasibətdə “qudvil” 

konsolidasiya edilmiş balansda ayrıca olaraq qeyd olunur. Əlaqədar  şəxslərin alınmasına 

münasibətdə “qudvil” əlaqədar  şəxslərə aid olan investisiyalara daxil edilir. “qudvil” faktiki 

xərclərdən hər hansı toplanmış aşınma zərəri çıxıldıqdan sonra uçota alınır. 

 

Qrup “qudvil” üzrə aşınmanı azı ildə bir dəfə habelə aşınmanın baş verməsi ehtimalına dair işarələr 



olduqda təftiş edir. “qudvil” biznes kombinasiyasının əlaqədar fəaliyyətindən faydalanması ehtimal 

olunan pul vəsaitlərinin mənbələri və ya pul vəsaitlərinin mənbələrinin qrupları arasında 

bölüşdürülür. Belə mənbələrə və ya mənbə qrupları Qrupun “qudvil” üzrə monitorinqi apara biləcəyi 

ən aşağı  səviyyəni təşkil edir və ayrıca bir seqmentdən böyük deyil. Qeyd olunan “qudvil” 

prinsipinin aid olduğu pul vəsaitlərinin mənbəyi olan bölmə daxilində hansısa istiqamətin satışından 

gəlir və ya zərər bir qayda olaraq satılan istiqamətin nisbi dəyəri və saxlanan pul vəsaitləri 

mənbəyinin hissəsinə istinadən bölüşdürülür. 

 

Aşınma baş verdikdə, qeyri-maddi aktivlərin qalıq dəyəri istifadədə olan dəyər və ya daha yüksək 



olarsa satış xərcləri çıxıldıqdan sonra ədalətli dəyərə qədər silinir. 


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

21



 

Maliyyə aktivlərinin təsnifatlaşdırılması  

 

Qrup özünün maliyyə aktivlərini aşağıdakı qiymətləndirmə sinifləri üzrə təsnifatlaşdırır: dövriyyədə 

olanlar, satış üçün sərəncamda olanlar, müəyyən müddət üçün saxlananlar və kreditlər və debitor 

borcları. 

 

Dövriyyədə olan investisiyalar dedikdə elə qiymətli kağızlar və ya digər maliyyə aktivləri başa 



düşülür ki, onlar ya qiymətdəki və ya satıcının marjası üzrə qısamüddətli dəyişikliklərdən mənfəət 

əldə etmək üçün əldə edilmişdir və ya qısamüddətli ticarətin yer aldığı portfelə daxil edilmişdir. 

Qrup maliyyə aktivlərini o halda dövriyyədə olan investisiyalara aid edir ki, həmin aktivləri 

aldıqdan sonra qısa müddətdə satmaq niyyətində olsun. Dövriyyədə olan investisiyalar sonradan 

Qrupun niyyətləri dəyişdikdən sonra belə bu sinifdən çıxarılmır. 

 

Kreditlər və debitor borcları açıq bazarda dövriyyədə olmayan qeyri-törəmə maliyyə aktivləri olub, 



qəti məbləğli və ya müəyyən edilə bilən ödənişləri daşıyırlar və bu zaman Qrupun yaxın gələcəkdə 

satmaq niyyətində olduğu aktivlər istisna təşkil edir. 

 

Müəyyən müddət üçün saxlanan aktivlər açıq bazarda dövriyyədə olmayan qeyri-törəmə maliyyə 



aktivləri olub, qəti məbləğli və ya müəyyən edilə bilən ödənişləri daşıyan və müəyyən müddətə 

nəzərdə tutulan aktivlər olur və Qrup bu tip aktivləri həmin müddətin sonuna qədər saxlamaq niyyəti 

və imkanına malik olur. Rəhbərlik müəyyən müddət üçün saxlanılan investisiya kateqoriyalı 

qiymətli kağızları onların ilkin qiyməti üzrə uçota alınır və  hər bir balans tarixində  həmin 

təsnifatlaşdırmanın müvafiq olub-olmamasını nəzərdən keçirir. 

 

Bütün digər maliyyə aktivləri satış üçün sərəncamda olan aktivlərə aid edilir. 



 

Maliyyə instrumentlərinin ilkin uçotu  

 

Dövriyyədə olan qiymətli kağızlar və törəmə qiymətli kağızlar ilk əvvəl  ədalətli dəyər üzrə uçota 

alınır. Bütün digər maliyyə aktivləri və öhdəliklər ilk əvvəl ədalətli dəyər üstəgəl əqd xərcləri üzrə 

uçota alınır. İlkin uçot zamanı ədalətli dəyərin ən mükəmməl sübutu əqdin qiyməti olur. İlkin uçot 

üzrə mədaxil və ya zərər yalnız belə halda uçota alınır ki, ədalətli dəyər ilə əqd qiyməti arasında fərq 

olsun və bu fərq eyni aktivə münasibətdə hazırda bazarda baş verən digər  əqdlər vasitəsi və ya 

yalnız müşahidə oluna bilən məlumatdan alınan nəticələr üzrə  tətbiq edilən qiymətləndirmə 

metodları ilə nümayiş etdirilə bilsin. 

 

Məcburi qaydalar və ya bazarda mövcud olan şərtlərə  əsasən müəyyən edilən müddət  ərzində 



maliyyə aktivlərinin bütün alınması və satılması əqdləri (“standart” alış və satışlar”) əqd tarixində 

uçota alınır, və həmin tarix kimi Qrupun maliyyə aktivini təqdim etmək öhdəliyinin aid olduğu tarix 

qəbul olunur. Bütün digər alış və satışlar ödəniş tarixində uçota alınır və bu zaman öhdəlik tarixi ilə 

ödəniş tarixi arasında olan müddətdə dəyərdəki dəyişiklik faktiki və ya amortizasiya edilmiş dəyər 

üzrə uçota alınan aktivlərə münasibətdə qəbul edilmir; dövriyyədə olan investisiyalara münasibətdə 

mənfəət və ya zərər hesabatında əks etdirilir; və satış üçün sərəncamda olan aktivlər ilə əlaqədar isə 

kapital sinfinə daxil olunur. 

 

Maliyyə aktivlərinin uçotunun xitamı  



 

Qrup maliyyə aktivlərinin uçotuna o halda xitam verir ki: (i) aktivlər geri alınsın və ya aktivlər ilə 

əlaqədar olan pul vəsaitləri hərəkətinə aid hüquqların müddəti başa çatsın, və ya (ii) Qrup aktivlər 

ilə əlaqədar mülkiyyət hüququna aid olan risk və faydaların əsasən bütün məcmusunu başqa şəxsə 

versin, və ya (iii) Qrup aktivlər ilə əlaqədar mülkiyyət hüququna aid olan risk və faydaların əsasən 

bütün məcmusunu nə başqa  şəxsə versin, nə  də özündə saxlasın, lakin nəzarəti saxlamış olmasın. 

Nəzarət belə halda saxlanmış olur ki, əks tərəf satış üzrə  əlavə  məhdudiyyətləri qoymağa məcbur 

olmadan aktivləri bütövlükdə  əlaqədar olmayan tərəfə satmaq üçün praktiki imkanlara malik 

olmasın. 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə