“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

32



 

Hüquqların Verilməsi və Ləğv Edilməsi Şərtləri—BMHS 2-yə Əlavə, Pay Əsasında Ödənişlər 

(2008-ci ilin yanvar ayında buraxılmışdır; 1 yanvar 2008-ci il və ya bu tarixdən sonra başlayan 

illik dövrlər üçün qüvvəyə minir). Bu  Əlavədə yalnız xidmət  şərtlərinin və icra şərtlərinin 

hüquqların verilməsi və ləğv edilməsi şərtləri olması müəyyən edilir. Pay əsasında ödənişlərin digər 

xüsusiyyətləri hüquqların verilməsi və ləğv edilməsi şərtlərinə aid deyil. Bu Əlavə, müəssisənin və 

ya digər tərəflərin ləğv edilməsinin eyni  uçot prinsipləri ilə aparılmasını müəyyənləşdirir. Hazırda 

Qrup yenidən işlənmiş Standartın onun  konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini 

qiymətləndirir. 

 

BMHS 3, Müəssisələrin Birləşməsi (2008-ci il ilin yanvar ayında yenidən işlənmişdir; alqı 

tarixi 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünün 

başlanğıcı  və ya sonra olan müəssisələrin birləşməsi üçün qüvvəyə minir). Yenidən işlənmiş 

BMHS 3 müəssisələrə mövcud BMHS 3 üsulu (alıcının  əldə edilmiş müəssisənin identifikasiya 

edilə bilən xalis aktivlərində proporsional payı) və ya ABŞ ÜQMP-də olduğu kimi, eyni üsuldan 

(ədalətli dəyərlə) istifadə etməklə  nəzarət olunmayan iştirak paylarının qiymətləndirilməsi imkanı 

verir. Yenidən işlənmiş BMHS 3 müəssisələrin birləşməsində alqı metodunun tətbiqi üzrə daha 

ətraflı  məlumat verir. Qudvilə aid olan hissənin hesablanması  məqsədilə, hər bir mərhələli alqı 

prosesində bütün aktiv və öhdəliklərin  ədalətli dəyərlə qiymətləndirilməsi tələbi hesabatdan 

çıxarılmışdır. Bundan sonra qudvil, alqı tarixində alqıdan əvvəl şirkətdəki hər hansı investisiyanın 

ədalətli dəyəri, ödənilmiş məbləğ və əldə edilmiş xalis aktivlər arasında fərq kimi uçota alınacaqdır. 

Alqı ilə bağlı xərclər müəssisələrin birləşməsi əməliyyatından ayrıca tanınacaq və qudvil kimi yox, 

xərc kimi uçota alınacaqdır. Alıcı  şirkət, alqı tarixində alqı ilə bağlı  hər hansı  şərti məbləğ üzrə 

öhdəliyi alqı tarixində uçota almalıdır. Alqı tarixindən sonra bu öhdəliyin dəyərindəki dəyişikliklər 

qudvilin təshih edilməsi yolu ilə deyil, tətbiq edilən digər BMHS-lərə uyğun olaraq uçota 

alınacaqdır. Yenidən işlənmiş BMHS 3 yalnız bir neçə müəssisənin iştirakı ilə müəssisələrin 

birləşməsini və  təkcə müqavilə  əsasında həyata keçirilmiş müəssisələrin birləşməsini  əhatə edir. 

Hazırda Qrup yenidən işlənmiş Standartın onun konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini 

qiymətləndirir. 

 

Digər yeni standartlar və şərhlər. 



 

Qrup tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilməmişdir: 

 

•  BMHŞK 11, BMHS 2 – Qrup və  səhmdarlardan geri alınmış  səhmlər üzrə  əməliyyatlar  



(1 mart 2007-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir); 

•  BMHŞK 12, Konsessiya xidmətlərinin razılaşdırılması  (1 yanvar 2008-ci il və ya bu tarixdən 

sonra başlayan illik dövrlər üçün qüvvəyə minir); 

•  BMHŞK 13, 'Müştəri Loyallıq Proqramları'  (iyun 2007-ci il tarixində  dərc edilmişdir; 1 iyul 



2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir ); və ya  

•  BMHŞK 14, BMS 19 – Konkret Aktivlər üzrə Limit, Minimum Maliyyələşdirmə  Tələbləri və 



onların Qarşılıqlı Əlaqəsi (1 yanvar 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 

qüvvəyə minir). 

 

Yuxarıda göstərilən hallardan başqa, yeni standartlar və  şərhlər Qrupun konsolidasiya edilmiş 



maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməyəcəkdir. 


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

33



 

7. 

PUL VƏ PUL EKVİVALENTLƏRİ 

 

Azərbaycan Manatı ilə 

31 dekabr 

2007-ci il 

 31 

dekabr 

2006-cı il 

Azərbaycan Respublikasının Milli Bankındakı vəsaitlər 8,623,141 

 

5,831,310



Kassadakı vəsaitlər 7,013,141 

 

2,671,894



Banklardakı müddətli depozitlər 2,781,638 

 

1,146,734



Cari bank hesabları 603,631 

 

1,164,076



Cəmi pul və pul ekvivalentləri 19,021,551 

 

10,814,014

 

 



2007-ci və 2006-cı illərin dekabr ayı üçün ARMB-dakı qalıqlara müvafiq olaraq 7,263,350 və 

4,395,653 manat məbləğləri daxildir və həmin məbləğlər ARMB tərəfindən tələb olunan minimum 

məcburi depozit qalıqlarını təşkil edir. Qrup özünün müxbir hesablarındakı 15 günlük müddət üçün 

orta günlük qalıq tələb olunan məcburi ehtiyatlar məbləğindən artıq olan bütün vəsaitlərdən istifadə 

etmək hüququna malikdir. 

 

Banklardakı müddətli depozitlər aşağıda verilmiş cədvəldə qeyd olunduğu kimi yerli valyutada yerli 



banklarda yerləşdirilmişdir: 

 

Azərbaycan Manatı ilə 



Faiz dərəcəsi,



 31 

dekabr 

2007-ci il 

 Faiz 

dərəcəsi, 



 31 

dekabr 

2006-cı il 

“Nikoyl Bank” ASC İnvestisiya 

Kommersiya Bankı 13

1,038,916

11 

 

376,559



“Bank Respublika” KB ASC 

12.60


587,109

12 


 

300,000


“Bank Respublika” KB ASC 

-

-



12 

 

102,025



“AGBank” ASC

11

124,908



11 

 

111,350



“AGBank” ASC

12

100,000



12 

 

100,000



“AGBank” ASC

13

230,000



 

-



“Bank of Baku” ASC 

14

400,000



14 

 

50,058



“Azərdəmiryolbank” ASC 

13

150,705



13 

 

56,742



“Azərdəmiryolbank” ASC 

-

-



12 

 

50,000



“Royal Bank of Baku” ASC 

13

100,000



 

-



“Para Bank” ASC

14

50,000



 

-



Cəmi Banklardakı depozitlər 

2,781,638

 

 



1,146,734

 

 



2007-ci və 2006-cı illərin dekabr ayı üçün banklardakı müddətli depozitlərə daxil edilmiş 

hesablanmış faiz gəliri müvafiq olaraq 56,638 və 21,734 manat təşkil etmişdir.  

 

Pul və pul ekvivalentlərinin coğrafi, valyuta və faiz dərəcəsi təhlilləri 36 saylı Qeyddə verilmişdir. 



Əlaqəli tərəflərə aid olan qalıqlar barəsində məlumat 41 saylı Qeyddə verilmişdir. 

 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə