“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
24
Dayandırılmış fəaliyyətlər
Dayandırılmış fəaliyyətlər dedikdə Qrupun elə hissəsi nəzərdə tutulur ki, o, satılmış olsun və ya satış
üçün sərəncamda saxlanan kimi təsnifatlaşdırılsın, və: (a) kommersiya fəaliyyəti və ya fəaliyyətin
coğrafi ərazisinin ayrıca əsas hissəsini təşkil etsin; (b) kommersiya fəaliyyəti və ya fəaliyyətin
coğrafi ərazisinin ayrıca əsas hissəsini təşkil edən hissəsinin satışı üçün vahid əlaqələndirilmiş
planın hissəsi olsun; və ya (c) müstəsna olaraq sonradan satılması fərziyyəsi ilə alınmış törəmə
müəssisə olsun. Dayandırılmış fəaliyyət üzrə mədaxil və pul vəsaitlərinin hərəkəti, belələri olduqda,
davam etməkdə olan fəaliyyətdən ayrıca olaraq göstərilir, fərqli məqamlar isə təkrarən təqdim
olunur.
Nizamnamə kapitalı
Adi səhmlər və mülahizə əsasında dividentləri ödənilən geri alınmayan imtiyazlı səhmlər kapital
kimi təsnifatlaşdırılır. Yeni səhmlərin buraxılışına aid olan müxtəlif birbaşa xərclər kapitalda
vergilər çıxıldıqdan sonra alınan vəsaitlərdən çıxılaraq göstərilir. Buraxılmış səhmlərin nominal
qiymətindən artıq məbləğdə alınan hər hansı ədalətli dəyər hissəsi qeydlərdə səhmlər üzrə premiya
kimi göstərilir.
Nominal saxlayıcıda olan səhmlər
Qrupun əhatə dairəsində olan hər hansı şirkət Baş müəssisənin səhmlərini aldıqda, ödənilən qiymət,
o cümlədən hər hansı bilavasitə aid olan xərclər (mənfəət vergisi çıxıldıqdan sonra) səhmlər
silinənə, təkrar buraxılana və ya satılana qədər Şirkətin səhmdarlarına aid olan kapitaldan çıxılır.
Sonradan belə səhmlər satılarsa və ya təkrar buraxılarsa, hər hansı alınan vəsaitlər, həmin əqd ilə
bilavasitə bağlı olan xərclər və ya müvafiq mənfəət vergisi öhdəlikləri çıxıldıqdan sonra, Şirkətin
səhmdarlarına aid olan kapital payına aid edilir.
Dividentlər
Dividentlər öhdəlik kimi uçota alınır və balans tarixində kapitaldan o hallar çıxılır ki, balans
tarixində və ya ondan öncə elan edilsinlər. Dividentlər o hallarda açıqlanır ki, onlar balans
tarixindən əvvəl təklif edilsin, və ya balans tarixində sonra, lakin maliyyə hesabatları təsdiq
edildikdən öncə elan edilsin və ya təklif olunsun.
Pul və pul ekvivalentləri
Pul və pul ekvivalenti dedikdə sərəncamda olan pul vəsaitləri, banklarda saxlanan tələbli depozitlər,
və müddəti üç ay və ya daha az olan qısamüddətli yüksək likvidli maliyyə instrumentləri nəzərdə
tutulur. Pul vəsaitləri və ekvivalenti faktiki faiz dərəcəsindən istifadə etməklə amortizasiya edilmiş
qiymət ilə uçota alınır. Məhdud balanslar pul vəsaitləri hərəkəti hesabatının məqsədləri üçün Pul
vəsaitləri və ekvivalenti tərkibindən çıxarılır. Balans tarixindən sonra azı 12 ay üçün mübadiləsinə
və ya öhdəlikləri ödəməsinə məhdudiyyət qoyulan vəsaitlər digər qeyri-cari aktivlərə aid edilir.
Banklardan alınacaq vəsaitlər
Banklardan alınacaq vəsaitlər o hallarda uçota alınır ki, Qrup digər dövlət və ya kommersiya
banklarına vəsaitləri təqdim etsin və qəti və ya müəyyən oluna bilən tarixdə alınmalı olan qeyri-
törəmə mədaxili dövriyyəyə buraxmaq niyyətinə malik olmasın. Banklardan alınmalı olan vəsaitlər
ilk əvvəl ədalətli dəyər üstəgəl əqd xərcləri əsasında uçota alınır sonradan isə amortizasiya dəyəri
nəzərə alınmaqla uçotda olur.
“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
25
Satış üçün sərəncamda saxlanılan maddi aktivlər
Qeyri cari aktivlər və aktiv qrupları (bura həm cari, həmçinin də, qeyri-cari aktivlər daxil ola bilər)
balansda o hallarda “Satış üçün sərəncamda saxlanılan qeyri-cari aktivlər” kimi uçota alınır ki,
onların maliyyələşdirmə məbləği əsas etibarı ilə balans tarixindən sonra on iki ay ərzində aparılacaq
satış əqdi vasitəsi ilə geri alınsın. Aşağıda qeyd olunmuş bütün şərtlər yerinə yetirildikdən sonra,
aktivlər yenidən təsnifatlaşdırılır: (a) aktivlər mövcud vəziyyətlərindən dərhal satış üçün sərəncamda
olsun; (b) Qrupun rəhbərliyi alıcını tapmaq üçün fəal proqramı təsdiq etsin və onun icrasına
başlanılsın; (c) aktivlər ağlabatan qiymət ilə satış üçün bazara çıxarılsın; (d) satışın bir il ərzində baş
verəcəyini ehtimal etmək mümkün olsun, və (d) satış planının dəyişəcəyi və ya ləğv ediləcəyini
demək üçün ehtimal kiçik olsun. Qeyri cari aktivlər və aktiv qrupları sərəncamda saxlanılan qeyri-
cari aktivlər kimi cari müddətin balansında təsnifatlaşdırıldıqda, cari müddətin sonunda
təsnifatlaşdırmanı əks etdirmək məqsədi ilə müqayisəli balansda təkrar təsnifatlaşdırılmır və ya
yenidən təqdim olunmur.
Aktivlər qrupu dedikdə satış və ya digər metodlar ilə, ümumilikdə qrup kimi bir əqd vasitəsi ilə,
sərəncam obyekti olan aktivlər (cari və ya qeyri-cari) və əqd zamanı digər şəxslərə təhvil
veriləcək
aktivlər ilə birbaşa əlaqədar olan öhdəliklər başa düşülür. “Qudvil” o hallarda nəzərə alınır ki,
aktivlər qrupu satınalma zamanı “qudvil” aid olduğu pul vəsaitləri yaradan qruplar daxilində
əməliyyatları da əhatə edir. Qeyri cari aktivlər dedikdə elə aktivlər nəzərdə tutulur ki, onların
tərkibinə balans tarixindən sonra on iki ay keçdikdən sonra alınacaq və ya toplanacaq vəsaitlər daxil
olsun. Yenidən təsnifatlaşdırılma tələb olunarsa, aktivin həm cari, həmçinin də qeyri-cari hissələri
yenidən təsnifatlaşdırılır.
Ümumilikdə götürdükdə, satış üçün sərəncamda saxlanılan əmlak, qurğu, avadanlıq və ya digər
aktiv qrupları maliyyələşdirmə məbləği və ya daha aşağı olarsa, satış xərcləri çıxıldıqdan sonra
ədalətli dəyər əsasında uçota alınır. Satış üçün sərəncamda saxlanılan əmlak, qurğu, avadanlıqlar
amortizasiyaya məruz qoyulmur. Yenidən təsnifatlaşdırılmış qeyri cari maliyyə alətləri və gələcək
vergilər maliyyələşdirmə məbləği və ya, daha aşağı olarsa, satış xərcləri çıxıldıqdan sonra ədalətli
dəyər həddinə qədər silinmir.
Satış əqdi ilə əlaqədar digər şəxslərə təqdim edilməli olan sərəncam obyekti olan aktivlər qrupları ilə
birbaşa əlaqədə olan öhdəliklər yenidən təsnifatlaşdırılır və balansda ayrıca qeyd olunur.
Əlavə dəyər vergisi
Satış ilə əlaqədar ödənilməli olan əlavə dəyər vergisi vergi orqanlarına aşağıda qeyd edilmiş
tarixlərdən daha tez olanında ödənilir: (a) müştərilərdən alınmalı olan vəsaitlərin toplanması, və ya
(b) mal və ya xidmətlərin müştərilərə təhvil verilməsi. Alınmalı ƏDV bir qayda olaraq, ƏDV hesab
fakturası alındıqdan sonra, ödənilməli ƏDV ilə əvəzləşdirilir. Vergi orqanları ƏDV üzrə
hesablaşmalar ilə əlaqədar əvəzləşdirməyə icazə verirlər. Satış və alış ilə əlaqədar olan ƏDV
balansda ümumi məbləğdə uçota alınır və aktiv və öhdəlik kimi ayrıca olaraq açıqlanır. Alınmalı
olan vəsaitlərin aşınması ilə əlaqədar ehtiyat olduqda, aşınma zərəri ƏDV daxil olmaqla borcluya
aid olan ümumi məbləğin tərkibində uçota alınır.
Borc alınmış vəsaitlər
Borc alınmış vəsaitlər faktiki faiz dərəcəsi əsasında amortizasiya edilmiş dəyər ilə uçota alınır. Borc
alınmış vəsaitlər ilə əlaqədar olan məsrəflər faktiki faiz dərəcəsi əsasında vaxt müddətinə münasib
qaydada xərc kimi uçota alınır. Qrup borc alınmış vəsaitlər ilə əlaqədar olan məsrəflərin
kapitallaşdırılmasını aparmır.