“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   2   3   4   5   6   7   8   9   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

18



 

Maliyyə lizinqi üzrə alınacaq vəsaitlər  

 

Qrup mülkiyyət hüququ ilə əlaqədar əsasən bütün risk və faydaların köçürülməsi ilə əlaqədar olan 

icarə əqdi üzrə icarədar qismində çıxış etdikdə, icarəyə verilən aktivlər debitor borcu kimi təqdim 

olunur və gələcək icarə ödənişlərinin qalıq dəyəri ilə uçota götürülür. Maliyyə lizinqi üzrə debitor 

borclar ilk əvvəl olaraq başlanğıcda uçota alınır (yəni icarə müddəti başlayarkən) və bu zaman 

həmin məqamda müəyyən edilmiş diskont dərəcəsindən istifadə edilir (icarə müqaviləsinin tarixi və 

ya daha tez olarsa, icarənin əsas şərtlərinin icrasına tərəflərin başladığı tarix əsas götürülməklə). 

 

Ümumi debitor borcları ilə cari dəyər arasındakı fərq qazanılmamış maliyyə gəlirini təşkil edir. Bu 



gəlir xalis investisiya metodundan (vergilər çıxılmazdan qabaq) istifadə etməklə icarənin bütün 

müddəti üçün uçota alınır və mütəmadi gəlir səviyyəsini  əks etdirir. İcarənin müzakirəsi və 

hazırlanması ilə birbaşa əlaqədar olan müxtəlif xərclər maliyyə lizinqi üzrə debitor borcların əvvəlki 

qiymətləndirilməsinə daxil edilir və icarə müddəti ərzində uçota alınan gəlir məbləğini azaldır, belə 

şərtlə ki, Qrup istehsalçı  və ya diler icarədar kimi çıxış etməsin və belə  təqdirdə, həmin xərclər 

standart satış  əqdinə  bənzər qaydada olmaqla satış  mənfəətinin bir hissəsi kimi qeyd olunur. 

İcarədən maliyyə gəliri konsolidasiya edilmiş gəlir haqqında hesabata salınır. 

 

Maliyyə lizinqi üzrə kreditor borclarının aşınması maliyyə lizinqi üzrə kreditor borclarının ilkin 



uçotundan sonra baş verən bir və ya bir neçə hadisənin (“zərərə gətirib çıxaran hadisələr”) nəticəsi 

olaraq yaranan mənfəət və ya zərər tərkibində uçota alınır. Aşınma üzrə zərərlər kreditor borclarının 

xalis qalıq dəyərini maliyyə lizinqi üzrə ehtimal olunan faiz dərəcələri üzrə diskontlaşdırılmış 

nəzərdə tutulan pul vəsaitlərinin axınının cari səviyyəsinə gətirmək üçün ehtiyatlar hesabı üzrə uçota 

alınır (və  həmin pul vəsaitlərinin axını  tərkibində baş verməmiş  gələcək kredit itkiləri nəzərə 

alınmır). Təxmin edilən gələcək pul vəsaitləri axını lizinqin predmeti olan əmlakın əldə olunması və 

ya satışından yarana bilən pul vəsaitlərinin axınını da nəzərə alır. 

 

Müştərilərə verilmiş borclar 



 

Müştərilərə verilmiş borclar qeyri-derivativ aktivlərdir, və bu zaman maliyyə aktivlərinin digər 

kateqoriyalarında aparılmış  təsnifatlaşdırmalar istisna olmaqla, aktiv bazarda katirovkası olmayan 

sabit və dəyişkən ödənişləri əks etdirirlər. Bank tərəfindən verilmiş borclar ilk əvvəl ədalətli dəyər 

üstəgəl müvafiq əqd xərcləri  əsasında uçota alınırlar. Müştəriyə borc şəklində  təqdim 

edilənvəsaitlərin  ədalətli dəyəri borcun məbləğinin  ədalətli dəyərinə  bərabər deyilsə, misal üçün, 

borc bazarda mövcud olan şərtlər ilə müqayisədə daha əlverişli şərtlərlə verilmişsə, təqdim edilən 

vəsaitlərin ədalətli dəyəri ilə borcun ədalətli dəyəri arasındakı fərq borcun ilkin uçotu zamanı zərər 

kimi qəbul olunur və  həmin zərərlərin mahiyyətinə istinadən mənfəət və  zərər hesabatına daxil 

olunur. Sonradan, kreditlər effektiv faiz dərəcəsi metodundan istifadə edilməklə amortizasiya 

edilmiş dəyər ilə uçota alınır. Müştərilərə verilmiş kreditlər uçota alınarkən hər hansı dəyər azalışı 

üzrə ehtiyatlar çıxılır. 

 



“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

19



 

Amortizasiya edilmiş qiymət ilə uçota alınan maliyyə aktivlərinin aşınması  

 

Qrup, maliyyə aktivlərinin aşınması üzrə  zərərləri belə halda uçota alır ki, maliyyə aktivi və ya 

maliyyə aktivləri qrupunun aşınmasına dair ədalətli sübutlar mövcud olsun. Aşınma zərəri qalıq 

dəyəri ilə amortizasiya edilmiş qiymət üzrə uçota alınan maliyyə aktivləri üçün, əvvəlki faktiki faiz 

dərəcəsi üzrə maliyyə aktivlərinin diskontlaşdırılması  nəzərə alınmaqla, nəzərdə tutulan pul 

vəsaitlərinin hərəkətinin cari dəyəri arasındakı  fərq kimi qəbul olunur. Sonrakı müddətdə  aşınma 

üzrə zərərin məbləği azalarsa və azalmanı ədalətli surətdə aşınma uçota alındıqdan sonra baş verən 

hadisəyə aid etmək olarsa, əvvəlki məqamda uçota alınmış aşınma zərərinin uçotuna xitam verilir. 

Faktiki qiyməti üzrə uçota alınan maliyyə aktivlərinə münasibətdə, aşınma zərəri maliyyə aktivinin 

qalıq dəyəri ilə bu kimi maliyyə aktivləri üçün hazırda bazarda mövcud olan dərəcələr  əsasında 

diskontlaşdırma nəzərə alınmaqla təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri 

arasındakı fərq olur. Belə aşınma zərərlərinin mühasibat qeydləri geri qaytarılmır.  

 

Aşınma zərərinin müəyyən olunması riskli aktivlərin təhlilinə əsaslanır və rəhbərliyin mülahizəsinə 



əsasən çəkilmiş zərərləri bağlamaq üçün uyğun olan məbləğləri əks etdirir. Ehtiyatlar fərdi qaydada 

əhəmiyyətli olan maliyyə aktivlərinə münasibətdə  fərdi qiymətləndirmənin nəticəsi, fərdi qaydada 

əhəmiyyətli olmayan maliyyə aktivlərinə münasibətdə isə fərdi və ya kollektiv qiymətləndirmənin 

nəticəsi  əsasında müəyyən olunur. Aşınma zərəri üzrə  dəyişiklik mənfəətə aid edilir, aşınma 

zərərinin cəmini isə balansda göstərilən aktivlərin dəyərindən çıxaraq təqdim edirlər. Aşınma 

zərərinin yaranıb-yaranmamasını müəyyən etmək üçün Qrupun, ədalətli sübut kimi qəbul etdiyi 

amillər sırasına borclunun və ya emitentlərin likvidliyi, ödəniş qabiliyyəti, biznes və maliyyə 

risklərinin səviyyəsi, bu kimi maliyyə aktivləri üzrə çatışmazlıqların səviyyəsi və inkişaf 

istiqamətləri, ölkə daxilində  və yerli səviyyədə iqtisadi inkişaf istiqamətləri və  şərait, zəmanət və 

təminatları ədalətli dəyəri daxil olur. Bu və digər amillər fərdi qaydada və ya digərləri ilə bərabər 

maliyyə aktivi və ya maliyyə aktivləri qrupuna münasibətdə  aşınma zərərinin baş verməsinə dair 

kifayət edən ədalətli sübut ola bilər. 

 

Qrup maliyyə aktivləri üzrə  aşınma zərərlərini ehtiyat hesabı üzrə amortizasiya edilmiş qiymət 



əsasında uçota alır, maya dəyəri üzrə qiymətləndirilən maliyyə aktivləri üçün isə birbaşa silinmə 

istifadə olunur. Qeyd edilməlidir ki, zərərlərin hesablanması mülahizənin istifadəsini zəruri edir. 

Mümkündür ki, hansısa müddətlərdə Qrup aşınma zərəri üzrə ehtiyatlara əsasən uyğun gələn 

zərərləri çəkmiş olsun. Lakin rəhbərlik belə hesab edir ki, aşınma zərərləri üzrə ehtiyat riskli aktivlər 

üzrə çəkilmiş zərərləri bağlamaq üçün məqbul səviyyədədir. 

 

Kreditlər üzrə öhdəliklər 

 

Qrup kreditlər və  bənzəri öhdəliklər qəbul edir, eləcə  də akkreditivlər və maliyyə  zəmanətlərini 

təqdim edir. Maliyyə zəmanətləri müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirmədiyi 

halda ödənişləri aparmaq üçün geri alınması mümkün olmayan öhdəliyi təşkil edir və borclara 

bərabər olan kredit risklərini daşıyır. Maliyyə  zəmanətləri və borc təqdim etmək öhdəlikləri ilk 

əvvəl  ədalətli dəyər  əsasında uçota alınır və bir qayda olaraq bu alınmış  və komissiyaların haqq 

əsasında sübuta yetirilir. Borc vəsaitləri təqdim etmək öhdəlikləri istisna olmaqla bu məbləğ 

öhdəliyin müddəti üçün birbaşa xətt prinsipi əsasında amortizasiya olunur. Belə hallarda Qrupun 

istənilən bir kredit sövdələşməsinə daxil olmasını ehtimal etmək mümkün olması və həmin borcu, o 

verildikdən sonra qısa müddətdə, satmaq niyyətinin mövcud olmaması şərti irəli sürülür; belə borc 

üzrə vəsaitlərin ayrılması haqqı ödənişləri təxirə salınır və ilkin uçot zamanı borcun qalıq məbləğinə 

daxil olunur. Bütün balans tarixlərində, öhdəliklər (i) ilkin uçot məbləğinin amortizasiya edilməmiş 

qalan məbləği və ya, daha yüksək olarsa, (ii) balans tarixində öhdəlikləri ödəmək üçün tələb olunan 

xərclərin ən mükəmməl proqnozu əsasında qiymətləndirilir. 




Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə