“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   2   3   4   5   6   7   8   9   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

14



 

Təqdimat valyutası 

 

Bu konsolidasiya edilmiş maliyyə hesabatları Azərbaycan Manatında (“AZN”) tərtib edilmişdir. 

Azərbaycan Manatı Azərbaycan Respublikasının qanuni valyutasıdır. Hesabat tarixinə Azərbaycan 

Manatının mübadilə məzənnəsi ilə əlaqədar məlumat üçün 3 saylı Qeydə müraciət edin. 

 

“AtaHoldinq” ASC-nin səhmdarları 

 

31 dekabr 2007-ci və 2006-cı il tarixlərinə, baş şirkətin adi səhmlərinin sahibləri aşağıdakı şəxslər 



olmuşdur: 

 

 

 

2. 

QRUPUN FƏALİYYƏT MÜHİTİ 

 

Azərbaycan Respublikasında inkişaf etməkdə olan ölkələrə xas olan əlamətlər, o cümlədən 



Azərbaycan Respublikasından kənarda əksər ölkələrdə sərbəst surətdə konvertasiya edilə bilməyən 

valyuta, sərt valyuta nəzarəti, kifayət qədər yüksək inflyasiya və iqtisadi artım səviyyəsi müşahidə 

olunur. Azərbaycan Respublikasının iqtisadiyyatı inam və iqtisadi şəraitdə dəyişikliklərə həssasdır. 

Azərbaycanın iqtisadiyyatı vaxtaşırı olaraq maliyyə sektoru üzrə inamın aşağı düşməsindən və 

likvidliyin azalmasından mənfi təsirə məruz qalır.  

 

Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif tərzdə təfsir edilir və 



tez-tez  əlavə  və  dəyişikliklərə  məruz qalır. Deyilənlərə  əlavə olaraq, müflisləşmə haqqında 

qanunvericiliyin təkmilləşdirilməsi zərurəti, girovun qeydiyyatı və ödənişə yönəldilməsi ilə əlaqədar 

rəsmi və  işlək prosedurların olmaması  və digər hüquqi və maliyyə xarakterli maneələr hazırda 

Azərbaycan Respublikasında fəaliyyət göstərən Şirkətlər qarşısında çətinliklərin yaranmasına gətirib 

çıxarır. 

 

 



3.  MÜHASİBAT UÇOTUNUN ƏSAS PRİNSİPLƏRİ HAQQINDA XÜLASƏ MƏLUMAT 

 

Mühasibat uçotunun aparılmasının əsasları 



 

Bu konsolidasiya edilmiş maliyyə hesabatları əməliyyatların tarixi dəyərlə tanınma prinsipi əsasında 

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun olaraq hazırlanmışdır. Bu 

konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı istifadə edilmiş  əsas mühasibat 

uçotu prinsipləri haqqında məlumat aşağıda verilir. Fərqli məlumat verilmədiyi halda, bu qaydalar 

əks olunan bütün müddətlər üzrə ardıcıl tətbiq edilmişdir (bax – Qeyd 5, Yeni və ya yenidən 

işlənmiş standart və təfsirlərin qəbulu). 

Səhmdar 

31 dekabr  

2007-ci il, % 

 

31 dekabr  

2006-cı il, % 

“Hyuson Menecment İnk” 51.00 

 

-

“Asbet Limited” 



25.00   

-

“Klonmel İnterneşnl İnkorporeyted”



24.00  

-

“Kolton Enterprayzez S.A.” 



-   

51.00


“FM Faynenşel Menecment Holdinq” ASC

-   


30.92

“Ata Turizm” LTD

-   

5.44


“Ata İnşaat” LTD

-   


6.37

“Ata Sənaye” LTD

-   

6.27


Cəmi 100.00 

 

100.00


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

15



 

Davamlı fəaliyyət  

 

Bu konsolidasiya edilmiş maliyyə hesabatları  rəhbərlik tərəfindən “davamlı  fəaliyyət” prinsipi 

əsasında tərtib edilmişdir. Bu mülahizədən istifadə edərkən, rəhbərlik hazırda Azərbaycan 

Respublikasında maliyyə təşkilatlarının fəaliyyəti üçün əlverişli olan makro-iqtisadi durumu, müsbət 

pul vəsaitləri axınını, əməliyyatların rentabelliyini və tələb olunduqda xarici mənbələrdən vəsaitlərin 

cəlb edilməsi mümkünlüyünü nəzərə almışdır. 

 

Təqdimat valyutası 

 

Digər valyutada təqdim olunması qeyd edilmədiyi halda, bu maliyyə hesabatlarındakı bütün 

məbləğlər Azərbaycan Manatında (“AZN”) təqdim edilmişdir. 

 

Konsolidasiya edilmiş maliyyə hesabatları 



 

Törəmə müəssisələr dedikdə elə şirkətlər və digər formada təsis edilmiş hüquqi şəxslər (o cümlədən 

xüsusi məqsəd üçün təsis edilmiş hüquqi şəxslər) başa düşülür ki, bunların tərkibində Qrup, birbaşa 

və ya dolayısı ilə  səsvermə hüquqlarının yarısından çoxuna və ya iqtisadi mənfəəti  əldə etmək 

məqsədi ilə maliyyə  və  fəaliyyət qaydalarını digər surətdə müəyyən etmək imkanına malik olsun. 

Hesabat tarixinə istifadəsi və ya konvertasiyası mümkün olan potensial səsvermə hüquqlarının 

mövcud olması  və  təsiri Qrupun digər hüquqi şəxsi təsirə malik olub-olmamasını müəyyən etmək 

üçün nəzərə alınır. Törəmə müəssisələr, nəzarət Qrupa keçdikdən sonra konsolidasiya olunur 

(alınma tarixi) və nəzarət başa çatdıqdan sonra konsolidasiya çərçivəsindən kənar edilir. 

 

Törəmə müəssisələrin satın alınmasını uçota almaq məqsədi ilə satınalma metodu tətbiq olunur. 



Satınalmanın qiyməti təqdim edilən aktivlərin  ədalətli dəyəri, buraxılmış kapital instrumentləri, 

mübadilə tarixi üçün çəkilmiş  və ya qəbul edilən öhdəliklər nəzərə alınmaqla müəyyən olunur, 

habelə bunların üzərinə satınalma ilə birbaşa olaraq əlaqəli olan xərclər əlavə edilir. Mübadilə tarixi 

dedikdə bir əqd çərçivəsində biznes kombinasiyasının yaranması tarixi olan satınalma vaxtı, habelə 

bir neçə  səhm alınması vasitəsi ilə biznes kombinasiyasının yaranmasına gətirib çıxaran hər bir 

səhm alınması tarixi nəzərdə tutulur. 

 

Hər bir mübadilə  məzənnəsinə münasibətdə satınalma qiymətinin satın alınan  şəxsin xalis 



aktivlərinin  ədalətli dəyərindən yuxarı olan hissəsi  əməliyyatın “qudvil” hissəsini təşkil edir. 

Satınalan şəxsin müəyyən edilməsi mümkün olan alınan aktiv, öhdəlik və şərti aktivlərdəki payının 

satınalma qiymətindən çox olan hissəsi (”mənfi qudvil”) mənfəət və ya zərər hesabatında dərhal 

uçota alınır. 

 

Satın alınan aktivlər, öhdəliklər və şərti öhdəliklər biznes kombinasiya vasitəsi ilə qəbul olunduqda 



satınalma tarixi üçün ədalətli qiymət üzrə uçota alınır və bu zaman hər hansı minoritar maraqlar 

nəzərə alınmır. 

 

Şirkətlərarası  əqdlər, qrup şirkətləri arasındakı  əməliyyat qalıqları  və  əldə olunmamış  mədaxil 



nəzərə alınmır; xərclərin qaytarılmaması mümkün deyilsə, yaranmamış  zərər də  nəzərə alınmır. 

Şirkət və onun bütün törəmə müəssisələri Qrupun mühasibat siyasətinə uyğun olan vahid mühasibat 

uçotu prinsiplərindən istifadə edirlər. 

 

Minoritar maraq dedikdə törəmə müəssisənin xalis nəticələri və xalis aktivlərinin, o cümlədən 



ədalətli dəyər üzrə düzəlişlərin, elə hissəsi nəzərdə tutulur ki, həmin hissə birbaşa və ya dolayısı ilə 

Şirkətə  mənsub olan maraqlara aid olmasın. Minoritar maraqlar Qrupun kapitalının ayrıca tərkib 

hissəsini təşkil edir. 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə