Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   54   55   56   57   58   59   60   61   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
171
 
 
psixoloji  vəhdət  nəzəriyyəsi  linqvistik  və  psixoloji  qayda  və 
prinsiplərin  üzvü  şəkildə  birləşməsindən  yaranır  və  buradakı 
vəhdət sözünün mənası da elə budur.  
Dördüncü  nəticə:  bu  nəzəriyyənin  psixoloji  əsası 
S+K+F=D  sxemidir,  linqvistik  əsasını  isə  eyni  zamanda  həm 
əks etdirmək, həm də əks olunmaq qabiliyyətinə malik olan dil 
sistemi müəyyən edir. 
 
İnsan digər canlılardan onunla fərqlənir ki, sadəcə obyektiv 
aləmdə  var  olan  və  hiss  orqanlarına  təsir  göstərən  gerçəklik 
vahidlərini dərk etmir. İnsan öz şüuru vasitəsilə təbiətdə hazır 
şəkildə mövcud olmayan yeni gerçəklik vahidləri yaratmağa və 
onları  da  dərk  etməyə  qadirdir.  Belə  gerçəklik  vahidlərini 
yaradarkən  insan  əvvəl  dərk  etmiş  olduğu  gerçəklik 
elementlərindən  bir  mənbə  kimi,  özünün  düşüncə,  təfəkkür 
imkan və qabiliyyətlərindən isə bir vasitə kimi istifadə edir. Bu 
cür  dərketməyə  bu  tədqiqat  çərçivəsində  düşünərək  dərketmə 
və  ya  sinktual  dərketmə  deyilir.  Sinktual  dərketmə  –  hazırlıq 
mərhələsindən  sonra,  bir  qayda  olaraq,  ikinci  dərketmə  aktı 
şəklində cərəyan edən əqli yaradıcılıq prosesidir.   
BeĢinci  nəticə:  düşünmə  yolu  ilə  yeni  gerçəklik  vahidinin 
və  elementinin  yaradılması,  onun  dərk  edilməsi  düşünərək 
dərketmə  və  ya  sinktual  dərketmədir.  Bu  dərketmə  əqli 
yaradıcılıq prosesidir.  
 
İnsan  dərk  etmiş  olduğu  gerçəklik  vahidi  ilə  bağlı 
informasiya  vermək  və  ya  almaq  ehtiyacı  duyanda  sinktual 
dərketmə  yolu  ilə  həmin  gerçəklik  vahidinə  ad  verir.  Bu 
tədqiqat  çərçivəsində  gerçəklik  vahidinə  adın  verilməsinə 
sözün və ya formanın yaranması deyilir. Adı olmayan və dərk 
edilən  gerçəklik  vahidinin  2  elementli  intellekt  kodu,  ona  ad 
verilən  anda  aşağıdakı  tərkib  hissələrindən  ibarət  olan  4 
elementli intellekt koduna çevrilir:  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
172
 
 
1)  gerçəklik  elementi,  2)  gerçəklik  elementinin  yadda 
qalmasını  təmin  edən  1-ci  sıra  intellekt  obrazı,  3)  gerçəklik 
vahidinin  adı,  4)  adın  yadda  qalmasını  təmin  edən  2-ci  sıra 
intellekt obrazı. 
Sinktual  dərketmə  nəticəsində  yaranan  sözlər  üç  qrupa 
ayrılır: leksik, leksik-qrammatik və qrammatik formalar. 
Leksik forma 1) müstəqil gerçəklik elementinə, 2) gerçəklik 
elementinin  yadda  qalmasını  təmin  edən  1-ci  sıra  intellekt 
obrazına,  3)  müstəqil  sözlə  ifadə  olunan  ada,  4)  adın  yadda 
qalmasını təmin edən 2-ci sıra intellekt obrazına malikdir. 
Leksik-qrammatik forma 1) əmələ gəldiyi forma ilə ortaq və 
ya  abstrakt  təsəvvür  mahiyyəti  daşıyan  gerçəklik  elementinə, 
2) gerçəklik elementinin yadda qalmasını təmin edən 1-ci sıra 
intellekt  obrazına,  3)  şəkilçi  formasında  ada,  4)  adın  yadda 
qalmasını təmin edən 2-ci sıra intellekt obrazına malikdir. 
Qrammatik formalar 1) abstrakt təsəvvür mahiyyəti daşıyan 
gerçəklik elementinə, 2) gerçəklik elementinin yadda qalmasını 
təmin  edən  1-ci  sıra  intellekt  obrazına,  3)  şəkilçi  formasında 
ada,  4)  adın  yadda  qalmasını  təmin  edən  2-ci  sıra  intellekt 
obrazına malik olur. 
Adı  olan  gerçəklik  vahidləri  ilə  bağlı  bütün  dərketmə  və 
təfəkkür  prosesləri  4  elementli  intellekt  kodları  vasitəsilə 
həyata keçir. Bütün psixoloji proseslər bu kodların tərkibindəki 
birinci  sıra  intellekt  obrazları  vasitəsilə  reallaşır.  Bu  prosesdə 
ikinci sıra intellekt obrazları və onlara ekvivalent olan sözlər də 
kod  daxilində  aktiv  vəziyyətdə  olduğuna  görə  belə  bir  yanlış 
təsəvvür yaranır ki, düşünmə və təfəkkür prosesləri sözdən və 
nitqdən  istifadə  yolu  ilə  baş  verir.  Əslində  isə  aktivləşmiş 
kodlardakı  sözlər  sadəcə  təfəkkür  prosesini  müşayiət  edir. 
Sözlərin bu şəkildə təfəkkür prosesini müşayiət etməsi, klassik 
psixolinqvistikada  yanlışlıqla  “daxili  nitq”  kimi  izah  olunur. 
Amm  nə  daxili  nitq,  nə  də  düşünmə  və  təfəkkür  proseslərinin 
reallaşmasına  xidmət  edən  nitq  deyə  bir  şey,  ümumiyyətlə, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
173
 
 
mövcud deyil. Təktərəfli ünsiyyətə xidmət edən kimmunikativ 
nitq  var.  Tam  yaranma  anına  qədər  bəzən  danışan  şəxsin  özü 
ilə  mübahisəsi  mahiyyəti  daşıyan  intellektual  nitq  də  var. 
Amma  bunları  klassik  psixolinqvistikada  işləndildiyi  mənada 
“daxili nitq” hesab etmək bağışlanılmaz bir səhvdir. Düşünmə 
və  təfəkkür  proseslərinə  gəlincə,  artıq  dəfələrlə  qeyd  edildiyi 
kimi,  onlar  istisnasız  olaraq  hər  zaman  intellekt  kod  və  ya 
obrazları vasitəsilə həyata keçir. 
Bütün  söz  və  ya  formalar  sinktual  dərketmə  nəticəsində 
yaranır  və  yarandığı  andan  etibarən  müstəqil  gerçəklik  ele-
menti  mahiyyəti  daşıyır.  Bütün  digər  gerçəklik  elementləri 
kimi  sözlər  də  dərketmə  aktının  birinci  yarımaktında  mənim-
sənilərək dərk olunur. Sözlər bir qayda olaraq vizual (görərək) 
və ya vokal (eşidərək) dərketmə nəticəsində mənimsənilir.   
Altıncı  nəticə:  söz  leksik,  leksik-qrammatik  və  qrammatik 
formalara malik olmaqla sinktual dərketmə nəticəsində yaranır, 
vizual və ya vokal dərketmənin birinci yarımaktında mənimsə-
nilərək  dərk  olunur;  söz  dərketmə  və  təfəkkürün  vasitəsi  yox 
son məhsuludur. 
 
İnsan informasiya mübadiləsini nitq və ya söyləm vasitəsilə 
qurur.  İnformasiya  mübadiləsinə  xidmət  edən  kommunikativ 
nitq və ya söyləm dərketmə aktının dördüncü fazasında ardıcıl 
şəkildə cərəyan edən dörd pillə nəticəsində yaranır. 
Birinci  pillədə aktiv  yaddaşa gətirilmiş intellekt kodları  və 
kod  silsilələri  söylənəcək  nitqin  ümumi  planına  və  məntiqinə 
uyğun şəkildə sıralanır.  
İkinci  pillədə  nitqin  aktiv  yaddaşda  olan  ümumi  sxeminin 
əvvəlində,  yəni  nitq  planının  başlanğıcında  yer  alan  gerçəklik 
elementinə  aid  intellekt  kod  və  silsilələri  daha  detallı  şəkildə 
açılır və bununla da söylənəcək əsas fikir formalaşmış olur. 
Üçüncü  pillədə  formalaşmış  əsas  fikrə  ekvivalent  olan 
birinci  intellekt  obrazları  nitq  vahidi  mahiyyəti  daşıyan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə