Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə22/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   18   19   20   21   22   23   24   25   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

46

özündə eh  va edən və yaxud zərdüş  lik 



ənənəsinin və sonralar ərəb və farsdilli 

müəllifl ərin iddia etdikləri kimi, 12 min 

dana (bəzi mənbələrdə öküz, inək, buzov) 

dərisi üzərində  qızıl hərfl ərlə yazılmış 

“Avesta”nın (və yaxud onun ayrı-ayrı 

hissələrinin) yazılı  mətni Makedoniyalı 

İsgəndərin fəaliyyət göstərdiyi dövrdən 

xeyli  əvvəl mövcud olmuşdur. Yunan-

Makedoniya işğalı zamanı  məhv olmuş 

və bir neçə  əsr  ərzində daha çox şifahi 

surətdə saxlandığı güman olunan (əl-

bə  ə, ola bilər ki, kitablardan ayrı-ayrı 

fraqmentlər də qalmışdı) məhz bu 

“Avesta”nı Parfi ya  hökmdarı Arşaki 

Vologez bərpa etməyə cəhd göstərmişdi. 

Lakin alimlərin hesab etdikləri kimi, ilkin 

“Avesta”dan yaddaşda heç də  hər  şey 

qala bilməzdi (bəzi tədqiqatçılar hesab 

edirlər ki, 350 min sözdən ar  q  ola 

bilməzdi), hər halda “Avesta”nın hifz 

olunmuş hissələri e.ə. I əsrdə kodifi kasiya 

olunmuşdu. İlk Sasani hökmdarı Ərdəşir 

Papağanın dövründə (225-240-cı illər) 

“Avesta”nı çox fəal surətdə toplamağa və 

bərpa etməyə başladılar. Güman etmək 

olar ki, Avesta IV əsrdə imperiyanın 

dövlət əhəmiyyətli müqəddəs məka nı-

na çevrilmiş Atropatenada ali kahin 

Mahrspandan tərəfi ndən kanonlaş dırıl-

mışdı. “Avesta” sonralar da redaktələrə 

məruz qalmışdır. Axırıncı redaktədən 

sonra güclü surətdə  dəyişikliyə  məruz 

qalmış “Avesta” 21 naskdan (kitabdan) 

ibarət idi. Lakin, “Avesta”nın bu mətni də 

bizə tam şəkildə  gəlib çatmamışdır. 

Ərəblərin hakimiyyə   dövründə  də  zər-

düş  liyin  müqəddəs kitabları  tə qiblərə 

məruz qaldı. Məlumdur ki, ərəb işğalı 

dövründə digər qeyri-islam ədəbiyya   

kimi, “Avesta”nın  əlyazmaları da aman-

sızcasına yandırılmışdır. Bu barədə Biruni 

məlumat vermişdir. Kiçik Avesta, əsasən, 

bizə  məlum olan Böyük Avestadan 

seçilmiş, zərdüş  liyə sitayiş edən  şəxs 

üçün gündəlik həyatda zəruri olan 

duaların minimum məcmuəsidir. Kiçik 

Avestaya bəzən  ənənə üzrə Yaştları da 

daxil edirlər. Kiçik məcmuələr və s. 

şəklində ayrı-ayrı “Avesta” fraqmentləri 

(bizə  qədər gəlib çatmamış Avesta 

kitablarından) də qalmışdır. Mütəxəssis-

lərin hesab etdikləri kimi, bütün bunlar 

Sasanilər dövründə  bərpa olunmuş 

“Avesta”nın yalnız dörddə bir qismidir. 

Sasanilər dövründə  bərpa olunmuş 20 

kitabın (21 kitabdan) adları  və  qısa 

məzmunu bizə IX əsrin zərdüş  lik əsəri 

Denkartdan məlumdur. Qeyd etmək la-

zımdır ki, bu kitabların qısa icmalı 

“Avesta”nın öz mətni üzrə deyil, “Avesta”nın 

pəhləvi dilinə  tərcüməsi  əsasında hazır-

lanmışdır. Müxtəlif “Avesta” naskla rının 

məzmunu başqa pəhləvi kitablarında da 

izah edilmişdir. Göstərmək lazımdır ki, 

pəhləvi kitabları mahiyyətcə bizə 

“Avesta”nın i  rilmiş hissələri haqqında 

bəzi təsəvvürlər yaratmaq imkanı verən 

yeganə  mənbədir. Hindistan parsları, 

onlarda zərdüş  lik dininin müqəddəs 

kitablarının mövcudluğu haqqında erkən 

məlumatlar Avropaya yalnız XVII əsrdə 

çatmışdır. Tezliklə Oksford kollecinin 

kitabxanasında (İngiltərə) “Avesta”nın 

Hindistandan gə  rilmiş ilk əlyazmaları 

meydana çıxmış və tədqiqatlara başlan-

mışdır. Azərbaycan türklərinin  ən gör-

kəmli nümayəndələrindən biri olan 

Məhəmmədəli Tərbiyət (Təbrizi) də 

həya  nı öz xalqının i  ixarlı tarixi və 



  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

47

yüksək mədəniyyə  nin işıqlandırılmasına 



həsr etmişdir. O, 1941-ci ildə Berlində 

keçirilən 

Şərqşünasların beynəlxalq 

konfransında çıxış edərək Zərdüştün hə-

ya    və  əsərləri haqqında məruzə et-

mişdir. M.Tərbiyət “Danişməndane-

Azərbaycan” adlı əsərində yazır: “Avesta” nın 

ən qədim hissələrinin müəllifi ,  məz də-

izmin banisi və Azərbaycanın ən görkəmli 

şəxsiyyətlərindən biri olan Zərdüşt 

haqqında Şərq, habelə Qərb alimləri bir 

sıra məqalələr çap etdirmişlər. Fransalı 

Darmesterin izahları, ABŞ alimi Ceksonun 

nəfi s  məcmuəsi, Purdavud Gilaninin 

Avesta və  Zərdüşt haqqında dərin təd-

qiqa   müəyyən qədər onların fi kirlərinin 

rəmzidir.”  Əbureyhan Büruni “Əl-asarül 

və  əl-qrunül xaliyyə”  əsərində yazır: “...

ondan sonra, Mənuçöhr şahın nəslindən, 

zadəgan,  əyan və maqların ailəsindən 

olan azərbaycanlı Spitmanın oğlu Zərdüşt 

gəldi (zühur etdi). Bu hadisə Viştaspın 

hakimiyyə  ndən otuz il keçəndən son-

rakı dövrə  təsadüf edir. Onun əynində 

sağ  və sol tərəfi  açıq olan çuxa var idi. 

Kəməri xurma lifi  ilə (kiçik xaç şəklində) 

bağlanmışdı, rəngli yun duvağı (niqabı) 

var idi, öz yanında olan köhnə lövhəni 

sinəsinə yapışdırmışdı. Muqların fi krincə 

o, (Zərdüşt) günorta çağı Bəlxdə olan şah 

qəsrinin eyvanından nazil olmuşdur. 

Viştasp isə günorta is  rahə  ndən sonra 

Zərdüştün yanına gəlmiş  və  məzdəizmi 

qəbul etmişdir.” Məhəmmədəli Tərbiyət 

orta  əsr mənbələrinə  əsaslanaraq 

Zərdüştün Azərbaycanda anadan olma-

sını, “Avesta”nın Azərbaycanda yaradıl-

dığını iddia edir. “Avesta”nın  İran təd-

qiqatçıları içərisində Seyid Həsən 

Tağı za dənin elmi əsərləri məziyyə  nə 

görə başqalarından fərqlənir. Onun bir 

sıra elmi-tədqiqat  əsərləri dünyanın 

müxtəlif dillərinə  tərcümə edilmişdir. 

H.Tağızadə  həm də ingilis və alman 

dillərində yazılmış iyirmiyə yaxın  əsərin 

müəllifi dir. O, yazır: “Mənbələrdə olduğu 

kimi,  Şahpur Zuləkta  n  hakimiyyə  nin 

son dövrlərində atəşpərəstlərdən bir 

dəstə məzdəizmdən üz döndərmişdir. Bu 

zaman Azərbad Mar-Spəndan adlı bir 

nəfər çə  n sınaqlardan sonra möbidane 

möbid silkinə  qəbul edilmişdi. Tədqi-

qatçılara görə bizə  gəlib çatan “Avesta” 

məhz bu şəxs tərəfi ndən toplanılıb 

təkmilləşdirilmişdir.” H.Tağızadənin gös-

tər diyinə görə “Avesta”nın bir nüsxəsi III 

Daranın xəzinəsində saxlanılırdı. Həmin 

nüsxə  qızıl suyu ilə 12.000 öküz dərisi 

üzərində yazılmışdı. Məlum olduğu kimi, 

İsgəndər III Daranı  məğlub etdikdən 

sonra onun Təxte-Cəmşiddə olan sarayını 

yandırmışdı. H.Tağızadə göstərir ki, o 

dövrdən e  barən “Avesta”nın 30 böl mə-

sindən ancaq 12-si qalmışdır. H.Tağızadə 

yazır: “Zərdüş  lərin (atəşpərəstlərin), 

xü susən Dinkornun rəvayə  nə görə

“Sasani Avestası” adı ilə məşhur olan ilk 

əsas mənbə I Şapurun dövründə top-

lanmışdır.” Tədqiqatçılar Sasanilərin son 

dövrü və ondan azı üç əsr sonra mövcud 

olan zərdüş  lərin müqəddəs kitabı 

“Avesta”nı aşağıdakı dövrlərə bölürlər: 1) 

Zərdüşt dövründən  əvvəlki mənbələrə 

aid olan hissələr (Yəştlərin bəziləri); 2) 

Zərdüştün özünə xas olan bölmə; 3) 

Şifahi rəvayətlər  əsasında I Balaş  tərə-

fi ndən toplanılmış hissə; 4) Sasanilərin 

dövründə rəvayətlər əsasında toplanmış 

hissə. “Avesta”nın bizə  gəlib çatmış 

hissələri bunlardan ibarətdir: “Getha 




Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə