Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

 
 
44
layevin qeyd etdiyi kimi, «S.Vurğun Vaqifi mütəfəkkir bir şair, dərin fəlsəfi fikirləri 
sadə, aydın bir dillə ifadə etməyi bacaran incə lirik, öz dövründə estetik düşüncənin 
zirvəsinə çixan, həyat gözəldir idealını  təbliğ edən böyük söz bahadırı kimi 
qiymətləndirmişdir».(3, 14). 
S.Vurğunu M.P.Vaqifin həyatı, taleyi uzun illər boyu düşündürmüşdür. Sonra-
dan özünün yazdığı kimi, şair hələ  uşaq ikən Vaqif yaradıcılığının təsiri altında ol-
muş, Vaqifin gözəl  şerləri, aydın dili onun yaradıçılığına böyük təsir göstərmişdir. 
S.Vurğun ilk şerlərini də Vaqifin qüvvətli poetik cazibə qüvvəsinin təsiri altında 
yazmışdır. O, «Vaqif»in Azərbaycan Rus Dövlət Dram Teatrında ilk dəfə tamaşaya 
qoyulması münasibətilə buraxılmış  vərəqədə yazmışdır: «Azərbaycanın öz azadlığı 
uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri 
Vaqifin adı ilə bağlıdır. Vaqif Qarabağ xanlığının vəziri olduğu zaman bizim xalqın 
yadelli işğalçılara qarşı,  İran  şahı Qacara qarşı mübarizəsinə başçılıq edirdi. Vaqif 
böyük siyasi xadim və diplomat kimi xalqın səadət və azadlığı uğrunda mübarizədə 
çox işlər görmüşdür».(135, 119).
 
S.Vurğun xüsusi olaraq qeyd etmişdir ki, 
Azərbaycan xalqının böyük şair oğlu xalqının azadlığı  uğrunda öz çanını qurban 
vermiş, Azərbaycan dili uğrunda, farsçılığa, ərəbçiliyə qarşı mübarizədə böyük işlər 
görmüşdür. S.Vurğunun fikrincə, Vaqif gözəllik  şairidir. Lakin onun gözəlləri 
«hurilər»,«pərilər» deyil, yer qızlarıdır, həm də Azərbaycan qızlarıdır. Başı 
kəlağayılı, toylarda kəklik kimi süzən qız-gəlinlər, real insanlardır. 
Şair Vaqifi «saray şairi» hesab edənlərə qarşı  kəsgin mövqedə durur və yazır: 
«Vaqif sarayda vəzir vəzifəsində çalışmışdır. Lakin onun qəlbi daim öz xalqının qəlbi 
ilə çarpmışdır. Onun İran şahı Məhəmməd şah Qacara qarşı apardığı böyük mübarizə 
açıq göstərir ki, şair heç kəsə satılmadan öz vətəninin azadlıq və istiqlaliyyəti 
uğrunda zindanlara düşmüş, gözü ilə ölümlər görmüşdür».(135, 86). 


 
 
45
Bütün bunlar S.Vurğunu Vaqif haqqında yazmağa sövq etmişdir. «O, hələ 1934-
cü ildən başlayaraq Molla Pənah Vaqifin həyatına həsr ediləcək bir dram əsəri 
yazmaq haqqında düşünməyə başlamışdı.  Əslinə qalsa, Vaqifin taleyi haqqında 
düşüncələr Səməd Vurğunun varlığına 1926-cı ilin yazından hakim kəsilmişdi».(173, 
132). 
Şair özü bu barədə belə demişdir: «Bu temada bir poema yazdım,

 lakin o məni 
təmin etmədi və düşündüyümdən çox zəif çıxdı. Bu zaman mən bu temada dram 
yazmağı qərara aldım...» (45). 
S.Vurğun bu dramı yazmaq üçün gərgin axtarışlar aparmış, Vaqif dövrünü, 
habelə dram sənəti ilə bağlı mənbələri öyrənmişdir. «O (S.Vurğun –A.B.), XVIII əsr 
Azərbaycan tarixinə, xüsusən Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla 
oxuyurdu. Səməd Vurğunun «Qarabağnamə»ni tapdırıb ona göndərməyi Heydər 
Hüseynovdan xahiş etdiyi və 1936-cı ildə Vaqifin dövrünə, həyatına, bütünlüklə 
Qarabağ xanlığı tarixinə dair Yusif Vəzirlə saatlarla söhbəti yadımdadır. Oxuyurdu, 
öyrənirdi».(173,135-136). 
Məhz bunun nəticəsində S.Vurğun Vaqif dövrünü dolğun əks etdirən və müasir 
zamanla səsləşən bir əsər yaratdı. «Vaqif» tarixi mövzuda yazılsa da, müasirlik 
baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan xalqının tarixi keçmişinin çox 
maraqlı bir dövrünü canlandıran, qədim Azərbaycan torpağı Qarabağın müdafiəsinə 
həsr olunmuş pyes tamaşaya qoyulduğu dövrlə  də  səsləşirdi. «Vaqif»in müasir 
səslənməsinin bir səbəbi də vardı. Bu barədə  əsərin tamaşaya qoyulduğu və geniş 
şöhrət qazandığı 1938-ci ildə danışmaq olmazdı. Bu müasirlik əsərə 1937-ci ilin 
məlum havasının təsiri ilə hopmuşdu. 
Şair-hökmdar problemi hər yerdə olduğu kimi, Azərbaycanda da mövcud 
olmuşdur. Ə.Xaqani zindana atılmış, İ.Nəsimi diri-diri soyulmuş, M.P.Vaqif... 
                                           

 С.Вурьунун «Шаирин юлцмц» шери нязярдя тутулур. С.Вурьун. Ясярляри, I жилд, сящ. 214-217.   


 
 
46
M.P.Vaqif  1797-ci ildə İran hökmdarı  Ağa  Məhəmməd şah Qacarın hüzurunda 
dayanmışdı... S.Vurğun «Vaqif» pyesini 1937-ci ildə qələmə almışdır. Elə həmin ildə 
S.Vurğun düz dörd dəfə  şəxsi məsələsi ilə  əlaqədar respublika rəhbərinin yanına 
çağırılmışdır.(68). 
Şübhəsiz, həmin vaxtlar şair başqa yerlərə  də çağırılırdı. Bunları  və burada 
nədən söhbət getdiyini 1937-ci ildə  şairin özündən başqa heç kəs bilmirdi. Məhz 
həmin il S.Vurğun «Vaqif» pyesini yazırdı. 
Şairin qardaşı Mehdixan Vəkilov yazmışdır: «Bu əsər («Vaqif» – A.B.) 1937-ci 
ilin axırlarında heyrətamiz bir sürətlə, 3-4 həftə ərzində yazıldı. Belə böyük bir əsərin 
az müddətdə yazılması ona görə mümkün oldu ki, Səməd Vurğun illər uzunu Vaqifin 
həyatı və yaradıcılığı üzərində düşünmüşdür... O, yazacağı əsərin mövzusunu, sücet 
xəttini xəyalında çoxdan işləyib hazırlamışdı. Səmədin dodaqları daim - oturanda da, 
gəzəndə  də, məclislərdə  də, hətta çörək yeyəndə  də  tərpənirdi. O, şəxsi söhbətlər 
zamanı da bəzən özünü dinləyirmiş kimi göstərir, sadəcə müsahibinin üzünə baxır, 
fikrən, xəyalən başqa yerdə, öz aləmində olurdu... Səməd Vurğun «Vaqif» dramının 
bütöv bir şəklini aşıq havası üstündə əzbərində bişirirdi və ona görə də bir oturuma 
(səhərə qədər) böyük bir səhnə yazılırdı».(173, 133). 
Deməli, şair qələmə aldığı müddətdə «Vaqif»lə nəfəs almış, buna görə də əsərin 
ayrı-ayrı parçaları müxtəlif yerlərdə, bəzən qeyri-adi şəraitdə meydana gəlmişdir. 
Mehdixan Vəkilovun, şairin digər müasirlərinin xatirələrindən, ilk dəfə işıq üzü görən 
materiallardan, «Vaqif»in nəşr olunmamış parçalarından, muzey və arxiv 
sənədlərindən  əsərin ayrı-ayrı misralarının, bütöv parçaların yarandığı «ünvanlar», 
habelə bu parçaların yaranmasına təsir etmiş ovqatlar da məlum olur. Bu gün 
əlimizdə olan materiallardan o da məlum olur ki, «Vaqif»in yarandığı şərait və dövr 
əsərə ciddi təsir göstərmişdir. Professor Yaşar Qarayev «Vaqif»dən danışanda belə 
yazır: «Müstəbid və ziyalı problemi həm Vaqif-İbrahim xan, həm də Vaqif - Qaçar 
xətlərində qoşa davam etdiri- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə