Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

 
 
269
xan qılıncına qüdrət vermiş Azərbaycan torpağına eşq olsun! 
 
...Al qanımla suvardığım Azərbaycan torpağı  
Öz başını əyməyəcək cəlladlara bir daha;  
Vüqarına and içdiyim bu azadlıq bayrağı,  
Sənin ölməz adını da aparacaq sabaha…» (136, 136) 
 
Şair dünya azadlıq mübarizəsinin ön sıralarında gedən, ölüm və zülmətlə 
əlbəyaxa vuruşan Cənublu qan qardaşları ilə fəxr edir, çünki onlar da bəşəriyyətin bu 
azadlıq dastanına öz qanları ilə qızıl səhifələr yazırlar. 
Səməd Vurğun məqalənin sonunda öz qan qardaşlarına yeni zəfərlər arzulayır: 
  
«Uğur olsun, uğur olsun azadlığın karvanına,  
Min eşq olsun! Min eşq olsun şəhidlərin al qanına! 
Uğur olsun, bu qurtuluş ordusunun səfərinə,  
Hər bugünkü çağırışına, hər sabahkı zəfərinə...  
Qan qardaşım! Can qardaşım! Sən yardıqca o zülməti  
Qoca Şərqə bayraq çəkir qurtuluşun şeriyyəti...  
Biz duyuruq hər arzunu, hər müqəddəs diləyini  
Qaranlıqda məşəl kimi yandırırsan ürəyini...  
Dünya sənin arxandadır, arxandayıq sənin biz də...  
Qanın axır canımızda, qəlbin vurur qəlbimizdə...  
Alqış, zülmün binasına külüng vuran əllərinə!  
Arazın o tayındakı Azərbaycan ellərinə...» (136, 137) 
 
Bu misralardan göründüyü kimi, şairdə  Cənublu qardaşlarımızın milli-azadlıq 
hərəkatının uğurlu sonluğuna dərin bir inam vardır. 
       Səməd Vurğunun yuxarıda qeyd etdiyimiz «Cənubi Azərbaycan şairləri» kitabı-
na yazdığı müqəddimədə belə bir inam ifadə edilmişdir: «Biz inanırıq ki, İran Azər-
baycanı  şairləri öz pəhləvan xalqı ilə birlikdə inkişaf edəcək və möhkəmlənəcək, 
onlar öz  


 
 
270
vətənlərini azad görəcək, doğma xalqlarının səadəti haqqında yeni gözəl  şerlər 
yazacaqlar». (136, 218) 
Səməd Vurğun xalqımızın milli varlığını əks etdirən əsərlər yazmaqla vətənpər-
vərlik poeziyasının qiymətli nümunələrini yaratmış,  əsl milli şair kimi tanınmışdır. 
Bununla yanaşı milliyyətindən asılı olmayaraq hər bir insana səmimi münasibət
dərin humanizm, xalqlar dostluğu bu poeziyanı ümumbəşəri səviyyəyə qaldırmışdır. 
Səməd Vurğunun gələcək, habelə gələcəkdə yaşayacaq insanların münasibətləri 
haqqında aydın təsəvvürləri var: 
 
Siz ey bizdən sonra gələn nəsillər!  
Olacaq yer üzü sizə bir vətən.  
...Nə zindan qalacaq, nə zülmət, nə qan.  
İndidən verirəm bu şad xəbəri.  
Qardaş deyəçəkdir insana insan.  
Vicdanlar olacaq islah evləri;  
İndidən verirəm bu şad xəbəri. (132, 33-34) 
 
S.Vurğunun təsvir etdiyi gələcək «İstiqbal təranəsi» şerində bu cür verilmişdir: 
Bütün insanlıq al geymiş, keçir ömrün baharından,  
Qılınclar, nizələr, oxlar, ağır toplar pas atmışdır,  
Kamalın hüsni-eşqilə bəşər cənnət yaratmışdır. (132, 181) 
 
1943-cü ildə Böyük Vətən müharibəsi günlərində  qələmə alınmış bu şer iki 
hissədən ibarətdir. Birinci hissədə şair inamla bildirir ki, tezliklə ölkənin hər yerindən 
yad ayağı  kəsiləcək, dərdlilərin qaş-qabağı açılacaq, yuvasından ayrılanlar öz 
yuvasına qayıdacaq, öz evinin çırağını yandıracaqdır. Yenə Ukraynanın gözəlləri al 
geyinəcək, Krım göylərinin ulduzları parlayacaq,  


 
 
271
Kuban çöllərinin ipək telli zəmiləri dalğalanacaqdır... 
Şerin ikinci hissəsində şairin səyyar xəyalı oxucunu daha uzaq gələcəyə aparır. 
Bu elə bir aləmdir ki, ömrün camalına min bir kitab bağlanacaq, insanlığın kamalına 
ulduzlar baş  əyəcək, insan oğlu yaratdığı  dəhşətləri unudacaq, paxıllıqdan, kin-
küdurətdən əsər qalmayacaqdır: 
 
Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır, 
Bütün həyat istisini bir günəşdən alacaqdır. (132, 165) 
 
Şairin təsvirində müxtəlif millətlərin nümayəndələri qardaşlıq dünyası adlanan 
cəmiyyət yaradacaq və  həmin cəmiyyətdə yaşayacaqdır. Akademik Məmməd Cəfər 
yazır: «Şairin (S.Vurğunun – A.B.) «Olacaq yer üzü sizə bir vətən!» fikri hər cür 
mücərrəd və aldadıcı burcua kosmopolitizminə qarşı idi. O, bəşərin gələcəyi, 
həmrəyliyi haqqında böyük arzular bəslərkən, eyni zamanda unutmurdu ki: 
 
Hər torpağın öz eşqi var,  
Hər millətin öz adı! 
 
və deyirdi ki, o torpağın eşqi yüksək, millətin adı şərəflidir ki, o, büqün zəhmətkeş 
insanlığın, bütün xalqların tərəqqi və səadəti uğrunda, böyük, gözəl gələcək uğrunda 
mübarizədə iştirak etmiş olsun və o ömür əbədidir ki, bu ali məqsədə sərf olunsun». 
(112, 18)  
       Buna görə də şair ayrı-ayrı xalqları birliyə çağırırdı. 
S.Vurğun müxtəlif xalqların həyatının təsvirinə öz yaradıcılığında xüsusi yer 
ayırmış, bu xalqların Azərbaycan xalqı ilə dostluğunu tərənnüm etmişdir. O, müxtəlif 
millətlərdən olan sənətkarlarla dostluq etmiş, hələ sağlığında başqa respublikalarda 
tanınmış, ölkədə həyata keçirilən tədbirlərdə, yubileylərdə fəal iştirak etmişdir. 
1954-cü ildə yazıçıların II Ümumittifaq qurultayında po- 


 
 
272
eziya haqqında  əlavə  məruzənin S.Vurğuna tapşırılması  şairin ayrı-ayrı xalqların 
poeziyasına xüsusi diqqət yetirməsi, ardıcıl mütaliə etməsi və bilməsi ilə əlaqədardır. 
S.Vurğunun yaradıcılığında rus xalqına, onun ədəbiyyat və mədəniyyətinə, ayrı-
ayrı görkəmli xadimlərinə, sənətkarlarına məhəbbət xüsusi yer tutur. Şairin 
A.S.Puşkin, V.Belinski, V.Mayakovski, M.Qorki, A.Ostrovski barədə  məqalələri, 
A.Fadeyev, N.Tixonov, K.Simonov, V.Luqovskoy, P.Antokolski kimi sənətkarlarla 
şəxsi dostluğu, A.S.Puşkindən, M.Qorkidən etdiyi tərcümlər məhz bu məhəbbətin 
ifadəsidir. 
O, həm  ədəbi-tənqidi, həm də  bədii  əsərlərində rus klassiklərini yüksək qiy-
mətləndirmiş, «Böyük şairin  şərəfinə»  şerində A.S.Puşkinə «sənsən menribanım, 
sənsən ustadım» deyə müraciət etmiş, M.Qorkinin vəfatından doğan kədərini «Sənət 
ustasına» şeri ilə bildirmişdir. 
S.Vurğunu Ukrayna ilə bağlayan dostluq telləri çoxdur. O, Ukraynanın məşhur 
sənətkarlarından Pavlo Tıçina, Maksim Rılski, Mikola Bacan və başqaları ilə dostluq 
etmişdir. Öz məqalə və çıxışlarında Lesya Ukrainka, İvan Franko kimi sənətkarların 
yaradıcılığını yüksək qiymətləndirən şair Ukraynanın böyük kobzarı Taras Şevçenko 
haqqında xüsusi məqalə yazmışdır. 
«Məhəbbətlə dolu ürək»

 adlanan həmin məqalə 1938-ci ildə T.Şevçenkonun 
anadan olmasının 125 illiyi münasibətilə  qələmə alınmışdır.  Şair göstərir ki, 
Şevçenko kimi şəxsiyyətlər düşmənə qarşı hansı silahla vuruşmasından asılı 
olmayaraq, bütün xalqların əbədi məhəbbət və rəğbətini qazanırlar. S.Vurğun onu da 
qeyd edir ki, biz Şevçenkodan öz yüksək vətəndaşlıq duyğularımıza kamil bədii 
forma geydirib, düşmənə qarşı amansız olmağı, dost qəlbində daimi yuva qurmağı 
öyrənirik. 
«Məhəbbətlə dolu ürək» məqaləsinin maraqlı cəhətlərindən biri  
                                           

 «Мящяббятля долу цряк» мягаляси илк дяфя Азярбайжан-Украйна ядяби ялагяляринин тядгигатчысы, шаир Аббас Абдулла 
тяряфиндян цзя чыхарылмыш вя «Ядябиййат вя инжясянят» гязетиндя чап етдирилмишдир. Аббас Абдулла мягаляни Украйна 
дилиндян Азярбайжан дилиня чевирмишдир. (149) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə