Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

 
 
273
də budur ki, S.Vurğun Şevçenkonu xalqımızın qəhrəman oğulları Babək və Koroğlu
şair və dövlət xadimi M.P.Vaqiflə müqayisə etmiş, daha doğrusu, öz həyatı və fəaliy-
yəti ilə həmin şəxsiyyətlərlə Şevçenko arasında müəyyən uyarlıqlar görə bilmişdir.  
S.Vurğun məqalədə qeyd edir ki, o, Şevçenkonun yubileyinin Ukrayna xalqının 
qəhrəman oğluna həsr etdiyi poema ilə qarşılayacaq.  
Şairin  Şevçenkoya həsr olunmuş poeması  hələlik məlum deyil. Abbas Abdulla 
yazır: «Bununla belə  həmin poemadan heç olmasa ayrı-ayrı fraqmentlərin 
mövcudluğuna şübhə etmirik. Şairin Ukrayna mövzusunda yazdığı bəzi şerləri («Uk-
rayna partizanları», «Göyərçin») həmin poemanın fraqmentləri hesab etmək olar». (1, 
78)     
S.Vurğun  Şevçenko haqqında ayrıca poema yazsa idi, bəlkə  də  həmin  şerləri 
oraya daxil edərdi. Lakin bu şerlər konkret şəraitə uyğun olaraq Böyük Vətən mü-
haribəsinin ağır günlərində Vurğun ilhamının məhsulu kimi meydana çıxmışdır. 
Abbas Abdulla onda haqlıdır ki, «Ukrayna partizanları» və «Göyərçin» şerlərinin hər 
biri öz vaxtında Ukraynaya həsr olunmuş poema qədər təsirli olmuşdur.   
S.Vurğun da Ukraynada tanınmış  və sevilmişdir. Bu barədə Ukrayna ədəbiy-
yatşünası Yevgeni Kirilyukun «Həmişəcavan kobzar», Ukrayna şairlərindən Dmitri 
Belousun «Unudulmaz Səməd» və Mikola Naqnibedanın «Onu Ukrayna sevir» adlı 
xatirələrində maraqlı faktlar vardır.

 (97)  
Görkəmli  ədəbiyyatşünas, professor Əziz  Şərif 1953-cü ildə Ukraynada 
Azərbaycan  ədəbiyyatı  və incəsənəti günləri keçirilərkən S.Vurğunun müxtəlif 
görüşlərdə çıxışlarının böyük maraqla qarşılandığını qeyd edərək yazır: «Ukraynada 
keçirdiyimiz on gündə  mən bir adama da rast gəlmədim ki, o, Səməd Vurğunu 
tanınmamış, adını eşitməmiş olsun. Səməd Vurğun Ukraynada özünü ana vətəni olan 
Azərbaycandakı kimi hiss edə bilərdi və belə də hiss edirdi». (63, 300) 
                                           

  Щяр цч хатиря «Галажагдыр дцнйада» китабында дярж едилмишдир. 


 
 
274
Ukrayna yazıçılarının IX qurultayının iştirakçısı şair, Ukraynanın Maksim 
Rılski mükafatı laureatı Abbas Abdulla yazıçı Oles Qonçarın qurultayı giriş sözü ilə 
açarkən bir vaxtlar Ukrayna yazıçılarının ali məclisində  çıxış etmiş görkəmli 
sənətkarlar sırasında S.Vurğunun da adını çəkdiyini yazmışdır. (2) 
S.Vurğunun Ukrayna yazıçılarının qurultayındakı  çıxışının  əlyazması şairin 
ev-muzeyində mühafizə olunur. Şair 1954-cü il oktyabrın 30-da qurultayın axşam 
iclasında çıxış etmişdir. (205) 
«Pravda Ukrainı» qəzeti yazır: «Qurultayın nümayəndələri Azərbaycan  şairi 
Səməd Vurğunun çıxışını  hərarətlə qarşılayırlar. Ukraynalı  qələm qardaşlarını 
Azərbaycan  ədəbi ictimaiyyəti adından hərarətlə salamlayan Vurğun yoldaş sovet 
ədəbiyyatını bir sıra dəyərli epik əsərlərlə  zənginləşdirmiş Ukrayna poeziyasının 
ideya və bədii cəhətdən böyük nailiyyətlər qazandığını qeyd edir». 
S.Vurğun öz çıxışında T.Şevçenko, L.Ukrainka, Pavlo Tıçina, Mikola 
Bacan və Maksim Rılski kimi poeziya ustadları yetirmiş Ukrayna xalqını alqışlamış, 
xalqlarımızın bir-birini ürəkdən sevdiyini, bir-birinin yaradıcılıq uğurları ilə  fəxr 
etdiyini xüsusi vurğulamışdır.  Şair demişdir: «Böyük Şevçenkonun, Lesya 
Ukrainkanın, Pavlo Tıçinanın, Mikola Bacanın və Maksim Rılskinin mərdlik və 
qəhrəmanlıq poeziyasını yüksək vətəndaşlıq motivləri, xalqın gələcək səadətinə 
inamla dolu poeziyanı Azərbaycan xalqı yüksək qiymətləndirir və  dərin bir mə-
həbbətlə sevir». (151;  153) 
S.Vurğunun uşaqlıq və gənclik illəri qonşu respublikaların sərhədlərində keç-
miş, o, yay aylarını Dilican yaylaqlarında olmuşdur. Bu isə  şairin qonşu xalqlara 
münasibətinə təsir göstərmiş, yeni bədii əsərlərə çevrilmişdir. 
S.Vurğun ayrı-ayrı əsərlərində, çıxışlarında dahi gürcü şairi Ş.Rustavelini, onun 
ölməz qəhrəmanlarını tez-tez yad etmiş, Ş.Rustaveliyə xüsusi şer həsr etmişdir. 
O, 1937-ci ildə Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasının bir 
hissəsini müvəffəqiyyətlə Azərbaycan dilinə çevirmiş,  əsərin 750 illik yubileyi 
münasibətilə Tbilisidə keçirilən  


 
 
275
təntənəli yığıncaqda çıxış etmişdir.

 Şair öz çıxışında «Şota Rustaveli kimi ölməz, 
dahi adamlarla bizim ədəbiyyat tariximizi zənginləşdirən istedadlı, qəhrəman gürcü 
xalqını» təbrik etmiş, şairin poemasının tərcüməsi üzərində xüsusi bir səylə işlədiyi 
haqqında danışmışdır. O, poema barədə demişdir: «Bu bədii  əsərdə  nə isə elə bir 
qüvvə var ki, onu həmin saat dərk etmək qeyri-mümkündür, onun üzərində uzun 
müddət düşünmək, çox işləmək lazımdır. Bu böyük əsər insanı valeh edir; mən 
onun tərcüməsi üzərində işlədiyim zaman bütün hisslərimi, bütün daxili qüvvəmi 
elə özümə cəlb etmişdim ki, işdən ayrılmaq mənə ağır gəlirdi». (136, 76) Bu sözlərdə 
S.Vurğunun qardaş gürcü sənətkarının yaradıcılığına verdiyi yüksək qiymət və bu 
poeziyaya məhəbbəti ifadə edilmişdir. 
Şair «Rustaveli» şerini də yubiley münasibətilə  qələmə almışdır.
∗∗
 Bu şerdə bir 
daha Rustaveli sənətinə  məhəbbət ifadə edilmiş, Rustaveli bayramının Azərbaycan 
xalqı üçün də əziz olduğunu göstərilmişdir. Şerdə Rustaveli təkcə böyük bir sənətkar 
kimi yox, həm də Azərbaycan və gürcü xalqlarının dostluq rəmzi kimi təqdim 
edilmişdir: 
 
Könül deyir sən də bəzən, sən də geyin, dur ayağa,  
Bir şərqi qoş, hörmət olsun bizim qardaş sənətkara.  
Səhər-səhər al günəşin saçlarını yaxşı dara.  
…Rustaveli gəl, qardaşım, əlində bir zərif lələk 
Bu günlərə şer desin sinəndəki böyük ürək. (136, 257) 
 
S.Vurğunun xüsusi məhəbbət bəslədiyi sənətkarlardan biri də Qazaxıstanın 
böyük xalq akını Cambul olmuşdur. Şair «Mavzoley» və «Bayram qabağı» şerlərində 
bu sənətkarı xatırlamış, «Şerimizin ağsaqqalı» (1937) şerini isə bilavasitə ona həsr 
etmişdir. 
Şerdə Cambulun öz taleyi qazax xalqının taleyi ilə əlaqəli şəkildə  
                                           

 Бязи тядгигатчылар сящв олараг 1937-жи илдя Ш.Руставелинин юзцнцн йубилейинин кечирилдийини гейд едирляр. (65, 44; 25, 
17). 
∗∗
 С.Вурьунун китабында сящв олараг щямин чыхыш «Муса Жялилин анадан олмасынын 50 иллик йубилейиндя чыхыш» ады иля 
верилмишдир.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə