Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

 
 
276
verilmişdir: 
Tamburunu çaldıqça sən  
Susdu bülbül, dindi çəmən.  
Bir zamanlar nə sən, nə mən  
Şad görmədik dostu, yarı. (131, 266) 
 
Şerin ayrı-ayrı misralarında eyni soydan olan xalqlarımız arasındakı 
mənəvi birlik və yaxınlıq öz əksini tapmışdır: «Səni gördüm, sinəm doldu, Dəmə 
çəkdim bizim tarı», «Qanad verir dağa-daşa Ana yurdun havaları», «Tambur ilə telli 
sazı Qabaqlaşıb çalaq barı» və s. 
1954-cü ildə Kazan şəhərində  qəhrəman tatar şairi Musa Cəlilin faşistlər 
tərəfindən vəhşcəsinə öldürülməsinin 10 illiyinə həsr edilmiş təntənəli gecə keçiril-
mişdir. Həmin gecədə SSRİ Yazıçılar  İttifaqı idarə heyəti adından S.Vurğun çıxış 
etmişdir.

  Şair öz çıxışında «yalnız öz poeziyası ilə deyil, həm də bizim ümumi 
xoşbəxtliyimiz, gələcək nəsillərimizin xoşbəxtliyi uğrunda axıdılan müqəddəs 
qanı ilə də özünə əbədi həyat qazanmış» Musa Cəlil haqqında ən xoş səslər söyləmiş, 
onun qəhrəmanlığını Bayron, Petefi, Fuçik fədakarlığı ilə müqayisə etmiş, gecəyə 
toplaşanların gurultulu alqışları altında Musa Cəlilin şerini tatar dilində, özünün ona 
həsr etdiyi şerini isə Azərbaycan dilində oxumuşdur. (154).

 
O, Musa Cəlilə  «şair dostum, şair qardaşım» deyə müraciət edir. Şerdə öz 
əqidəsi yolundan dönməyən və bu yolda müqəddəs qanı tökülən şairin tərənnümü əsas 
yer tutur. 
Musa Cəlil bütün xalqları ürəkdən sevən beynəlmiləlçi kimi təqdim olunur. O 
öz sazında «bizim eşqimizi, iradəmizi» çalardı. Məhz buna görə  də  sənətkara 
ümumxalq sevgisi əbədidir. Həqiqi poeziya sərhəd tanımır. Musa Cəlil poeziyası 
da belədir. Musa Cəlil özü isə təkcə tatar xalqının deyil, həm də Azərbaycan  
                                           

 С.Вурьунун китабында сящв олараг щямин чыхыш «Муса Жялилин анадан олмасынын 50 иллик йубилейиндя чыхыш» ады иля 
верилмишдир. (136, 408). 

 С.Вурьун чыхышынын лент йазысы шаирин ев-музейиндя мцщафизя олунур. 


 
 
277
xalqının «oğlu», «öz balası»dır: 
 
Neçə sərhəd aşır, el gəzir şer, 
Yurd salır neçə min ürəkdə, canda.  
Sana «oğlum» deyir, «öz balam» deyir, 
Mənim ana yurdum Azərbaycan da. (58)
∗∗
 
 
S.Vurğun yer üzündə baş verən müxtəlif hadisələrə diqqət yetirmiş, bu hadisələrin 
mahiyyətini hərtərəfli öyrənmiş və bunlara öz münasibətini bildirmişdir. 
Onu milli-azadlıq hərəkatının baş verdiyi ölkələr, xüsusən  Şərq ölkələri daha 
çox cəlb edirdi. «Uzaqlara doğru» (1929), «Şərqin qapısı» (1929), «Qızıl  Şərq» 
(1931) və s. şerlərində şair bu ölkələrin azadlıq uğrunda mübarizələrini alqışlayır və 
qələbə ilə başa çatacağına inamını bildirirdi. 
Şairin bu mövzuda yazılmış  əsərlərindən biri «Qızıl  Şərq»  şeridir.  Şerdə 
göstərilir ki, Şərq uzun illər «çiyni zər paqonlu şahların» əlində inləmiş, var-dövləti 
talanmış, dəfələrlə parçalanmışdır. 
Bir xalqın var-dövləti hesabına başqa bir xalqın firavan yaşaması yolverilməzdir. 
Şair özünəməxsus uzaqgörənlik və nikbinliklə deyir: 
 
Qoy 
Yaxın gələcəyi görsün  
və get-gedə hirsindən ölsün!  
Gecələr qayıq gəzintisinə çıxan  
Yanaqları boyalı London xanımları  
Bilsinlər ki, Şərqin varı  
Boşalmayacaq Avropanın limanlarına. (131, 119) 
 
Bəşəriyyəti kölə halına salmaq istəyən faşizmin ifşası  şairin beynəlxalq 
mövzuda yazdığı əsərlərdə də öz əksini tapmışdır. 
Faşistlərin özü tərəfindən 1933-cü il fevral ayının 27-də  
                                           
∗∗
 Шери лент йазысы ясасында редаксийайа биз тягдим етмишик. 


 
 
278
Reyxstaqda yanğın törədildi. Onlar bu yanğından mütərəqqi fikirli adamlara divan 
tutmaq üçün istifadə etdilər. Almaniyada həbslər başlandı. Demokratik mətbuat 
qadağan olundu. (203) 
Bolqarıstanlı Georgi Dimitrov o vaxtlar siyasi fəaliyyəti ilə  əlaqədar 
Almaniyada mühacirətdə idi. Berlin restoranlarından birinin ofisiantının yalançı 
şahidliyinə əsasən 1933-cü il mart ayının 9-da Dimitrovu həbs etdilər. (193, 27) 
Bu hadisə beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdu. Leypsiq 
şəhərində üç aydan artıq bir müddətdə davam edən faşist məhkəməsi Dimitrova 
bəraət verməli oldu. 
S.Vurğun «Ölüm kürsüsü» poemasında Leypsiq məhkəməsi ilə bağlı səhnələri 
qələmə almışdır.  Şair 93 gün davam edən məhkəmə prosesinin əsas məqsəd və 
mahiyyətini kiçik həcmli poemada verməyə müvəffəq olmuşdur. 
Əsərdən görünür ki, şair həmin hadisəyə çox həssaslıqla yanaşmış, onu də-
rindən öyrənmiş  və bunun nəticəsində insanın sarsılmaz iradəsini və öz əqidəsi 
yolunda dönməzliyini göstərə bilmiş, habelə faşizmin və riyakar məhkəmənin iç 
üzünü açmışdır. 
Poemada Dimitrov faşistlərin zülm və  işgəncələrindən sarsılmayan, tutduğu 
yolun doğruluğuna inanan, faşizmə qarşı inadla mübarizə aparan bütöv bir şəxsiyyət 
kimi təqdim olunur. 
Əsər belə başlanır: 
 
Hakim barmağını basdı zənginə,  
Boğuq bir qızartı çökdü rənginə.  
O dedi: - Məhkəmə davam edəcək,  
Sualı-sorğusu uzun gedəcək... (133, 133) 
 
Şair bu sözlərlə kimin kimi mühakimə ediləcəyinin hələ  məlum olmadığını 
demək istəmişdir. 
Məhkəmə nəyin bahasına olursa-olsun Reyxstaqın məhz Dimitrov tərəfindən 
yandırıldığını sübuta yetirməli və buna görə  


 
 
279
də insan günahsız olduğu halda cəzalandırılmalıdır. Lakin bu, asan deyilmiş. 
Əslində Dimitrov faşist məhkəməsini ittiham edir və parlaq qələbə qazanır. 
Dimitrov dünyanın tərəqqipərvər qüvvələri tərəfindən müdafiə edilir, anası isə 
onun xalqların azadlığı  uğrunda apardığı mübarizəni alqışlayır. Oğul öz anasının 
gözündə ona görə böyüyür, ucalır ki, o, həqiqəti söyləyir, həqiqət uğrunda vuruşur. 
Bu baxımdan ananın oğluna məktubu ibrətamizdir: 
 
...Halaldır əməyim, halaldır südüm,  
Qalsın qulağında bu son öyüdüm:  
Günəşin yolçusu bu insanlara,  
Azadlıq uğrunda axan qanlara  
Hədiyyə verdiyim bir qəhrəmansan.  
O zaman əllərdə oda da yansan,  
Möhkəm ol hər zaman, dönmə yolundan!.. (133, 137) 
 
Bu misralar Dimitrovun anası Paraskeva Dimitrovanın məhkəmə zamanı öz 
oğluna dediyi sözlərlə  səsləşir ki, bu da bir daha şairin həmin hadisələri 
hərtərəfli öyrənməsi ilə izah olunur: «Mən məhkəmədə deyilənlərdən bir kəlmə 
də anlamıram. Lakin sənin məhkəmənin sədri, prokuror və  vəkillə necə 
danışdığını görəndə hiss edirəm ki, bu adamlar səni buraxmayacaqlar. Sən bu 
yolu seçmisən. Məlumdur ki, onu davam etdirməlisən.  Əgər bu cür edirsənsə, 
deməli bu yol doğrudur». (193, 46) 
Əsərdə bir sıra səhnələr faşizmin  əsl simasını açır. Restoran səhnəsi 
dediklərimizə parlaq nümunədir. 
Restoran yenə təmtəraqlıdır. Gümüş qədəhlər pıçıldaşır. Xanımlar musiqi sədaları 
altında həvəslə rəqs edirlər. Bizə artıq tanış olan hakim də buradadır. Məlum olur ki, o, 
ömrünü belə yerlərdə keçirmişdir. Onun sərxoş gözləri yenə qızarmışdır. 
Şairin bu misrası hakimin şəxsində faşist nökərlərinin ifşası baxımından çox 
qiymətlidir: «İnsan taleyini həll edənə bax!» Bu məclisin  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə