Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

 
 
261
         Nədir bu həsrətin adı, ünvanı?  
         Baisin evində işıq yanmasın!  
        Ah Araz, ah, Araz vədimiz hanı?  
        Bir ürək ikiyə parçalanmasın! (131, 208) 
 
Bütün bunlarla birlikdə  Səməd Vurqun Təbriz gözəlinə müraciətini nikbin 
notlarla bitirir. O inanır ki, nə vaxtsa Təbrizin üstündə günəş parlayacaq və  şair bu 
şəhərə qonaq gedəcəkdir: 
          
               
    Gözlərin dolmasın! Dayan bir az da!  
              Qəlbin də, sevgin də, dərdin də haqdır...  
              Azadlıq bayrağı güllü bir yazda  
              Təbrizin üstündə parlayacaqdır! (131, 209-210) 
 
«20 bahar» başqa bir hadisəyə  həsr olunsa da, şerin ikinci hissəsi yenə  Təbriz 
gözəlinə müraciətdən ibarətdir. Şair bu müraciəti Azərbaycanın bəstəkar qızı Baharın 
yaratdığı simfoniya vasitəsilə çatdırır. O, əvvəlcə Cənublu soydaşına məlum bir faktı 
xatırladır: 
            
Pərişan saçların nə tarimardır?!  
          Ruhunda ağlayan bir neymi vardır?  
Bizim ki, atamız, anamız birdir,  
          Qəlbimiz, eşqimiz ayrı deyildir... (132, 59) 
 
Şair bu tarixi ədalətsizliyi yada saldıqdan sonra Təbriz gözəlinə öz haqqını tələb 
etməyi, elləri yeni, ağ günə  səsləməyi və ayağa qaldırmağı, aslan kimi cəbhələrə 
atılmağı, sevgilisini döyüşlərə çağırmağı, nəhayət, ana dilini düşmən  əlindən xalqın 
özünə qaytarmağı  məsləhət görür. Ona görə ki, «hünərlə atılır hər zülmün daşı». 
Əlbəttə, bu müraciət bütün Cənublu bacı və qardaşlarımıza ünvanlanmışdır. Elə buna 
görə  də  şerin «Əks-səda» hissəsində  şair bütün təbrizliləri, bütün xalqı azadlıq 
uğrunda mübarizəyə çağırır: 


 
 
262
Təbriz oğlu! Təbriz qızı!  
Yadlar yedi haqqınızı.  
          Bir üsyanla doğacaqdır  
         Azadlığın dan ildızı!.. (132, 60) 
 
Məlumdur ki, 1941-ci ilin avqust ayında sovet ordu hissələri (əsasən 
azərbaycanlılardan ibarət idi) İran dövləti  ərazisinə daxil olmuşdur. Təbrizdə 
Azərbaycan dilində  həmin qoşunların orqanı olan «Vətən yolu» qəzeti nəşrə 
başlamışdır. Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı güclənmiş  və  nəhayət, 
1945-ci il dekabrın 12-də burada milli hökumət qurulmuşdur. 
1945-ci ilin oktyabrında Bakı  şəhərində Azərbaycan-İran Mədəni  Əlaqələr 
Cəmiyyəti yaradılmış  və  Səməd Vurğun bu cəmiyyətin sədri seçilmişdir. Cəmiyyət 
öz orqanını – «Azərbaycan» curnalını nəşr etmişdir. 
S.Vurğun cəmiyyətin sədri kimi İranla, xüsusən Cənubi Azərbaycanla mədəni 
əlaqələrimizin inkişafı üçün səmərəli fəaliyyət göstərmiş, onun rəhbərliyi altında 
konkret tədbirlər həyata keçirilmişdir. Cəmiyyətin sədri Səməd Vurğun 6 mart 1946-
cı ildə SSRİ Xarici İşlər Nazirliyinə belə yazmışdı: «İran Azərbaycanı və bütünlükdə 
İranla mədəni  əlaqələrin yaxşılaşdırılması  və genişləndirilməsi üçün indiki İran 
ərazisində yaşayan xalqlar arasında həm mətbuat, həm də  şifahi təbliğat vasitəsilə 
bizim tərəfimizdən bir sıra mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 
...Nəşriyyat planına  əsasən cəmiyyət Azərbaycan və  İranın  ən görkəmli  şair və 
yazıçılarının kitablarını, o cümlədən aşağıda göstərilən kitabları Azərbaycan və fars 
dillərində  nəşr etməlidir: 1. Azərbaycanın görkəmli dövlət xadimləri haqqında; 2. 
Tarixçilər və yazıçılar Azərbaycan haqqında... Bundan başqa, hazırda İranla mədəni 
əlaqələrimizin yaxşılaşdırılmasında, bizi maraqlandıran məsələlərin öyrənilməsində, 
qədim qiymətli əlyazmalarının alınmasında, ən əsası, əhali arasında bizim təsirimizin 
genişləndirilməsi və təbliğat  


 
 
263
işində yerli ziyalılarla canlı ünsiyyətin  əsas və  zəruri vasitə olduğunu nəzərə alaraq 
biz şair, yazıçı, bəstəkar, artist, rəssam, həkim, arxitektor və Sovet Azərbaycanı elmi 
işçilərindən ibarət briqadaların  İran Azərbaycanı  və  İrana göndərilməsini nəzərdə 
tutmuşuq...». (42, 262) 
Şair məktubda bu tədbirlərin həyata keçirilməsi üçün lazımi vəsait ayrılması 
məsələsini qaldırmışdır. 
1945-ci ilin dekabrında Təbriz  şəhərinin «Şairlər məclisi»nin üzvləri Səməd 
Vurğuna mənzum məktub yazaraq onu Cənuba dəvət etmişlər. Dəvət məktubunu 
Cənublu  şairlərdən Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Mir Mehdi 
Çavuş və b. imzalamışlar. 
 
Cənublu həmkarları şairə yazırdılar: 
...Şairlərimiz gəldi dünən böylə qərara,  
Lütf eyləyəsən Təbrizə məclis tapa zivər,  
Çünki dilimiz bir, sözümüz bir, elimiz bir  
Həm bir atadandır, bir anadandır iki gövhər. (55) 
 
Səməd Vurğun öz həmkarlarına  şerlə cavab yazmışdır. Onun «Təbriz  şairlər 
məclisinə» cavabından görünür ki, Vurğun bu dəvəti çox yaxşı  qəbul etmiş 
«əzizlərdən gələn məktubun» hər sətrinə hörmətlə baş əymişdir. Dəvət məktubu şairə 
bir daha Təbrizi xatırlatmış, xəyalən o yerləri dolaşmış  və bu zaman Cənublu 
qardaşlarımızın azadlıq mübarizəsinin şahidi olmuşdur. 
Səməd Vurğun öz azadlığı  və  məsləki uğrunda vuruşanları alqışlayır, onların 
qəhrəmanlığını yüksək qiymətləndirir: 
 
Nədir şahin baxışlarda qopan tufan, çaxan şimşək 
Alovlar, odlar övladı barışmaz yerdə zülmətlə.  
Var olsun məslək eşqilə qılınca qurşanan ərlər  
Vətən dünyası fəxr eylər bu gün bir şanlı millətlə.  
Bir anlıq ömrə dəyməzmiş yüz illik nalənin ömrü.  


 
 
264
Hünərdir varlığa zinət... günəş parlar cəsarətlə... (138, 261) 
 
S.Vurğun öz həmkarlarına «qardaşlar» deyə müraciət edir və inanır ki, bir gün 
yolu Təbrizə düşəcək, onların qonağı olacaqdır: 
 
Düşər bir gün yolum şəksiz, düşər Təbrizə, qardaşlar, 
Salamlar Vurğunun qəlbi sizi min sazla, söhbətlə. 
 
Lakin Təbrizə getmək  şairə müyəssər olmadı. Tezliklə  İran irticası öz xarici 
havadarlarının köməyi ilə  gənc Azərbaycan dövlətini devirdi. Milli-azadlıq 
hərəkatının iştirakçılarına divan tutuldu, neçə-neçə  qəhrəman oğullar zindanlara 
atıldı. Təbrizin küçələrində Azərbaycan dilində olan kitablardan tonqallar qalandı... 
Fars  şovinistlərinin bu qəddarlığını  Səməd Vurğun hiddətlə qarşılaşmışdır. O, 
1947-ci ildə bu mövzuda «Yandırılan kitablar» şerini yazmış, sonralar publisistik 
yazılarında həmin məsələyə toxunmuşdur. 
«Yandırılan kitablar»ın əvvəllində şairin belə bir qeydi vardır: «İran irticaçıları 
Azərbaycan dilində olan kitabları yandırırlar». 
S.Vurğun irticaçıların xislətini bir sözlə ifadə etmişdir: «Cəllad!» Bu söz isə 
ağlasığmaz vəhşiliklər edən adamların xarakterinə tam uyğundur: 
 
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar  
Min kamalın şöhrətidir, min ürəyin arzusu...  
Biz köçürük bu dünyadan, onlar qalır yadigar, 
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.  
 
Şair burada obrazlı  şəkildə «alovlar şölə  çəkib  şəfəq salır zülmətə» misrasını 
işlətməklə həm çox dəhşətli mənzərəni, həm də onun yaradıcılığı üçün səciyyəvi olan 
«işıq-qaranlıq» təzadını  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə