Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

 
 
280
başqa bir dəhşətli tərəfi də var: «Burda seçilməyir oğul və ana...» 
S.Vurğun öz əsərində faşizmin həmçinin elm və  mədəniyyətin düşməni 
olduğunu, görkəmli elm xadimlərini məhv etdiyini göstərmişdir. Onlar bəşəriyyətin 
əsərlər boyu yaratdığı  mədəniyyət abidələrini, qiymətli kitabları, sənət  əsərlərini 
məhv etməyə hazırdırlar. 
Faşistlər tərəfindən kitabların yandırılmasına həsr olunmuş misralarda bu 
dəhşətli hadisədən doğan nifrət hissləri ifadə edilmişdir: 
 
Yanır düşüncələr... yanır duyğular...  
Dünyanın qəribə romanları var!  
Yanır faciələr, yanır sonetlər,  
Xəyallar, zövqlər, incə sənətlər. (133, 139) 
 
S.Vurğunun «Ölüm kürsüsü» poemasında qoyulmuş  məsələlərdən biri də 
dünyanın mütərəqqi xalqlarının faşizmə qarşı mübarizəyə qalxmasıdır. 
 
...Məhkəmə davam edəcək, 
Sualı-sorğusu uzun gedəcək... 
 
Poemada bu beyt müxtəlif  şəkillərdə dörd dəfə  təkrar edilmişdir. Bu, iki dəfə 
hakimin, bir dəfə  qəhrəmanın dili ilə deyilmişdir və  hər üç halda Dimitrovun 
məhkəməsinin uzun çəkəcəyinə işarədir. Həmin beyt əsərin sonunda müəllifin öz 
dilindən verilmişdir: 
 
Süngülər, bombalar, qılınclar, qınlar,  
Hücumlar, üsyanlar, başsız axınlar – 
Bütün bu həyat ki, mənası dərin...  
Bu qanlı günlərin, qara günlərin  
Sualı-sorğusu uzun gedəçək,  
Məhkəmə bitməmiş! Davam edəcək!.. (133, 141-142) 


 
 
281
S.Vurğunun «Ölüm kürsüsü» poeması bu gün də öz qüvvəsindədir, olduqca müasir 
bir  əsərdir. Faşizm indi də müxtəlif  şəkillərdə baş qaldırır, indi də  ədalətsiz 
məhkəmələr qurulur, insan ləyaqəti alçaldılır, insan hüququ tapdalanır. Elə buna görə 
də «Məhkəmə bitməmiş! Davam edəcək!..» 
Faşizmin dünya xalqlarını qul etmək məqsədi və insan ləyaqətini alçaltması 
«Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır»  şerinin də mövzusudur. Şer Böyük 
Vətən müharibəsi başlanandan təxminən bir ay sonra qələmə alınmışdır. Həmin 
vaxt Avropanın böyük bir hissəsi faşist əsarəti altında idi. Şairi də düşündürən bu 
idi... 
Avropanın küçələri qaranlıqdır. Polyaklar qara geyinmiş, çexlər öz vətənində 
qul olmuş, bolqarlar, fransızlar talan edilmişlər. Hər tərəfdə aclıq,   ölüm hökm 
sürür.  İnsan vüqarı ayaqlarda tapdalanır, mədəniyyət sarayları dağıdılır...İnsan 
ölür... ev bağlanır... tarla yanır... ocaq sönür... Lakin şair yenə nikbindir və 
gələçəyə inamla baxır. O, yaxşı bilir ki, qoca tarix cəlladlara baş  əyməyəcək, bu 
ölkələr faşist pəncəsində qalmayacaqdır:  
 
Demək, tarix əyə bilməz cəlladlara öz başını,  
Qoca dünya tez qucaqlar öz ədalət qardaşını.  
Bütün xalqlar, qəbilələr öz içindən çıxacaqdır...(132, 97) 
 
Bu, belə  də oldu. Əlbəttə, dünyanın xilaskarları arasında Azərbaycan xalqının 
nümayəndələri də vardı. 
S.Vurğun 1948-ci ildə Polşanın Vrotslav şəhərində Sülhü müdafiə edən mədə-
niyyət xadimlərinin konqresində  iştirak edərkən ikinci dünya müharibəsində  həlak 
olmuş döyüşçülərin dəfn olunduqları  qəbristanı ziyarət etmiş  və baş daşlarından 
oxuduğu bir neçə azərbaycanlının adını dəftərinə yazmışdır. O burada İslam adına da 
rast gəlmişdir.  Şair sonralar həmin vaxt keçirdiyi hissləri belə ifadə etmişdir: 
«Onların məzarı öz doğma torpağından, Xəzər sahillərindən, Kürdən, Arazdan, Şah 
dağının  


 
 
282
ətəklərindən, Muğan, Mil, Şirvan düzlərindən çox-çox uzaqlarda olduğu üçün ağ 
saçlı anaları, bacı-qardaşları və nişanlıları heç olmazsa son dəqiqələrdə öz əzizlərilə 
görüşüb vidalaşa bilmədikləri üçün məni dərin bir kədər hissi bürüdü. Eyni 
zamanda qəlbim fəxrlə döyündü ki, doğma xalqımın oğulları Babək və Koroğlunun 
bu cəsur balaları da hər əzab və əziyyətə dözərək... Mozdokdan Vrotslava qədər 
uzaq bir yol keçərək Avropanı hitlerçilərin zülm, həqarət və əsarətindən xilas etdilər». 
(136, 117) 
Tale elə gətirib ki, dünyanın müxtəlif ölkələrinin qəbristanlıqlarında ötən davada 
şəhid olmuş azərbaycanlı döyüşçülər də uyuyurlar. Onlar dünyanın çox dəhşətli bir 
bəladan-faşizm taunundan xilası yolunda canlarından keçiblər. Təəssüf ki, bu gün az 
qala o adamlar unudulur, onların xatirəsi təhqir olunur. Axı, «faşist taunu» deyilən bir 
anlayış çoxdan qəbul olunmuş faktdır və bu bəlaya qarşı vuruşmaq xalqların öz 
azadlığı  uğrunda vuruşması demək idi. Azərbaycan Xalq Cümhuriyyətinin 
yaradıcılarından M.Ə.Rəsulzadə 1943-cü ildə hitlerçilərin azərbaycanlı  əsirlərdən 
təşkil etdikləri legionların öz istiqlaliyyəti uğrunda mubarizə aparan ölkələrə, o 
cümlədən Polşaya qarşı vuruşmasının  əleyhinə  çıxmış, bu barədə xüsusi bəyanat 
vermişdir. Məhz buna görə  də o, Hitlerin xüsusi göstərişi ilə Almaniyadan 
çıxarılmışdır... (177/1, 226) 
S.Vurğun qəbristanlıqda keçirdiyi hisslərin təsiri ilə özünün «İslam» 
balladasını qələmə almışdır. Əsər təbiət təsviri ilə başlayır: Oder çayı gümüşü kəmər 
kimi Vrotslavın gövdəsinə dolanmışdır. Suyun üzünə ağacların kölgəsi düşüb. Dörd 
yüz bahar yadellilərə qul olmuş bu şəhəri «çiçək sevən,  şer sevən» polyak xalqı 
laləzara döndərmişdir. 
Sonra şair qardaş qəbristanlığını təsvir edir. Burada Vrotslavın faşistlərdən azad 
edilməsi uğrunda həlak olmuş döyüşçülər dəfn edilmişlər. Müxtəlif millətlərdən olan 
bu şəhidlərin baş daşları üzərindəki yazıları şair belə ümumiləşdirir: 


 
 
283
O, el üçün keçdi candan, 
O yaşadı insan kimi. 
Demə ölüb o qəhrəman. 
O, müqəddəs diləklərdə
Bir də təmiz ürəklərdə. 
Yaşayacaq dastan kimi. (132, 269) 
 
Polyak qızları  İslamın qəbrini salama gəlirlər. Bu, şairi fərəhləndirir. 
Azərbaycanlı döyüşçünün fədakarlığı onda milli qürur hissini gücləndirir. O öz 
eloğlusunu «dünyanın xilaskarı» kimi tərənnüm edir: 
 
Ötür bir-birini aylar, fəsillər,  
İnsanlıq qovuşur arzularına.  
İslama hörmətlə azad nəsillər  
Baş əyir dünyanın xilaskarına. (132, 273) 
 
Akademik Məmməd Arif şairin bu misralarda söylədiyi fikri belə qiymətlən-
dirmişdir: «Şairin (S.Vurğunun – A.B.) dünyanı  əhatə edən humanist xəyalı 
görün necə ümumiləşdirmələrə yol tapır,  ən sadə  və adi bir azərbaycanlı döyüşçünü 
dünyanın xilaskarı mövqeyinə qaldırır». (110, 41) 
Yaxşılıq da, yamanlıq da unudulmur. Bəşəriyyət dünyanı öz köləsinə döndərmək 
istəyən Hitleri də xatırlayır, öz xilaskarını da. Və  yəqin ki, polyak xalqı da öz 
xilaskarını unutmur. 
1988-ci ildə Polşa yazıçısı Yanuş Pşimanovskinin rəhbərliyi ilə Varşavada rus və 
polyak dillərində  nəşr olunmuş «Xatirə» kitabı bu uğurda  şəhid olanların ruhuna 
töhfədir. (206) Kitabda digər materiallarla yanaşı Polşanın azadlığı  uğrunda 
döyüşlərdə  həlak olmuş  və  gərgin axtarışlar nəticəsində müəyyənləşdirilmiş 
şəhidlərin siyahısı da verilmişdir. Bu siyahıda onlarla soydaşımızın adına rast gəlirik. 
Vrotslav uğrunda canını vermiş oğullarımızdan bəziləri  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə