minarələri daxildən sökülmüş, tavanı
bir neçə yerdən uçurulmuş, dizayn
və yazıları pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli
daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Si-
lahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında”
Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha
təsdiqləyir.
AĞDAM RAYONU
11
Qutlu Musa türbəsi və ya
Xaçındərbətli türbəsi
Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında
daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən
biri nadir təsadüf edilən səciyyəyə malik türbədir.
Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbə-
tən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli
günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil,
bu ənənəvi quruluşun özünəməxsusluğundadır.
Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari
türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir.
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və
istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi
xüsusiyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə,
onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun
məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin
Xaçındərbətli
abidəsinin giriş qapısı
üzərindəki kitabə,
onun 1314-cü ildə
ustad Şahbənzər
tərəfindən Musa oğlu
Qutlunun məzarı
üzərində tikildiyini
göstərir.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
12
hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktit-
li quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla
işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Abidənin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür
də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalar-
dan düzəldilmə örtükdür.
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan
təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi hey-
van təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri
içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının
(XIII əsr) üzərində də var.
Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan
oyma stalaktit kompozisiyalarını xatırladır.
Viran edilmiş
Ağdam şəhəri
AĞDAM RAYONU
13
Tarixi-dini abidələri
Məbəd (VI əsr) – Kəngərli kəndi
Yegiş Arakel Məbədi (XII əsr) – Madaqiz kəndi (İNV № 4035)
Ureq Məbədi (XII əsr) – Talış kəndinin qərbində (İNV № 4036)
Məbəd (XIII əsr) – Tərtər çayının yuxarı axarında (İNV № 4038)
Məbəd (XIII əsr) – Maqavuz kəndi (İNV № 4039)
Kilsə (---) – Çerabert kəndi (İNV № 4040)
Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi
Məbəd (XV əsr) – Maqsudlu kəndi (İNV № 4050)
Məbəd (XVI əsr) – Salahlı-Kəngərli kəndi (İNV № 4053)
Məscid (XIX-XX əsr) – Boyəhmədli kəndi (İNV № 4054)
Məscid (XVIII əsr) – Qiyaslı kəndi (İNV № 4052)
Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4045)
Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4046)
Məscid (1868-ci il) – Ağdam şəhəri
Ziyarətgahları
Pənah xanın türbəsi (XIX əsr) – Ağdam şəhəri (İNV № 4027)
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
14
Qutlu Musa türbəsi (1314-cü il) – Xaçındərbətli kəndi
Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4028)
Türbə (XIX əsr) – Ağdam şəhəri (İNV № 4029)
Türbə (XVIII əsr) – Papravənd kəndi (İNV № 4043)
Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi (İNV № 4044)
Türbə (XVIII əsr) – Maqsudlu kəndi (İNV № 4051)
Türbə (XIV əsr) – Kəngərli kəndi (İNV № 4055)
Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristan lı-
ğın da (İNV № 4056)
Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanlı-
ğın da (İNV № 4057)
Uğrulla bəyin türbəsi (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraa-
ğac qəbiristanlığında (İNV № 4058)
Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristan lı-
ğın da (İNV № 4059)
Qəbiristanlıq (orta əsrlər) – Papravənd kəndi (İNV № 5750)
Qəbiristanlıq (orta əsrlər) – Qızıllı Kəngərli kəndi (İNV № 5751)
Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi
Eşq Abdal piri – Üçoğlan kəndi
Əli pəncəsi (daş) – Yülbalı kəndi
Seyid Manafın qəbri – Tağıbəyli kəndi
Qara Piri ocağı – Papravəng kəndi
Cındırlı piri – Kəngərli kəndi
Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi
Daş heykəl – Boyəhmədli kəndi
Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi
Tarixi memarlıq abidələri
Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4026)
İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri
İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi (İNV № 4047)
Karvansara (XVIII əsr) – Şahbulaq kəndi (İNV № 4048)
Bürc (XVIII əsr) – Şahbulaq kəndi (İNV № 4049)
Sərdabə (XV əsr) – Ağdam şəhəri (İNV № 4030)
Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri (Qasapet kəndinin 5
km-də) (İNV № 4033)
Xürşudbanu Natəvanın
(Xan qızı) qəbirüstü abidəsi
AĞDAM RAYONU
15