Musa Abdulla oğlu Mirzəyev 1933-cü IL yanvarın 26-da anadan olmuşdur



Yüklə 5,1 Kb.
tarix30.12.2023
ölçüsü5,1 Kb.
#164397
Musa Abdulla oğlu Mirzəyev 1933


MUSA MİRZƏYEV

Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur.
Musa Mirzəyevin geniş erudisiyaya və ensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olmuşdur. Bəstəkar musiqi məktəbində sənətin ilk sirlərini öyrəndiyi Əməkdar müəllim Leyla xanım Muradovanı, A. Zeynallı adına Bakı Musiqi Texnikumunda (1947–1951) oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydmanı, xüsusilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1952–1958) bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayev olub. Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental "I simfoniya", "Simfoniyetta", simli orkestr üçün "II simfoniya", violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar — o cümlədən "Sədini oxuyarkən", "Bayram poeması", truba ilə orkestr üçün "Poema-noktürn", "Yeddi simfonik lövhə" kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, "Gənclik üçün albom", "Lənkəran əfsanəsi" fantaziyası, "Romantik poema", vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri — o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir. Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur.



Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə