Abideler indd



Yüklə 8,05 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix08.09.2018
ölçüsü8,05 Mb.
#67128
1   ...   4   5   6   7   8   9   10   11   ...   17



Türbə (XIX əsr) – Zuzarı Divanalılar kəndi (İNV № 4238)



Mirmehdi Xəzani türbəsi – Tuğ kəndi 





Seyid Əşrəf ocağı 



İbə (İbn İbrahim) piri – Seyid Əhmədli kəndi  



Tarixi memarlıq abidələri 



Hamam (XIX əsr) – Füzuli şəhəri (İNV № 4201)





Alı körpüsü (XIX əsr) – Saracıq kəndi (İNV № 4234)



Kərəm körpüsü (XIX əsr) – Saracıq kəndi (İNV № 4236)





Sandığabənzər başdaşı (1624-1625-ci illər) – Əhmədallar kəndi 



Şah Abbas karvansarası – Qarğabazar kəndi 





Şah Abbas məscidi (1683-1684-cü illər) – Qarğabazar kəndi 



XII əsrə məxsus qəbiristanlıq – Aşağı Veysəlli kəndi 





Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) – Horadiz qəsəbəsi 



Oğuz qəbri – İşıxlı kəndi





Karvansara (XVII əsr) – Qarğabazar kəndi 

FÜZULİ RAYONU

33



KƏLBƏCƏR RAYONU

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər 

çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və 

faunaya malik təbiət muzeyidir. 

Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmış-

dır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli 

qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, 

Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi 

Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camış-

dağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir. 

Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti 

materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 

280 min hektar ərazisini meşələr təşkil edir. 

Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən

xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” ad-

landırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX 

əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının 

dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı ol-

muş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların 

nəticələri göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. 

Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq 

kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-

cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdir-

mişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fa-

sadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban 

knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə 

erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.  

Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldıl-

mış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian 

memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında 

daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin 

hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən 

Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmiş-

dir”. 

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

34



Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın 

nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII 

əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdar-

ları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları 

tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni 

oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monas-

tır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani 

idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət 

İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban 

xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir 

çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmiş-

dir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə al-

ban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd 

maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri 

tərəfdən hörülmüş tikililər daxildir. 

Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri 

və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qaf-

qaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yer-

li xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında 

Gəncəsər adlanmışdır. 



“XUDAVƏNG” MƏBƏDİ 

KƏLBƏCƏR RAYONU

35



Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən 

biri də “Xudavəng” (İNV № 11)  monastır kompleksidir. Ağdərə-

Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, 

Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən bu qədim Alban məbəd 

kompleksi VI-VII əsrlərdə inşa olunmuşdur. Məbədin ilkin tikintisinin 

məhz bu dövrə aid olması buradakı qazıntılar zamanı aşkara çıxarılmış 

saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanmışdır. Sonrakı 

dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, 

nəhayət, Xaçın knyazı Həsən Cəlal (1215-1261) tərəfindən məbəddə 

əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi məlumatlara görə, Həsən 

Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunmuşdur.

Ümumilikdə, kompleksə doqquz tikili daxildir: 1. Qədim kilsə; 2. 

Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; 3. Arzu Xatun məbədi; 

4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris məbədi; 6. Arzu Xatun 

məbədinə əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8. Məktəb binası; 9. Qalereya.

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

36



Yüklə 8,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə