50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə24/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

nızda otuzdurdunuz. Heydər müəllim, Siz Turan xanımın
ayağına gəlmədiniz. Siz bu hərəkətinizlə Böyük Cavidin aya‑
ğına gəldiniz, Böyük Cavidə Böyük məhəbbətinizi, övlad
kimi ehtiramınızı bir daha nümayiş etdirdiniz. Hüseyn Cavi‑
din Böyüklüyünü təsdiq etdiniz. Böyüklərə hörmət və ehti‑
ram nümunəsi göstərdiniz.
SON
O vaxtdan 19 il keçib. Artıq Turan Cavid də Hüseyn Cavid
məqbərəsinin daimi sakininə çevrilib. Atası Hüseyn Cavidin,
anası Müşkünaz xanımın, qardaşı Ərtoğrulun yanındadır.
Onları bu dünyada qovuşduran Heydər Əliyev də Haqq dün‑
yasındadır. Amma Ümummilli liderin özündən böyüyə,
böyük insanlara, onların xatirələrinə böyük ehtiram, hörmət
nümunəsi olan həyat dərsləri isə mənim kimi sıravi insanların
qəlbində həmişə yaşayır.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
93


EMİN AĞALAROVUN 
BİR MAHNISI
Dünya estradasından üç mahnıya qulaq asmaqdan doy‑
muram. Bunlar Sezen Aksunun “Minik sərçə”, Alla Puqaço‑
vanın “Pozovi menya s soboy” və “Monoloq‑rekviem”
mahnılarıdır. Bu günlərdə həmkarım, gözəl jurnalistimiz,
yüksək zövq sahibi Firuzə Nadir bu silsilədən daha bir mah‑
nıya diqqətimi cəlb etdi. Adı “Day mne zabıt tebya” idi.
Qulaq asdım, həm də klipə maraqla baxdım. Çox bəyəndim.
Müğənni Emin Ağalarovun ifasında mahnı, aktyor Emin Ağa‑
larovun iştirakıyla çəkilən klip çox gözəl alınmışdı. İfa o
qədər gözəl idi ki, əvvəlcə mahnının da, sözlərinin də məhz
Emin Ağalarova aid olduğunu zənn etdim. Fikrimi təsdiq
etmək üçün internetdə axtarış verdim. Oleq Vladi adlı rus
bəstəkarı və şairini kəşf etdim. Kəşf etməklə yanaşı, şeiri
Azərbaycan dilinə çevirməyə qərar verdim.
QOY UNUDUM MƏN SƏNİ...
Musiqisi və sözləri: Oleq Vladi
Bu duel, ya oyunmu?
Davamız başa çatdı,
Silahlar da kiridi.
Sənsizlikdən ürəyim
sönsə də, öləmmədi.
M A H İ R   Q A B İ L O Ğ L U
94


Əvvəldə biz adını
“Ölməz sevgi” qoysaq da,
Cəmi üç il yaşadı.
İndisə bənzəyirik
barışmaz düşmənlərə.
Dava səngiyib, bitib, 
Əlimizdə “Ağ bayraq”.
Ruhumuz, ürəyimiz
dönüb xarabalığa.
Səsimiz də batıbdır
küsülərin qoynunda.
Sənin Kainatının
“Sevgi” adlı evindən
çıxaraq, tərk edibən
yalvarıram, izn ver,
qoy unudum mən səni.
Məhəbbət sərhədindən
həmişəlik, əbədi
geri çəkim sevgimi...
Zaman silib‑itirsin
sənli röyalarımı,
Səndən yadigar qalan
qəm‑kədərli anları.
Yaddaş – acı zəhərdir,
Məni içimdən yeyir.
Sənsiz çabalayıram 
çarmıxda İsa təki –
Amma ki, yaşayıram.
Yalvarıram, izn ver
qoy unudum mən səni.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
95


Məhəbbət sərhədindən
həmişəlik, əbədi
geri çəkim sevgimi...
Söz qəhətə çəkilib, –
Niyə axı mən buna
izah tapa bilmirəm.
Geriyə çəkilsəm də
ürəklənib yenidən
hücuma keçirəm mən.
Amma qarşımı kəsir –
bir tərpənişə bənddi
köhnə mina, bombalar.
Uzaqdasa görürəm
sənin planetini –
Təzəcə tərk etdiyim
o məhəbbət evini.
Pəncərədə qalıbdır
o əlvida izlərim.
Baxaraq pəncərənə
Qiblə, səcdəgah kimi,
Yalvarıram, izn ver
qoy unudum mən səni.
Məhəbbət sərhədindən
həmişəlik, əbədi
geri çəkim sevgimi...
2015
M A H İ R   Q A B İ L O Ğ L U
96


MİR ŞAHİNİN SUÇU NƏ?
Bir‑iki ciddi, yəni ironiyasız, mübaliğəsiz, ürəkdən gələn
söz deyim, sonra da başlayım yuxumu sizə danışmağa. De‑
yəcəksiniz ki, yuxunu suya danışarlar. Bir də ki, xalqımızın o
qədər inancları var ki... Get xalq dediyini həyata keçir, əgər
nəsə hasil olmasa, razıyıq, gəl bizə danış. Amma ki, əziz
oxucu, elə bir pat vəziyyətinə düşmüşəm ki, siz dediklərinizi
qələt eləyərəm bir də eləyərəm. Düzünü desəm elədim.
Amma nəticəsi çox pis oldu. ANS‑i düz üç dəfə cərimələdilər.
Atalar isə üçdən deyib. Vay dördüncüdən. Ona görə də yu‑
xumu sizə danışacağam. Bəlkə birlikdə bir çıxış yolu tapdıq.
Publisist kimi fəaliyyətə başladığım gündən birinci dəfədir
ki, şahmat diliylə desəm, PAT vəziyyətinə düşmüşəm. Telera‑
dio Şurasının (MTRŞ) çıxardığı qərarlara nə mənfi, nə də müs‑
bət münasibət göstərə bilirəm. Desəm ki, MTRŞ çıxardığı (düz
və ya qərəzli) qərarlar ürəyimcə deyil, yalan danışmış olaram.
Bəs niyə bu barədə fikrimi izhar eləmədim? Ona görə ki, Elbrus
Ərud bu mövzuya toxunaraq, “Necə olur ki, Xoşqədəm Mir‑
şahindən populyardır?..” adlı yazı çap etdi. Orda yazılanların
95 faiziylə razıyam. Ona görə də yazıb təkrarçılığa yol verə bil‑
məzdim. Bir də ki, MTRŞ‑nin qərarını dəstəkləsəydim, telejur‑
nalist həmkarlığı adlanan yazılmamış qanuna xəyanət etmiş
olardım. Necə  olsa 11 il televiziyada işləmişəm. Azərbaycanın
televiziya kanallarının nə üçün bu böhrana düşdüklərini gözəl
başa düşürəm. Səbəb puldur. Yəni ki, maliyyə. (AzTV və İTV
istisna olmaqla. Onlar büdcədən maliyyələşirlər.)
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
97


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə