50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə22/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

mışdı. Bu kitab bir növ test idi. Qabil Hüseynbala Mirələmovu
oxuyub bəyənəcəkdimi? Bəyənsəydi, bu mənim yazıçı Hü‑
seynbala Mirələmovu tanımağım üçün də bir etalon olacaqdı.
Çünki atam hər əsərə yaxşı, əla, hər yazana yazıçı deməzdi.
Bu romanı mən oxumamışdım. Amma “Güllələnən heykəllər”
teletamaşasının rejissoru Nadir Diridağlı dəfələrlə mənə “bi‑
lirəm ki, birinci işdə sənin də zəhmətin olub. Hüseynbala
müəllimə de ki, “Gəlinlik paltarı” romanı ekranlaşdırmaq
üçün gözəl əsərdir. Nə çəkərdim onu...” deyə müraciət et‑
mişdi. Atam da bəyəndi bu romanı. Özü də çox bəyəndi.
Tənqid, yoxsa tərif?
AzTV‑də işləyəndə Xətai rayonuna reydə çıxmışdıq. Hə‑
yətbəhəyət gəzib nəsə neqativ bir şey axtarırdıq. Bu dəm ka‑
meramızı görən bir qrup sakin həyətdə qabağımızı kəsdi.
Onlardan biri – ağsaqqal – inadla:
– Məndən müsahibə almalısan. Danışacağam.– dedi.
Sevindik. İstədiyimizi tapmışdıq. Sakinlər belə hay‑huyla
üstümüzə gəldilərsə, 200 faiz həll olunmayan problemləri var.
Mikrofonu qoşduq. Ağsaqqal da başladı, nə başladı.
– Hüseynbala müəllim filan işi gördü, Hüseynbala müəl‑
lim filan problemimizi həll etdi...
Biz bu cür tərifli sözləri gözləmirdik. Nəsə giley‑güzara
öyrəşmişdi qulağımız. Yaxşı... icra başçısı İbrahim Mehdiyev‑
dir, müavini də Ceyhun Cəfərov. Bəs bu Hüseynbala müəllim
kimdir? Sonradan bildik ki, bəs rayonun deputatı Hüseynbala
müəllimi tərifləyirlər – Hüseynbala Mirələmovu.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
85


2005‑ci il
Noyabrın 30‑da atamın ürəyi tutdu. Xəstəxanaya çatdır‑
dıq. Mərkəzi Klinik Xəstəxanada yatanda, mən də palatada
onun yanında qalırdım. Səhv etmirəmsə dekabrın 5‑i, axşam
saat 9 idi. Cib telefonuma zəng gəldi. Azad Sucayev idi. Ata‑
mın hansı mərtəbədə, hansı palatada yatdığını soruşdu. Üs‑
tündən yarım saat keçməmiş Hüseynbala müəllim qapını açıb
içəri girdi. Döşündə də deputat nişanı. Hələ atam zarafatyana:
– İçəri necə keçdiz? Axı qəbul saatı bitib. Hə e... Gör nə qə‑
ribə sual verirəm... Deputatın qabağını kəsə bilərlər? – deyib
gülüşdülər.
Səxavət
Atam səxavətli insanları bircə ifadəylə qiymətləndirirdi:
“Pulunu verən canını da verər”. Pulunu yığan, heç kimə yar‑
dım göstərməyən, əl tutmayan adamlar isə “Qızıl üstündə
yatan əfi ilandan da pisdir”. Bu mənim sözüm deyil. “İmkanlı
olarsan qapını döyərlər, imkansız olarsan qapı döyərsən”.
Amma bu zəmanədə qapı döyən imkansıza hər imkanlı qapı
açmır, o ki qalsın yardım edə. 1998‑ci ildən bəri bir adam da
görməmişəm ki, Hüseynbala müəllimdən zavod direktoru,
millət vəkili, ya bir insan kimi narazılıq etsin.
Övlad
Zəmanə pis zəmanədir. Özün yaxşı olursan. Bir də görür‑
sən ki, övladın pis çıxır. Yaxud da qohum‑əqrəbadan biri nəsə
qələt eləyir. Onun əvəzinə, sənin adın qəzet və saytların man‑
şetini “bəzəyir”.
Qaradağ rayonunda tədbirlərə gedəndə bizi icra hakimiy‑
M A H İ R   Q A B İ L O Ğ L U
86


yətinin bir gənc işçisi müşayiət edirdi. Çox mədəni, qanacaqlı
bir oğlan idi. Səliqə‑sahmanlı geyimi, davranışı ilə diqqətimi
çəkmişdi. Bir müddətdən sonra onu görmədim. Adını da so‑
ruşmamışdım.
“Yəqin Hüseynbala müəllimin oğlunu deyirsən. Başqa işə
keçib. Daha icrada işləmir” dedilər. Neçə ay bir maşında bi‑
zimlə çəkilişlərə getmişdi, bir qram da bu uşaqda lovğalıq‑
dan, qudurğanlıqdan əsər‑əlamət görmədim. İşini
dəyişməsəydi, yəqin ki, heç bilməyəcəkdim kimin oğludur.
Atam sağ olsaydı, deyəcəkdilər “atası yazıb”
Mən uşaqlıqdan belə görmüşəm ki, yaradıcılığa erkən yaş‑
larında başlayarlar. İllər keçdikcə püxtələşər, qələm cilalanar.
Amma özüm 47 yaşında başlayanda həm müsbət fikirlər, həm
də haqlı iradlar eşidəndə gördüm ki, bəs belə də olurmuş. Ya‑
radıcılıq yaşla deyil. Bu yazıda Hüseynbala Mirələmovun qə‑
ləminə ilk vaxtlarda mənim də, atamın da şübhəylə
ya naş dığımız məqamları da qeyd elədim. Sonda isə müqayisə
yox, sadəcə özümlə paralel apararaq deyirəm. Yaradıcılıq nə
yaşa, nə də ki, vəzifəyə, ixtisasa baxır. Atam sağ olsaydı, mə‑
nimçün də deyəcəkdilər ki, “Mahirin əvəzinə atası yazır”. Ya‑
radıcılıq bulağı birində 20 yaşında qaynayır. Kimsə də 47 və
ya Hüseynbala Mirələmovdakı kimi 57. Azərbaycan ədəbiy‑
yatına çoxları gəlib, çoxları gedəcək. Deputatlıq da daimi
deyil. Həyat da qısa. Amma “JZL” layihəsi çərçivəsində Hü‑
seynbala Mirələmovun yazdığı və çap etdirdiyi üç kitab əsr‑
lərə yoldaş olacaq. Hələ romanlarını, teletamaşaları və
insanlara etdiyi təmənnasız yaxşılıqları demirəm.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
87


HEYDƏR ƏLİYEVİN 
TƏRBİYƏVİ DƏRSLƏRİ
1982‑ci il
“Özündən böyüyə hörmət və ehtiram”. Bilmirəm indi ne‑
cədir, amma sovet dövrünün yetirməsi olan biz oktyabryat,
pioner və komsomolçular bu sözü orta məktəbdə demək olar
ki, hər gün eşidirdik. Daha doğrusu, müəllimlərimiz bizə
öyüd‑nəsihət verirdilər. Özündən böyüyə hörmət, yaşlılara
yardım etmək, əlindən tutub yolu keçirmək, salam vermək,
yol vermək, böyük gələndə ayağa durmaq. Hətta ədəb qay‑
dalarını bizə başa salanda deyirdilər ki, salamı birinci vermək
kiçiklərin borcudur, amma salamlaşmaq üçün birinci olaraq
böyüyə əl uzatmaq ədəbsizlik sayılır. Bir atalar sözü də ya‑
dımdadır. Deyirdilər ki, böyüyə yol verməlisən, necə deyər‑
lər, “Yol böyüyün, su kiçiyin”.
Bütün bunlara əməl edirdik. Amma bununla yanaşı ata‑
mızdan, anamızdan, əmi‑dayılarımızdan, bibi‑xalalarımız‑
dan, qonşularımızdan da bu qaydalara əməl edilməsinin
şahidi olurduq. Onlar da bizim üçün bir nümunə idilər – öz‑
lərindən böyüklərə hörmətlə yanaşmaqda. Mən ədəbiyyata
böyük maraq göstərirdim. Keçdiyimiz dərslər də, oxuduğu‑
muz ədəbiyyatlar da bu xüsusiyyətləri aşılayırdı.
1982‑ci ildə 10‑cu sinifdə oxuyurdum. Böyük Azərbaycan
klassiki Hüseyn Cavidi ilk dəfə onda tanıdım. Müəllimim Ra‑
mizə İsmayılovanın ədəbiyyat dərsində. Əzbərləməyə bir şeir
M A H İ R   Q A B İ L O Ğ L U
88


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə