Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
2
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur.
Elmi redaktor: Məhəbbət MİRZƏLİYEVA
filologiya elmləri doktoru
Rəyçilər: Kamilə VƏLİYEVA
filologiya elmləri doktoru
İlham TAHİROV
filologiya elmləri doktoru
Gülnarə Fəxrəddinqızı.Türk dillərində zaman kateqoriyası. Bakı, «Nurlan» -
264 s.
Monoqrafiyada zaman kateqoriyası ilk dəfə olaraq bütün türk dillərinin materialları
əsasında müqayisəli şəkildə tədqiq olunmuş, türk dillərinin dialekt və şivələrində felin
zamanlar
sistemi ilə bağlı morfoloji uyğunluqlar və morfoloji ayrılmalar öz əksini tapmış, türk dillərində
felin zamanlarının semantik və üslubi xüsusiyyətləri dəqiqləşdirilmişdir. Bu baxımdan tədqiqatın
nəticələri türkologiyada həmin sahə ilə bağlı əsərlərin yazılması üçün yeni istiqamətlər aça bilər.
İltisaqi dil quruluşuna malik türk dillərində felin zamanlarının
morfoloji,semantik və üslubi
xüsusiyyətlərinin bütün çalarları ilə zəngin dil faktları əsasında araşdırıldığı tədqiqatın nəticələ-
rindən türk dillərinin morfologiyasına həsr olunmuş dərslik və ya dərs vəsaitlərinin hazırlanma-
sında, ali və orta ümumtəhsil
müəssisələrində fel bəhsinin, eləcə də felin zamanlarının tədrisində
istifadə oluna bilər. Monoqrafiya
həm nəzəri, həm də əməli əhəmiyyətə malikdir. İşin elmi
nəticələri türk dillərinin tarixi-müqayisəli morfologiyası, semasiologiyası, üslubiyyatının yaradıl-
ması istiqamətində yeni elmi monoqrafiyaların yazılmasında böyük rol oynaya bilər.
Monoqrafiyadan türkoloq-dilçilər, filologiya
fakültələrinin bakalavr, magistr və
doktorantları faydalana bilərlər.
4602000000 Qrifli nəşr
Н - 098 - 2010 @Gülnarə Fəxrəddinqızı, 2010
gulnara.fakhraddin@gmail.com