2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

- 79 -
 
 
-
 
 qablaşdırılma  tarixi (bal qablaşdıran müəssisələr üçün); 
-
 
 faktiki standartın  qeydləri
-
 
 hazırlayanın  əmtəə nişanı; 
-
 
 enerji dəyəri; 
-
 
 saxlanma  müddəti; 
-
 
 sertifikatlaşdırma  haqda  məlumat; 
-
 
 arıxananın  baytar-sanitar  sağlamlığına  dair  məlumat. 
Bal  müəyyən  edilmiş  sanitariya    qaydalarına    əməl    edilməklə    daşınmalıdır.  Daşınan  
çəlləklər  2-3  yarusdan yuxarı yığılmamalıdır. Hər bir  yarus  taxta  aralıqla  ayrılmalıdır. Qutular  
və bidonlar  qalaq  vəziyyətində yığılmalıdır. Qalağın  hündürlüyü   bidonlar  üçün 1,5 m-dən, ağac 
qutular  üçün 3 m-dən,   karton qutular  üçün 2 m-dən  yuxarı  olmamalıdır.  Qutular, bidonlar  və 
çəlləklər  daşınarkən kip  bağlanıb  bərkidilməlidir. 
Yükdaşıma qaydalarına müvafiq olaraq bal bütün müvafiq  nəqliyyat növləri ilə daşına bilər. 
Avtonəqliyyat vasitəsilə  daşınarkən, bal dolu qablar brezentlə örtülməlidir. 
Balın  düzgün  şəraitdə  saxlanması,  onun  keyfiyyətinin  dəyişməməsi  üçün  ən  əsas 
şərtlərdəndir. Bal günəş şüalarından qorunan binalarda saxlanır. Zəhərli, tozburaxan məhsullarla və 
özündən  balın xüsusiyyətlərinə  məxsus olmayan qoxular buraxan maddələrlə birgə  saxlanmasına  
yol verilmir. 
Bal    doldurulmuş  çəlləklər  və  bidonlar,  qapaqlar  olan  tərəf  yuxarı  olmaq  şərti  ilə  iki-üç 
yarusda  yığılıb,  yaruslar  arasına    taxtadan  hazırlanan  bütöv  aralıqlar  yerləşdirilir.  Qutular  
hündürlüyü 2 m-dək olan aralıq taxtaları yerləşdirilmiş qalaqda saxlanır.                                                                                                                                                                                        
Tutumu  25  kq    və  yuxarı    çuxurlarda,  bidonlarda  balın    saxlanma    müddəti      ekspertizalar 
aparılan  vaxtdan  8  ayadək  olmalıdır.  Şüşə  polimer  materiallardan  olan  hermetik    bərkidilmiş  
qablarda  qablaşdırılmış    balın    saxlama    müddəti    bir    ildən    çox  (istehsal  tarixindən),  germetik  
bağlanmayan qablarda isə 8 aydan çox olmamalıdır. Parafinlənmiş kağız stəkanlarda balın saxlanma  
müddəti  istehsal tarixindən  6  aydan  çox  olmamalıdır. 
Dövlət  ehtiyatı  üçün  saxlanan  ballar,  temperatur  18  C
0
-dən    yuxarı  olmamaq  şərti  ilə  şüşə 
qabda və bal üçün hazırlanmış paslanmayan polad bidonlarda saxlanmalı, saxlanma  müddəti iki il 
olmalıdır. 
Balın saxlanma temperaturu: tərkibində suyun  kütlə payı 19,0%  olduqda 20 C
0
; suyun kütlə  
payı 19,0 %-dən  21 %-dək  olduqda  4 C
0
-dən 10 C
0
-dək olmalıdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Sultanov  R.L  Bal  arıları  tərəfindən  ekoloji  cəhətdən  təmiz    balın      hazırlanması  prosesi.  ATU 
Davamlı  inkişaf  və  texnoloji  innovasiyalar.  Beynəlxalq  elmi-praktik  konfransın  materialları. 
Gəncə, 2014, s.48-50 
2.
 
Sultanov  R.L  Respublikamızda  qida  balının  rəngi  və  tamının  ekoloji  mühit  amillərindən  asılı 
olaraq  dəyişkənliyi.  ATU  Davamlı  inkişaf  və  texnoloji  innovasiyalar  Beynəlxalq  elmi-praktik 
konfransın materialları Gəncə 2014, səh 
3.
 
Sultanov  R.L.,  Əsədov  E.S.  Azərbaycan  balının  qidalılığının  ekoloji  keyfiyyət  göstəriciləri. 
Müasir  arıçılığın  problemləri  və  inkişaf  xüsusiyyətləri  (Beynəlxalq  elmi-praktik  konfrans). 
Naxçıvan, 2015, 30-33 
4.
 
Türk Standardı tasarısı  DRAFT Türkish standart   tst 3036 revizyon . İCS 67.180.10  Bal honey  
5.
 
Türk Gıda Kodeksi
 
Bal Tebliği 
6.
 
ГОСТ  -19792-  2001.  Mежгосударственный    стандарт.      Мед  натуральный  ТУ      Дата 
введения с 1 июля  2012 год 
7.
 
Стандарт Кодекса Для Меда 
8.
 
Россия   ГОСТ – мед   натуральный 19792-74 
 
 
 


- 80 -
 
 
UOT 
638.16
 + 57.04  
ELSEVƏR ƏSƏDOV 
Naxçıvan Dövlət Universiteti 
                                                                                                                             asadoves@mail.ru 
 
        AZƏRBAYCANDA ARI AİLƏLƏRİNDƏ İSTEHSAL OLUNAN VƏRƏMUMUN BƏZİ 
KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ 
 
          Açar sözlər: vərəmum, arı, fenol, antioksidant, istehsal 
          Ключевые слова: прополис, пчела, фенольный, антиоксидант, производство 
          Keywords: propolis, bee, phenolic, antioxidant, production 
 
Vərəmumu (propolis) bal arıları tərəfindən bitki qaynaqlarından toplanan və yuvaya daşınaraq 
arıların həzm fermentlərinin iştirakı ilə emal olunaraq son şəklə salınan, qətranlı maddələrdən təşkil 
olunmuş  təbii  bir  arı  məhsuludur.  Vərəmum  arı  pətəklərini  hər  cür  təhlükəyə  qarşı  qorumaq 
məqsədi  ilə  əldə  olunan,  olduqca  kompleks  tərkibə  malik  olan  bir  məhsuldur.  Bal  və  güləm  kimi 
məhsullarda  olduğu  kimi  vərəmumun  da  kimyəvi  tərkibi  və  bioloji  fəallığı  toplandığı  zonanın 
coğrafi  şərtlərinə,  flora  xüsusiyyətlərinə  və  arınını  cinsinə  bağlı  olub  dəyişkənlik  göstərir. 
Azərbaycan  müxtəlif  ərazilərindən  2012-ci  ildən  başlayaraq  toplanan  müxtəlif  vərəmum 
nümunələrinin  bitki  mənbələri,  fiziki-kimyəvi  xüsisiyyətləri,  bioloji  fəallığı  (xüsusilə  antioksidant 
xüsusiyyətləri)  və  onlar  arasında  fərqliliklərin  olub-olmamasınını  müəyyən  etmək  üçün 
tərəfimizdən tədqiqatlar aparılmışdır. 
 
Vərəmum  bal  arıları  (Apis  mellifera  L.)  tərəfindən  bitkilərin  zoğ  və  tumurcuqlarından 
toplanmış yapışqanlı bir qarışıq olub tam olaraq tərkibini təyin etmək olduqca çətindir və toplandığı 
qaynağa bağlı olaraq da dəyişmə göstərər. Bir ümumiləşdirmə ediləcək olsa vərəmum orta hesabla 
45-50%  qatran  və  bitki  balzamı,  20-25%  mum,  10%  uçucu  yağlayar,  5%  çiçək  tozcuğu  və    5% 
digər  üzvi  və  qeyri-üzvi  maddələrdən  meydana  gəlir.  Tərkibindəki  üzvi  maddələrin  böyük 
əksəriyyəti  bitkilər  tərəfindən  istehsal  olunan  və  fenolik  quruluşa  malik  metabolitlerden  meydana 
gəlməkdədir (2;7). 
Vərəmumun  kimyəvi  tərkibi  kimi  fiziki  xüsusiyyətləri  də  toplandığı  bölgənin  coğrafi 
xüsusiyyətlərinə  və  iqliminə  bağlı  olaraq  dəyişkənlik  göstərər.  Ümumiyyətlə,  vərəmum  tünd  sarı, 
yaşıl,  tünd qəhvəyi və qaraya doğru dəyişən rənglərdə ola bilər və köhnəldikcə də rəngi tündləşir. 
Təxminən 60-70 C° arasında ərimə temperaturuna malik olan vərəmum aşağı temperaturda sərt və 
ya  donmuş,  həmçinin  0  C°'də  temperaturda  kövrək  olur  (4).  Həllolma  dərəcəsi  su  və  üzvi 
həlledicilərdə  aşağı,  spirtdə  isə  yüksəkdir  (5).  Son  illərdə  vərəmumun  biyoloji  aktif 
xüsusiyyətlərindən  daha  çox  yararlanmaq  üçün  müxtəlif  metodlarla  sulu  məhlulları  da  əldə  edilə 
bilməkdədir (15). 
 
Azərbaycan dilində  bu  arıçılıq  məhsulu “vərəmum”, “bərəmum”,  “qaramum”, “arı  yapışqanı” 
olaraq  adlandırılır.  Bu  sözlərin  hər  birinin  ayrıca  mənası  vardır.  “Vərəmum”  –  qədimdə  vərəm 
xəstəliyində  tətbiq  edilməsi,  “bərəmum”  –bu  məhsulun  daha  çox  toplandığı  pətək  girişinin  bərəyə 
bənzədilməsi,  “qaramum”  –  qara  rəngdə  olan  mum  olaraq  ifadə  olunur.  Dünyada  daha  geniş 
işlədilən “propolis” sözünün mənası isə qədim yunan dilində şəhərin qorunması mənasını verən bir 
ifadə olub, arı pətəyinin hər növ təhlükəyə qarşı qorunması mənasını əks etdirir. Eyni zamanda "bee 
glue"  yəni  “arı  yapışqanı”  olaraq  da  ifadə  olunan  vərəmum  maraqlı  olaraq  arıların  kimyəvi  silahı 
olaraq  da  bilinir.  Çünki,  özünəxas  bir  qoxusu  olan  vərəmum  pətəyin  uçuş  bacası  girişinin 
dezinfeksiya edilməsində və  yuvaya gələn dəvətsiz qonaqların (müxtəlif cücülər, kərtənkələ, siçan 
və s.) öldürüldükdən sonra mumiyalanmasında istifadə olunan bir məhsuldur (2; 11; 16). 
 
Bitki mənbələri çox dəyişik olsa da, başlıca olaraq qovaq, şabalıd, atşabalıdı və evkalipt kimi 
ağaclardan əldə olunan yapışqanlı maddələrin ən keyfiyyətli vərəmumu əmələ gətirdiyi bildirilir. 
 
Vərəmumun  əldə  olunduğu  coğrafiyanın  bitki  örtüyündən  asılı  olduğu  kimi,  vərəmumun 
pətəklərdən  əldə  olunma  yeri  və  mexanizmləri  də  onun  keyfiyyətinə  əhəmiyyətli  təsir  göstərir. 
Məsələn,  tələlər  vasitəsilə  toplanan  vərəmumun,  çərçivə  kənarlarından,  uçuş  bacası  girişindən  və 
pətəyin  müxtəlif  yerlərindən  toplanan  vərəmumdan  daha  keyfiyyətli  olduğu  bilinir.  Çünki  digər 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə