2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

- 77 -
 
 
III BÖLMƏ.  MÜASİR METODLARLA  ARIÇILIQ  MƏHSULLARININ İSTEHSALI VƏ 
ARIÇILIĞIN YEM BAZASI 
RAUF SULTANOV 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
ELSEVƏR ƏSƏDOV 
Naxçıvan Dövlət Universiteti 
 
AZƏRBAYCAN BALIN ƏSAS TEXNİKİ GÖSTƏRİCİLƏRİ 
 
Balın istehsalı ilə yanaşı, onun emalı və istehlakçıya düzgün şəkildə təqdim edilməsi də əsas 
şərtlərdəndir.  Bunlar  da  müəyyən  göstəricilər  daxilində  və  standartlara  uyğun  şəkildə  həyata 
keçirilməlidir. 
Balın ən mühüm texniki göstəricilərindən biri onun markalanmasıdır. Yerli şəraitdə istehsal 
olunan ballar demək olar ki, bu markalanmadan istehlakçıya təqdim edilir. Bu da istehlakçıda balın 
mınşəyi,  istehsal  yeri,  tərkibi  və  keyfiyyəti  haqqında  heç  bir  təsəvvür  yaratmır.  Əslində  isə  bal 
müəyyən göstəricilər daxilində markalanmalı və satışa çıxarılmalıdır. 
Balın texniki göstəriciləri içərisində ilkin şərt onun qablaşdırlmasıdır.  
Qablaşdırma  vahidlərinin korpusunun və ya  qapağının  üzərinə etiket  yapışdırılır, yaxud da  
aşağıdakı  müvafiq  normativ sənədləri  əks etdirən  litoqrafiya  əlavə  olunur: 
-
 
məhsulun adı; 
-
 
hazırlayanın istəyinə görə  məhsulun  növü ( botaniki mənşəyi); 
-
 
yığıldığı il; 
-
 
hazırlayanın,  qablaşdıranın,  eksportçunun,  importçunun    yerləşdiyi    yerin  adı  (ölkəni  
göstərməklə  hüquqi  ünvanı) və mənşə yeri (hazırlayanın  istəyinə  görə); 
-
 
hazırlayanın  əmtəə nişanı (mövcuddursa); 
-
 
xalis kütlə; 
-
 
enerji dəyəri; 
-
 
saxlanma  müddəti; 
-
 
saxlanma şəraiti; 
-
 
istehlak  qablarında  qablaşdırma  tarixi; 
-
 
məhsulun  hazırlanmasını,  sertifikasiyalaşdıırılmasını  əks    etdirən    normativ  sənədlə  
nişanlanması;  
-
 
 sertifikasiyaya  dair  məlumat; 
Nəqliyyat  markalamasında aşağıdakı məlumatlar göstərilməlidir: 
-
 
göndərən  müəssisənin  adı  və  ünvanı; 
-
 
partiyanın sıra  nömrəsi; 
-
 
məhsulun adı; 
-
 
balın  botaniki  mənşəyi  (hazırlaylnın  istəyinə  görə); 
-
 
yığıldığı il; 
-
 
qablaşdıırılma tarixləri
-
 
qabla  kütləsi (brutto)  və  xalis  kütləsi (netto); 
-
 
həqiqi standart nişanı. 
Qutuları    markalayarkən  əlavə    olaraq  məhsul    vahidinin    miqdarı    göstərilməlidir.  Hər  bir  
qutunun içərisinə qablaşdırılma nömrəsi  yazılmış  qablaşdırılma  vərəqi qoyulmalıdır. 
Şüşə    yaxud    keramika      qablar    yerləşdirilən    qutunun    üst    qapağı    üzərində    “Sınandır, 
ehtiyatlı ol”  xəbərdarlıq  sözləri  yazılmalıdır. 
Bal  tutumu  0,03  litrdən  200  litrədək  olan  istehlak  və  daşınma  qablarında  qablaşdırılır. 
Daşınma  qabları  fısdıq,  tozağacı,  söyüd,  sidr,  cökə,  çinar,  ağcaqovaq,    qızılağac  (oduncağın  
mərtəbəliliyi 16%-dən çox  olmayan ) ağaclarından  hazırlanan  boçka  və   çəlləklərdən ibarət olur. 
Boçka  və  çəlləklərin  daxili  səthi   parafinlənməli,  yaxud  polistroldan  kisə  qoyulmalıdır. Eyni 
zamanda balın daşınmasında aşağıdakılardan istifadə oluna bilər: 


- 78 -
 
 
-
 
tutumu  25  və  38  litr  olan  paslanmayan  polad    təbəqədən,  aluminum  və  alüminləşdirilmiş 
xəlitədən  hazırlanan bidonlar;  
-
 
normativ  sənədli, daxildən  parafinli perqament kağızı  ilə  örtülmüş   bərk  materialından  
hazırlanan  qutular; 
-
 
normativ  sənədli , bal üçün  xüsusi  çuxur; 
-
 
normativ  sənədli,    tutumu  500  litrdən    çox    olmayan      daxildən  qida  lakı  ilə    örtülmüş, 
litoqrafirlənmiş  metal  bərnilər
-
 
normativ  sənədli, tutumu 3,0 – 4,5  litrlik  qida  lakı ilə  örtülmüş aluminum  təbəqəsindən  
stəkanlar  yaxud  tublar; 
-
 
şüşə bərnilər  və  başqa  növ  şüşə  qablar; 
-
 
Dövlət sanepidnəzarət orqanının  icazəsilə  qida  sənayesində  istifadə  üçün  tökmə,  yaxud  
nəm  keçirməyən preslənmiş  büzməli  karton  stəkanlar
-
 
normativ    sənədli,  parafinlənmiş    kiçik    kağız    paketlər    və  qutular,  perqamentdən  və  süni 
polimer    materiallardan,  kartondan,  kağız    və    kombinə    edilmiş  materiallardan    şan    balı  
çərçivə  dəstləri; 
-
 
normativ sənədli, daxildən minalanmış keramik  borular. 
Bütün növ  qablaşdırma  materialları  yeyinti  sənayesində  istifadə üçün Dövlət sanepidnəzarət 
orqanı  ilə    razılaşdırılmalıdır.  İstehlak    və    qaytarılan    qablar    məhsulun    saxlanmasını    təmin  
etməlidir. 
Yadda  saxlamaq  lazımdır  ki,    təbii  bal  kiçik    ölçülü    istehlak    qablarına    (0,2  kq-a  qədər) 
qablaşdırılarkən  məhsulun adı, istehsal tarixi, saxlanma müddəti,  hər bir  qablaşdırılmış  vahidin  
üzərində faktiki standartın  qeydləri  göstərilməlidir. Enerji  dəyərinə  dair əlavə  məlumat  hissəsi  
qoşma  yarlıqda  göstərilməlidir. 
Bal qablaşdırılarkən xalis  kütlə  üçün  0,03 – 1,5 kq-a +2%, 1,5 kq-dan  yuxarı xalis  kütlə  
üçün    +1%    kənarlaşmaya    yol    verilir.  Qabın    həcminin  95%-dən    çox    olmamaq  şərtilə  bal  
doldurulmalıdır. 
İstehlak qabları  germetik, kip  bağlanmalı, yaxud  metal  qapaqla möhkəm bərkidilməli və ya 
vintlənməlidir. Qab polimer materialları ilə bərkidilib termik qaynaq  edilir. Dövlət  sanepidnəzarət 
orqanının icazəsi  ilə  yeyinti   sənayesində  istifadə  olunan  rezin  ara  qatından  istifadə  etməyə  
icazə  verilir. 
Standartlarla    tutumu    0,03  kq-dan    1,5-dək    olan    istehlak    qabları    taxta    və  ya  karton  
qutulara  yerləşdirilməlidir.  Çox işlənən qab məhsulun  saxlanmasını  təmin  etməlidir. 
Qablaşdırılmada qutunun  dib  hissəsinə,  yan  divarı  və qablaşdırılan vahidin ara  boşluğuna  
qabın  qutuda  tərpənməməsini  və  yerini  dəyişib deformasiya  olmamasını  təmin  edən quru və  
təmiz material  qoyulur. 
Büzməli  karton  qutuya    qablaşdırılmış    istehlak    qabına  qablaşdırma  vərəqi    əlavə    olunur.  
Məhsul    büzməli    karton  qutu  və  şüşə  qabda    qablaşdırılarsa    qutu  ,  qəfəs  və    aralıqla    təmin  
olunmalıdır. Məhsul qablaşdırılan  qutunun  qapağı və  şəbəkəli  qəfəsi  polimer  əsaslı  yapışqanlı  
lentlə    yapışdırılır,  yaxud    eni  70  mm-dən  az    olmayan    kağız    əsaslı  lentlə    bərkidilir.  Qapaqları  
yarışdırılmış  qutular  polimer  materiallar, yaxud  metal  lentlə iki yerdən  tarımlanmalıdır. 
Bal    partiyalarla    tədarük  edilir.  Tədarük  edilən  balın  keyfiyyəti  haqda  sənəddə    aşağıdakı 
məlumatlar göstərilməlidir: 
-
 
 müəssisənin  (təşkilatın)    adı  və    hüququ    ünvanı  (fiziki  şəxs  üçün  –  soyadı,  adı,  atasının 
adı);  
-
 
 məhsulun adı  və  botaniki  mənşəyi (hazırlayana  görə); 
-
 
 balyığma ili; 
-
 
 yığıldığı yer; 
-
 
 partiyaların sıra sayı; 
-
 
 partiyalarda  yerlərin miqdarı; 
-
 
 partiyaların  brutto  və  netto  kütləsi
-
 
 sənədlərin verilmə tarixi (baytarlıq şəhadətnaməsi, qaimə və s.); 
-
 
 balın analiz  nəticələri  məlumatı; 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə