29
edirdi: “Sən hər şeyi boynuna almalısan”. Yemelyanov bir də onun üstündə möhkəm dururdu ki,
Nəsirov Yegizarovun və Cəmil Mirzəyevin antisovet fəaliyyəti və onlarla söhbət zamanı
Bağırovun nalayiq hərəkətləri barədə verdiyi ilkin ifadəni təsdiq etsin. Nəsirov cavab verdi ki,
onun heç bir günahı yoxdur. Yemelyanov bilə-bilə ki, Nəsirov əleyhinə əlində heç bir dəlil-sübut
yoxdur, yenə də onu söyür, üstünə qışqırıb hədələyirdi: “Səni şil-küt edib güllələyəcəyəm”.
Qeyd etməliyəm ki, Bağırov və Yemelyanov Yegizarovla daim maraqlanırdı.
SUAL: İstintaq zamanı müstəntiqlər Nəsirovu döyürdülər. Sizin bundan xəbəriniz var
idimi?
CAVAB: Nəsirovun döyülüb-döyülməməsi mənə məlum deyildi.
SUAL: Bu işə daha nə əlavə edə bilərsiniz?
CAVAB: Belə bir faktı xatırlayıram ki, 1942-ci. Y da 1943-cü illərdə mənə Əhmədov
familiyalı bir dustaq düşmüşdü. O öz arvadını Azərbaycan Xalq komissarları sovetinin sədri
T.Quliyevin mənzilində tutmuşdu. Elə onun üstündə də həbs olunmuşdu. O vaxtlat mən
“NKVD”-də istintaq şöbəsi müdirinin müavini idim. Yaqubov dustağı mənə təhvil verəndə dedi:
“Onunla əməli-başlı məşğul olmaq lazımdır”. Mən Əhmədovun istintaqına başladım, o dedi:
“Bizi cəbhəyə göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız”. Sonra isə o danışdı
ki, arvadının pis yola düşməsindən çoxdan şübhələnirmiş, çünki cəbhədən gələndən sonra onun
çox yüksək şəraitdə yaşadığını görübmüş. O, arvadını güdüb, onun T.Quliyevin mənzilinə
getdiyini görür və onları görüş vaxtı bir yerdə tutur. Əhmədov T.Quliyevin üzərinə atılıb
boğazından yapışır, Quliyevin mənzilini qoruyan milis nəfəri özünü yetirir.
Mən Əhmədovu dindirəndən sonra bütün təfərrüatı yazıb qeyd etdim. Sonra dustaq
Əhmədovu Yaqubovun yanına apardılar. Istintaq protokolunu da məndən aldılar.
Əhmədovun aqibətindən xəbərim olmadı, sonralar onun Kommunist küç
Sindəki barın müdiri vəzifəsində işlədiyini öyrəndim.
Şahid – Məmməd Mehdiyevin dediklərindən
Respublikanın və rayonların rəhbər işçilərinin həbsi o vaxtlar Sumbatovun təqdim etdiyi
siyahı üzrə Bağırovun göstərişi və sanksiyası ilə həyata keçirilirdi. Şəxsən mən Bağırovun
dərkənarı olan həmin siyahıları 1938-39-cü illərdə Markaryanda görmüşəm.
Mən İranda olduğum zaman. Sıravi kəşfiyyatçı kimi, konspirasiya məqsədilə
Atakişiyevin rezidenturasında görünə bilməzdim, ona görə də onun İranda özünü necə aparması
barədə məlumatım yox idi. Irandakı agentura ilə aparılan işin vəziyyətindən də xəbərim yox idi.
Ancaq mənə məlumdur ki, Atakişiyev və Quliyev İranda olduqları vaxt onlar bizim kəşfiyyatda
elə rəhbərlik etmişdilər ki, SSRİ ərazisinə göndərilməsi güman edilən xarici kəşfiyyat
agentlərinin biri də aşkara çıxarılmamışdı. Eləcə də xarici kəşfiyyatın SSRİ ərazisinə göndərdiyi
agentlərlə əlaqə kanalları da müəyyənləşdirilməmişdi.
1946-cı ildə Təbrizdə xidməti ezamiyyətim zamanı mən Atakişiyevin mənzilinə gedəsi
oldum. Və mənə məlum oldu ki, Atakişiyev və onun arvadı İranda şəxsi varlanma ilə məşğul
olurmuş. Atakişiyevin mənzilində mən müxtəlif qiymətli əşyalara rast gəldim: ona qədər bahalı
xalça, çoxlu müxtəlif şal və ipək parçalar, hazır paltar və ayaqqabı, gümüş qab-qacaq və başqa
şeylər Atakişiyev böyük məbləğdə əmək haqqı alsa da, bu qədər şeyi halal zəhmətlə qazana
bilməzdi. Bütün bu şeyləri Atakişiyev gömrük nəzarətindən keçmədən və dövlət rüsumu
ödəmələri özüylə Bakıya gətirdi. Sürücülər: Rizvan Quliyev, Fadin və başqaları bütün gecəni
Atakişiyevin gətirdiyi şeylərin vaqondan maşınlara, oradan da Atakişiyevin mənzilinə daşımalı
oldular.
30
Şahid - Xentov Pavel Vladimiroviç
SUAL: Vətəndaşlarin əsassız olaraq məsuliyyətə cəlb olunması və cinayət işlərinin
saxtalaşdırılması barədə Sizə nə məlumdur?
CAVAB: 1942-ci ildə keçmiş nazir Yaqubov köhnə işçiləri yanına çağırıb dedi ki,
Bağırovun göstərişi ilə 1937-38-ci illərdə həbs olunmuş bəzi şəxslərin istintaq protokollarını
çıxarıb, həmin ifadələr üzrə vaxtında aşkara çıxarılmamış silahları müsadirə edib, Bakını orada
adı çəkilən şəxslərdən təmizləmək lazımdır.
Şəxsən mənə Zaqzfqaziyada məşhur olan rəhbər işçi Musabəyovun istintaq protokolu
tapşırılmışdı. Musabəyovun ifadələri açıq-aşkar saxtalaşdırılmışdı, ondan əlavə, oraya Serqo
Orconikidze barədə böhtançı uydurmalar əlavə olunmuşdu.
Protkollarla
tanış olandan sonra mən onların məzmunu barədə şübhələrimi şöbə müdiri
Sosninə bildirib, protokolları I xüsusi şöbəyə qaytardım.
1937-38-ci illərdə mən xidməti işçi əlaqədar Borşevin otağında olarkən rəhbər işçi Dadaş
Bünyadzadə ilə üzləşdim. Şöbənin işçiləri mənə bildirdilər ki, möhkəm döyüləndən sonra
Bünyadzadə əksinqilabi təşkilatın üzvü olması, həmin təşkilatın digər “üzvləri” əksinqilabi
təşkilatın külli miqdarda silahı olması barədə ifadə vermişdir. Ancaq həmin silahı heç kim
görməyib və heç yerdə də aşkara çıxarılmayıb.
SUAL:
Dustaqları konkret olaraq kim döyürdü?
CAVAB:
Dustaqları çox adam döyürdü. Bu təcrübə “NKVD” orqanlarının iş sisteminə
daxil olmuşdu. Istintaq şöbəsinin müdiri Rayev də, müstəntiq, böyük fiziki qüvvəyə malik olan
Qvozdev də dustaqları döyürdü. Dustaqlara işgəncə verənlər arasında zalımlığı ilə xüsusilə
seçilən Borisov-Pavlov, Tsinman, Xoren Qriqoryan və b. göstərə bilərəm.
SUAL:
Sadaladığınız şəxslər konkret olaraq kimləri döyürdülər?
CAVAB:
Yadımdadır ki, mənim yanımda Tsinman Azərbaycan MİK-nin sədri
Əfəndiyevi, Borisov-Pavlov isə Eyyub Qasımovu döymüşdü.
1937-ci ildə inandırıcı olmayan ifadələrə görə Oleq Pavlov həbs olunmuşdu. Iş üzrə
istintaq zamanı onu elə amansızlıqla döymüşdülər ki, sağrılarından ət parçaları qopub düşdü.
Işgəncələrə baxmayaraq Pavlov heç bir ifadə verməmişdi. Odur ki, azad olunmalı idi. Lakin
Sumbatov və Rayev buna razılıq vermədilər. Çünki Pavlov möhkəm əzişdirilmişdi və o, bu
vəziyyətdə azad olunarsa, onların istintaq aparmaq metodları barədə söz-söhbət olmasa da, 5 il
müddətinə azadlıqdan məhrum edildi.
Beləliklə, dustaqları döyə-döyə onlardan özləri və başqaları barədə yalan ifadələr almaq
metodu DT idarəsinin rəhbəri Sumbatov, ondan sonra isə Rayev tərəfindən qoyulmuşdu. Bütün
bu cinayətkar istintaq aparma metodlarının təşkilatçısı isə Bağırov özü idi.
Dustaqları çox vaxt Bağırov özü dindirirmiş, əgər onlar döyüldükləri üçün öz ifadələrini
dəyişdirilərsə və ya ifadə verməkdən tamam imtina edirdilərsə, onda Bağırov deyirmiş: “Deməli,
sizi az döyüblər”.
Mənə məlumdur ki, 1937-38-ci illərdə Bağırovun sanksiyası ilə Azərbaycanın istedadlı
şairi Səməd Vurğun həbs edilibmiş. Xarakterikdir ki, istintaqın gedişində ondan heç bir şüy əldə
edə bilmədikdə Bağırov “allah tərəfindən göndərilmiş xilaskar” rolunda çıxış etdi və onu
həbsdən özü azad etdi. Ancaq onun əleyhinə material toplamağa özü icazə verdi. Yemelyanov
1952-ci ilədək bu işlə məşğul olurdu.
Bağırovun adi adamların həbs edilməsinə necə laqeyidliklə və soyuqqanlılıqla
yanaşdığını sübut edən bir hadisəni də danışmaq istəyirəm: