1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

21 


 

namizəd seçilmiş  şəxsin adını pozub, konfransda seçilməmiş digər kommunistin adını  əlavə 

etmişlər. 

Bir qədərdən sonra DT naziri Yemelyanov məni öz otağına çağırdı, təcili olaraq Zəngilan 

rayonuna gedib, rayon partiya konfransının nümayəndələri Talıbov, Quliyev, Həsənov və 

Babayevi həbs etməyi tapşırdı. 

Yemelyanov onu da qeyd etdi ki, həmin partiya üzvlərinin həbs olunması barədə göstərişi 

şəxsən M.C.Bağırov verib. 

Mən DTN idarəsinə  gəlib yola hazırlıq görən zaman Bakı vilayət partiya komitəsinin 

katibi Teymur Yaqubov da mənə  zəng vuraraq bildirdi ki, Zəngilan rayon partiya konfransı 

nümayəndələrinin həbs olunması barədə şəxsən M.C,Bağırov əmr vermişdir. 

Azərbaycan K(b)P MK-nın  şöbə müdiri Əfəndiyevlə birlikdə  Zəngilana yola düşdük. 

Zəngilanda  Əfəndiyev öz partiya işləri ilə  məşğul olurdu, mən isə DTN idarəsinin müstəntiqi 

Nadirov və familiyasını unutduğum rayon prokuroru ilə birgə Talıbovu, Quliyevi, Həsənovu və 

Babayevi həbs etdim. 

Həmin  şəxslər konfrans qurtarandan dərhal sonra, partiya konfransı keçirilən binadan 

çıxarkən həbs olundular. Onlar birbaşa Bakıya göndərdilər və Azərbaycan SSR CM-nin 126-cı 

maddəsinin 3-cü bəndi ilə müqəssir bilinib 3 il müddətinə azadlıqdan məhrum edirdilər. 

 

SUAL: Əgər Talıbov, Quliyev, Həsənov və Babayev partiya səhvi buraxmışdılarsa, niyə 



Bağırov Yemelyanova DTN orqanlarının partiya konfransının işinə qarışması barədə göstəriş 

vermişdi? Buradan belə çıxır ki, Bağırov DTN orqanlarını partiya orqanlarından üstün tutmağa 

çalışırdı. Elədirmi? 

 

CAVAB: Bəli, mən bunu təsdiq edirəm. Bağırovun həmin hərəkəti DTN orqanlarının 



partiya konfransının işinə nəzarət etməsinə yönəldilmişdir.  

Üumumiyyətlə, Bağırov öz fəaliyyətində partiya üzvlərinin iradəsilə hesablaşmırdı, 

həmişə öz istəyini diqtə etməyə, yeritməyə çalışırdı. Mənim bu nəticəyə gəlməyimə səbəb odur 

ki, Azərbaycan K(b)P MK-nın büro yığıncaqlarında Bağırovun hər hansı məsələdə etiraz etməyə 

çalışanları təhqir etməsinin, qorxutmasının, habelə hədələməsinin dəfələrlə şahidi olmuşam. 

 

SUAL: 1948-ci ildə siz Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi işlədiyiniz dövrdə 



Hüseynov Mirzə Hüseyn oğlu həbs olunmuşdu. Onun həbs olunmasına və DTN-nin daxili 

həbsxanasında saxlanmasına səbəb nə idi? 

 

CAVAB: Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi kimi mənə  məlumdur ki, 



Hüseynov Mirzə Hüseyn oğlu qeyri-qanuni olaraq Bağırovun və Yemelyanovun şəxsi göstərişi 

əsasında həbs olunub. Hüseynov DTN-nin ikinci şöbəsinin əməkdaşları tərəfindən həbs olunub, 

Azərbaycan SSR DTN-nin daxili həbsxanasına salınmışdı. Öz tanışı Mehmandarovla savaşması 

Hüseynovun həbs edilməsinə səbəb olmuşdu. 

Hüseynovun həbs olunması üçün qərar Respublika Prokurorluğunun əməkdaşı tərəfindən 

hazırlanmışdır. Hüseynovun hərəkətləri xuliqanlıq kimi təqdim olunmuşdu. (Azərbaycan SSR 

CM-nin 103-cü maddəsinin I hissəsi). Yaddaşı məni aldatmırsa, Hüseynov həbs olunandan sonra 

həmin qərar prokurorluqdan götürülüb, həmin işə daxil edilmişdi. 

Hüseynovun xuliqanlığı ilə bağlı  işin təhqiqi prosesində  mənə aydın oldu ki, o, qeyri-

qanuni həbs olunub. Zərərçəkən Mehmandarov Hüseynovun xuliqanlığı barədə çox dolaşıq bir 

ifadə verib. Şəxsən mən bu işi Mehmandarovun köməyilə DTN əməkdaşlarından kiminsə düzüb-

qoşduğu və Hüseynovun həbsi üçün bəhanə kimi istifadə etdiyi fitnəkarlıq hesab edirəm. 

Mənim bu nəticəyə gəlməyimin səbəbi odur ki, Hüseynov həbs olunandan az sonra onun 

xuliqanlığı barədə  işə (cinayət sübut olunmadığı üçün) xitam verildi. Lakin bundan sonra da 

Hüseynov uzun müddət həbsdə qaldı və onu əksinqilabi fəaliyyətdə günahlandırmağa başladılar. 

 



 

22 


 

SUAL: Hüseynovu əksinqilabi fəaliyyətdə günahlandırmaq üçün sizin əlinizdə hansı 

əsaslar var idi? 

 

CAVAB: Heç bir əsasımız yox idi. 



 

SUAL: Bəs onda siz hansı məqsədlə 1948-ci ilin 7 sentyabrında Hüseynovu ittiham edən 

qərarı  təsdiq etmisiniz? Həmin qərarda deyilir: “Hüseynov Mirzə Hüseyn oğlu SSRİ-yə qarşı 

uzunmüddətli casusluq fəaliyyətinə görə taqsırlandırılır”. 

 

 



CAVAB: Bu cür qərar çıxarmaq üçün heç bir əsas yox idi. Lakin mən bu qərarı təsdiq 

etməyə məcbur idim. Çünki Yemelyanov Hüseynovun müqəssir olduğunu sübut etməyi məndən 

tələb edirdi. Yemelyanov mənə deyirdi ki, Hüseynovu məsuliyyətə  cəlb etmək barədə  şəxsən 

Bağırov sərəncam verib. 

 

SUAL: Hüseynovun işi üzrə ittihamnamədə göstərilir ki, o, İran konsulluğunun rəsmi 



nümayəndəsi Şirvani Mansurla əlaqəyə girib. Bu əlaqə nədən ibarət idi və Şirvani kimdir? 

 

CAVAB: Şirvani Mansur Azərbaycan SSR DTN-nin agenti idi. Həmin Şirvani bir vaxtlar 



həqiqətən də  İran konsulluğunun təsərrüfat tapşırıqlarını yerinə yetirirmiş. Indi Şirvani sirkdə 

illuzionçu-manipulyator işləyir. Onun öz şəxsi minik maşını var, o da pul qazanmaq məqsədilə 

istənilən adamlara xidmət göstərirdi. Araşdırma nəticəsində müəyyənləşdirilib ki, Hüseynov 

Şirvani ilə tanış imiş və onun maşınına minibmiş. Şirvaninin cinayətkar əlaqəsi barədə mənə heç 

bir şey bəlli deyil. 

SUAL:  İstintaq zamanı hansı  əsasla Hüseynovu türk casusunun arvadı ilə  əlaqədə 

taqsırlandırıldınız? 

 

CAVAB: Hüseynovun casus arvadı ilə  əlaqəsi barədə taqsırlandırılması üçün heç bir 



əsasımız yox idi. Istintaq zamanı müstəntiq Kalinin Əlizadə Əşrəfin arvadı Qəmər Əlizadəni türk 

casusunun arvadı adlandırırdı.  

Bütün bunlar Yemelyanovun göstərişi ilə edilirdi. Əşrəf Əlizadə Azərbaycan K(b)P MK-

nın keçmiş ikinci katibi idi. Mənə məlumdur ki, Bağırovun və Yemelyanovun göstərişi ilə heç 

bir əsas olmadan Əşrəf Əlizadənin türk casusu olmasını sübut etmək üçün II şöbədə əməliyyat 

planı hazırlanırdı. 

 

SUAL: Mirzə Hüseynov Sizə SSRİ  ərazisinə keçmiş  İran demokratları olan uzaq 



qohumları Rəcəbov Şaban və Hüseynlə bağlı nə cür hərəkət etmək barədə zəng vurub. Məsləhət 

almışdırmı? 

 

CAVAB: Hüseynovla mən o, həbs olunana qədər tanış idim. Hüseynov qohumlarını – 



İran demokratlarının yerləşdirilməsi barədə  məsləhət almaq üçün mənə müraciət edə bilərdi. 

Ancaq mən indi bunu xatırlamıram. 

 

SUAL: Hüseynov hansı əsasla karserə salınmışdı? 



 

CAVAB: Dustaq Hüseynov Yemelyanvun göstərişi ilə karserə salınmışdı. Bu üsulla 

Yemelyanov onun casusluq fəaliyyəti barədə yalan ifadələrə nail olmaq istəyirdi. 

 

SUAL: Nə üçün istintaq zamanı Hüseynova işgəncə verirdilər? 



 

CAVAB: Dustaq Hüseynova işgəncə verilməsi barədə Yemelyanov mənim yanımda 

müstəntiq Kalinin göstəriş vermişdir. Bu, Yemelyanovun otağında olmuşdur. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə