1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

25 


 

1933-cü ildə sovet vətəndaşlığını qəbul edib pasport almışam. 1937-38-ci illərdə böyük 

qardaşım Nurəli digər İran təbəələri ilə birlikdə İrana sürgün olundu. Mənim qardaşım heç bir 

cinayət törətməmişdir, o vaxt İran təbəələri kütləvi şəkildə sürgün olunduqları üçün o da sürgün 

olunmuşdu. 

1938-ci ildə hüquq fakultəsini bitirib, vəkil işləməyə başladım. Həbs olunana qədər vəkil 

işləyirdim. 

Həbs olunmağım 1948-ci ilin 25 avqustunda, mənim üçün gözlənilməz bir şəraitdə baş 

verdi. Indiyədək nə  qədər fikirləşirəmsə, həbs olunmağımın səbəbini aydınlaşdıra bilmirəm. 

Guman edirəm ki, Azərbaycan KP MK-nın ikinci katibi Əşrəf Əlizadənin arvadı Qəmər Əlizadə 

ilə tanış olduğum üçün həbs olunmuşam. 

1947-ci ildə Qəmərin anası Rəşidzadə həbs olunmuşdu. Əşrəf Əlizadənin arvadı Qəmər 

mənə bir vəkil kimi müraciət edib, anasına kömək etməyi xahiş etdi. Qəmərin söhbətindən mənə 

məlum oldu ki, anası, MK-nın və Nazirlər Sovetinin bəzi rəhbər işçilərinin nalayiq hərəkətləri 

barədə Respublika partiya MK-nə  məktub yazıb. Həmin məktubda yalnız həqiqəti yazmasına 

baxmayaraq, M.C.Bağırovun göstərişi ilə həbs olunub. 

Bağırovun Qəmər  Əlizadəyə münasibətinə  gəlincə, Qəmər mənə danışdı ki, Bağırovun 

ailəsinə onların ailəsi bağda birgə yaşadığı vaxt, Bağırov onunla cinsi əlaqəyə girməyi tələb edib. 

Lakin Qəmər onun təklifini rədd edib. 

Rəşidzadənin işini müdafiə edə bilməzdim. Həbs olunmamışdan bir gün qabaq Qəmər 

Əlizadəylə Stalin prospekti ilə gedirdik. Bu vaxt Bağırov maşınla yanımızdan keçirdi. O, maşını 

yanımızda saxlayıb, bir mənə, bir də  Qəmərə baxdı  və yoluna davam etdi. Qəmər Bağırovu 

görüb çox qorxdu və dedi ki, o, bu işi belə qoymayacaq, başımıza oyun açacaq. 

Mən isə buna heç bir əhəmiyyət vermədim. Lakin bu hadisənin ertəsi günü keçəylə 

gedərkən DTN işçisi Kalinin məni saxlayıb, maşına dəvət etdi və DTN-nin daxili zindanına 

gətirdi. Məni iki gün kamerada saxladılar. Sonra məni Atakişiyevin otağına gətirdilər. Atakişiyev 

bildirdi ki, mənimlə  şəxsən Yemelyanov özü məşğul olacaq. Atakişiyev onu da dedi ki, mən 

siyasi dustağam və Yemelyanovun dediklərinə diqqətlə qulaq asıb, onun təkliflərini yerinə 

yetirməliyəm. Mənimlə söhbətinin sonunda Atakişiyev dedi ki, onun məsləhətlərinə əməl etsəm, 

hər şey qaydasında olacaq. 

Bir neçə gündən sonra mən Yemelyanovun otağına gətirildim. Yemelyanov məndən 

Qəmər Əlizadə barədə nə bildiyimi soruşdu və dedi ki, Əşrəf Əlizadənin ailəsi cinayətkar ailədir. 

Mən Yemelyanova dedim ki, həmin ailənin cinayətkarlığı barədə heç bir şey bilmirəm, Qəmər 

mənə bir vəkil kimi anasının işindən ötrü müraciət edib. Həmin iş barədə də mənim məlumatım 

yoxdur. Onda Yemelyanov mənə bildirdi ki, səni dindirəcəklər və kameraya yolladı. Ilk vaxtlar 

kamerada yaxşı şəraitdə saxlanılırdım. Bir müddət sonra müstəntiq Kalinin məni yanına çağırdı. 

O, tərcümeyi-halımı dinləmək istədiyini bildirdi. Mən tərcümeyi-halım haqqında geniş məlumat 

verdim, onu da qeyd elədim ki, qardaşım Nurəli 1938-ci ildə İrana sürgün olunub, indi də orada 

yaşayır. 1946-cı ildə  təsadüfən o vaxtlar deyəsən maarif naziri olan Mirzə  İbrahimova və 

Həmkarlar İttifaqının işçisi Ağadadaş Axundova rast gəldiyimdən də danışdım. Onların İrandan 

məzuniyyətdən qayıtdıqlarını, orada qardaşımı gördüklərini və onun salam söylədiyini bildirdim. 

Mirzə İbrahimov və Axundov onu da söylədilər ki, qardaşım sovet quruculuğu əhvalındadır və 

SSRİ-yə keçmək istəyir. Axundovla bir yerdə böyümüşdük, Mirzə  İbrahimovla isə ötəri 

tanışlığımız var idi. 

Mən Kalininə bunları danışandan sonra, o, istintaqı dayandırıb, məni kameraya göndərdi. 

Ertəsi gün mən Yemelyanovun və Kalininin yanına gətirildim. Mən içəri girən kimi 

Yemelyanov Kalinindən otaqdan çıxmağı xahiş etdi. Yemelyanov məndən Mirzə  İbrahimovun 

və Axundovun dövlət sirri səviyyəsində hansı məlumatlar verdiklərini bildirməyi tələb etdi. Mən 

cavab verdim ki, heç bir şey bilmirəm. 

Yemelyanov mənə qalxmağı əmr etdi. Mən ayağa qalxanda o, yumruğu ilə üzümə güclü 

zərbə endirdi və alt çənəmin sağ tərəfindəki iki dişimi sındırdı. Sonra qapını açıb, tanımadığım 



 

26 


 

bir leytenanta məni aparmağı əmr etdi. Familiyasını bilmədiyim nəzarətçi gəlib məni kameraya 

apardı.  

Həbs edilməyim barədə qərar olmadan iyirmi günədək həbsxanada saxlanıldım. Qərarda 

prokurorun sanksiyası vardı, ancaq nə qərarın məzmununu, nə sanksiya verən prokurorun adını 

xatırlayıram. Bircə o yadımdadır ki, qərarda mənim Mehmandarovu döyməyim göstərildi və mən 

xuliqanlıqda və bədən xəsarəti yetirməkdə günahlandırılırdım. 

Bundan sonra məni Kalinin və istintaq şöbəsinin rəisi Padarov dindirirdi. Bəzən istintaq 

vaxtı Yemelyanov da gəlirdi. Məni, demək olar ki, hər dəfə kalinin və Padarov məni möhkəmcə 

əzişdirirdilər. Onlar məni Kalininin otağında çox vaxt rezin dəyənəklə döyürdülər. Onlar rezin 

dəyənəyi bəzən yazı stolunun siyirməsindən, bəzən də dolabdan çıxarırdılar. Padarov və Kalinin 

məni yerə  yıxır,  şalvarımı siyirib, növbə ilə kötəkləyirdilər. Biri döyüb yorulanda, o biri 

başlayırdı. 

Bundan  əlavə Padarov məni o vaxta qədər yumruqlayıb təpikləyirdi ki, mən ayaq üstə 

dayana bilmirdim, çox vaxt ağzımdan qan gəlirdi. Padarov fiziki cəhətdən çox qüvvətli idi. Bir 

dəfə o, Kalininə dustaqları  bədəndə iz qaladan əməlli-başlı döyməyi öyrədəcəyini söylədi. 

Padarov məni qolları üstünə alıb var qüvvəsi ilə döşəməyə çırpdı. Mən uzun müddət yerimdən 

qalxa bilmədim. 

Bir dəfə kalinin və Padarov məni təyyarə amortizatoru ilə döydülər. Amortizatorun içində 

rezin vardı, üstündən isə nazik sim dolanmışdı. Əllərimdə, ayaqlarımda bu günədək cəlladların – 

Yemelyanovun, Padarovun və Kalininin kötəklərinin izi qalıb. Məni daha rahatlıqla əzişdirmək 

üçün bəzən qollarıma qandal vururdular. Yemelyanovun məni ilk dəfə döyməsindən ay yarım 

sonra o, yenidən məni döydü. O, Kalininin otağına gəldi. Padarov bu zaman məni rezin 

dəyənəklə döyürdü. Yemelyanov isə başımın üstündə dayanıb deyirdi: “Qəmərin sənə  nə 

dediyini deyəcəksən, ya yox?” Mən cavab verdim ki, heç bir şüy bilmirəm. Yemelyanov 

yumruğu ilə peysərimə  zərbə endirdi. Özü də döşəməyə  sərildi. Mən gördüm ki, o, həddindən 

artıq sərxoş  vəziyyətdədir. Padarov onu yerdən qaldırdı. Yemelyanov çıxıb getdi, məni isə 

kameraya qaytardılar. 

Mənim döyüldüyümü Atakişiyev də bilirdi. O, məni yanına çağırıb deyirdi: “Əgər Mirzə 

İbrahimov, Axundov və  Əlizadə  Qəmər barədə yalan ifadə verməsən, səni burada – DTN-də 

öldürəcəklər, ailəni də sürgün edəcəklər”. Yemelyanov kimi Atakişiyev də  məni Bağırovun 

göstərişi ilə həbs etdiklərini söyləyirdi. Odur ki, qarşımda iki iki yol var: ya göstərilən adamlar 

barədə  tələb olunan ifadəni verməlisən, ya da ölməlisən. Mən bildirdim ki, heç kimə böhtan 

atmayacağam. 

Daxili həbsxanada mən təkadamlıq kamerada, bəzən də adları xatırımda qalmayan 

dustaqlarla qalırdım. 

Istintaq zamanı Kalinin və Padarov casus olmağım, casuslarla – İran təbəələri,  İran 

konsulluğunun rəsmi  əməkdaşı Mansur Şirvani,  Şaban Rəcəbi və onun oğlu Hüseynağa ilə 

əlaqələrim barədə ifadə verməyi tələb edirdilər. Mən bildirirdim ki, heç bir casusu – İran 

təbəəsini tanımıram,  Şirvaninin  İran konsulluğunun rəsmi  əməkdaşı olmasından da xəbərim 

yoxdur. Onu bilirəm ki, M.Şirvaninin  şəxsi maşınını almaq fikrinə düşdüm və ondan ev 

telefonunun nömrəsini aldım. Telefon nömrəsi indi mənim xatirimdə deyil. Maşını ondan ala 

bilmədim, çünki həbs olunmuşam.  Şirvani isə bu günədək həbs olunmayıb, sirkdə  işləyir. 

Şirvaninin harada yaşadığını isə mən bilmirəm. 

Şaban Rəcəbi və onun oğlu anamın uzaq qohumlarıdır. 1948-ci ildə onlar mənim 

mənzilimə  gəlib  İran demokratları ilə birlikdə  sərhədi keçdiklərini bildirdilər və SSRİ-də 

yaşamaq üçün rəsmi icazə almaq məqsədilə hara müraciət barədə məsləhət istərdilər. Onlar ikisi 

də - ata da, bala da savadsız idilər. Onlar mənim mənzilimə gələn vaxt qonşum Vera Polivanova 

və qulluqçu Aleksandra Davıdova da bizdə idi. Polivanova hal-hazırda 9 yanvar küçəsindəki 23 

№-li evdə yaşayır, Davıdova da haradasa. Bakıda yaşayır. Həmin qadınlar Azərbaycan dilini çox 

yaxşı bilirdilər və  Rəcəbi ilə söhbətim zamanı  əvvəldən axıradək mənim yanımda olublar. 

Onların yanında Rəcəbi mənə söylədi ki, onun İran demokratı olması barədə sənədi var. O mənə 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə