1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

23 


 

Müstəntiq Kalinin istintaq zamanı  mənim yanımda dustaq Hüseynovu bir dəfə döydü. 

Kalinin və Yemelyanovun Hüseynovu daha neçə dəfə döyməsi mənə məlum deyil. Çünki iş üzrə 

istintaqı Kalinin birbaşa Yemelyanovun rəhbərliyi altında aparırdı. Yemelyanov dustaq 

Hüseynovu öz otağına gecədən xeyli keçmiş çağırırdı. 

 

SUAL: Müstəntiq Kalinin Hüseynovu sizin yanınızda hansı məqsədlə döydü? 



 

CAVAB: Kalinin Yemelyanovdan nəyin bahasına olursa olsun Hüseynovun Azərbaycan 

K(b)P MK-nın keçmiş ikinci katibi Əşrəf  Əlizadə  əleyhinə ifadə verməsinə nail olmaq əmri 

almışdır. 

 

SUAL: Sizi Mirzə Hüseynovun 1954-cü ilin 15 iyununda istintaq zamanı verdiyi 



ifadələrlə tanış edirik: 

“DTN-də  məni Yemelyanov, Padarov və Kalinin vəhşicəsinə  əzişdirdiyi vaxt, bundan 

əvvəl qeyd etdiyim ifadələrdən  əlavə, Axundovun mənimlə söhbət  əsnasında dövlət sirrini 

yığdıqları barədə ifadə verməyi tələb edirdilər. Daha sonra Qəmər Əlizadə ilə hansısa cinayət 

əlaqələri barədə ifadə verməliydim”. 

 

Yemelyanov, Kalinin və siz hansı məqsədlə Hüseynovdan Respublika Həmkarlar İttifaqı 



MK-nın işçisi Axundov, Azərbaycan K(b)P MK-nın katibi Əlizadə barədə  təxribatçı, böhtançı 

ifadələr almağa çalışırdınız? 

 

CAVAB: Şəxsən mən Hüseynovun yalnız bir istintaqında iştirak etmişəm. Həmin istintaq 



zamanı Kalinin Hüseynovdan Əşrəf Əlizadə barədə yalan ifadələr almağa çalışırdı, Hüseynovun 

başqa istintaqlarında olmamışam. Ona görə  də Yemelyanovla Kalinin Hüseynovdan hansı 

ifadələri tələb etdiklərindən xəbərim yoxdur. Mən belə hesab edirəm ki, Əlizadə  əleyhinə 

ifadələr ona qara yaxmaq, ləkələmək məqsədi güdürdü. Çünki Bağırovun ondan xoşu gəlmirdi. 

 

SUAL: Nə üçün siz öz xidməti otağınızda rezin dəyənək saxlayırdınız? 



 

CAVAB: Mənim otağımda heç vaxt rezin dəyənək olmayıb. Mən rezin dəyənəyi bircə 

dəfə Yemelyanovun otağında, 1948-ci ildə görmüşəm. 

 

SUAL: Nə üçün Yemelyanov Azərbaycan DTN-də dustaqların döyülməsi kimi 



cinayətkar təcrübədən istifadə edirdi? 

 

CAVAB: Mənə  məlumdur ki, Yemelyanov DTN-də Bağırovdan xəbərsiz heç bir iş 



görmürdü.  Şəxsən mən belə hesab edirəm ki, Yemelyanov dustaqların döyülməsi barədə 

göstərişi Bağırovun  əmrinə  əsasən verirdi. Dustaqların döyülməsi təcrübəsi, sözsüz ki, çox 

ziyanlıdır. 

 

SUAL: 1949-cu ildə dustaq Zeynal Hüseynbəyovu istintaq zamanı hansı  məqsədlə 



döyürdünüz? 

 

CAVAB: Mən bu barədə heç bir şey xatırlamıram, odur ki, Hüseynbəyovun kim 



tərəfindən döyüldüyünü də bilmirəm. 

 

SUAL: Sizə Azərbaycan SSR DTN tərəfindən sovet vtəndaşlarının qeyri-qanuni həbs 



olunması barədə daha hansı fakt məlumdur? 

 



 

24 


 

CAVAB: 1948-ci ildə Azərbaycan SSR Dİ naziri Yaqubovun qərarı ilə psixiatriya üzrə 

professor Fuad İbrahimbəyov həbs edildi. Sonra onun işi baxılma üçün Azərbaycan SSR DTN-

nə göndərildi. Nəticədə  İbrahimbəyovu Azərbaycan SSR CM-nin 72-ci maddəsinə  əsasən 

günahlandırıb, 10 il müddətinı azadlıqdan məhrum etdilər. Ibrahimbəyov 5 il həbsdə qaldı, 1953-

cü ildə  həbs olunması üçün kifayət qədər dəlil-sübut,  əsas olmadığından onun işinə SSRİ Ali 

Məhkəməsi tərəfindən xitam verildi. 

Kimdən eşitdiyim indi dəqiq yadımda deyil, ancaq deyilənə görə,  İbrahimbəyov 

Bağırovun göstərişi ilə həbs edilibmiş. Eşitdiyimə görə, İbrahimbəyov professor Ozeretskovski 

ilə yola gətirirmiş. Ozeretskovski isə Bağırovun arvadını müalicə edirmiş. Bağırovun evində 

olarkən o, İbrahimbəyovdan şikayət edir. Bağırov da dərhal İbrahimbəyovun həbs olunması üçün 

sərəncam verir. 

Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi işlədiyim dövrdə vətəndaşların Bağırovun 

və Yemelyanovun göstərişi ilə çoxlu miqdarda qeyri-qanuni həbsə alınmasının şahidi olmuşam. 

Ancaq onların adları indi yadımda deyil. 

Mənə  məlum olan cinayət faktına diqqət yetirməyi zəruri sayıram. 1930-cu ildə Nuxa-

Zaqatala zonasının səkkiz rayonunda silahlı  əksinqilabi üsyan baş verdi. Həmin üsyanın 

təşkilatçısı  və başçısı ruhani ailəsindən çıxmış nuxalı Molla Mustafa Şeyxzadə idi. Üsyan 

yatırılandan sonra üsyanın iştirakçılarına qarşı  hərbi çekist əməliyyatı aparıldi. Fövqəladə 

üçlüyün başçısı Sumbatov idi. Həmin vaxt yüzlərlə adam həbs edildi güllələndi və sürgünə 

göndərildi. Lakin mənə məlum olmayan səbəbdən üsyanın təşkilatçısı Şeyxzadə həbs olunmadı. 

1932-ci ilin fevralında Azərbaycan BSİ-nin Balakən rayonu üzrə müvəkkili işlədiyim 

zaman öyrəndim ki, Şeyxzadə Tiflisdədir və Türkiyə keçməyə hazırlaşır. Mən Tiflisə getdim. 

Şeyxzadəni həbs edib Bakıya gətirdim. O vaxtlar məlum idi ki, Şeyxzadənin ingilis və türk 

kəşfiyyatı ilə əlaqəsi var, üsyanı da onların tapşırığı ilə təşkil edib. Şeyxzadə çox təhlükəli siyasi 

cinayətkar idi və törətdiyi cinayətlər üçün güllələnməli idi. Mən Şeyxzadəni Bakıya gətirəndən 

sonra BSİ-yə təhvil verdim və bu barədə Sumbatova məlumat verdim. Şeyxzadənin işini BSİ-nin 

müstəntiqi Zeynal Əliyevə tapşırdılar. Mən elə güman edirdim ki, Şeyxzadə güllələnib. Ancaq 

1937-ci ildə öyrəndim ki, Şeyxzadə sağ-salamatdır, qohum-əqrəbası ilə  məktublaşır. Mən 

heyrətə  gəldim ki, üsyanın sıravi iştirakçıları (onların arasında elələri də var idi ki, Şeyxzadə 

başlarını aldadıb üsyana qoşmuşdu) Sumbatovun əmri ilə güllələnib, üsyanın başçısı, casus isə 

sağ qalıb. Mən bu barədə Sumbatovla danışdım. O da özünü elə göstərdi ki, guya Şeyxzadənin 

belə yüngül cəza ilə yaxa qurtarması onu da hiddətləndirir və söz verdi ki, Şeyxzadənin işinə 

yenidən baxmaq üçün tədbir görəcək. 

Əslində isə Sumbatov bu söhbəti gözdən pərdə asmaq üçün edirdi, çünki Şeyxzadə hal-

hazırda sağ-salamatdır. Onun harada yaşadığı mənə məlum deyil, ancaq onu bilirəm ki, Nuxada 

yaşayan ailəsi ondan məktub alır. 

 

Şahid - Hüseynov Mirzə Hüseyn oğlu 

 

 

SUAL: Siz nə ilə əlaqədar 1948-ci ildə həbs olunmusunuz? 



 

CAVAB:  Heç bir cinayət törətmədiyim üçün həbs olunmağımı qeyri-qanuni hesab 

edirəm. 

1912-ci ildə  İranda yoxsul kəndli ailəsində anadan olmuşam. 1918-ci ildə atam vəfat 

edəndən sonra savadsız qadın olan anam üç uşaqla köməksiz qaldı. Odur ki, 1918-19-cu illərdə 

bizi də götürüb Bakıya köçdü. Bakıda anam məni və qardaşım Tiflisdə yaşayıb, orada 

yeməkxanaların birində işləyirdi. Üç ildən sonra anam İran təbəəsi olan bir çəkməçiyə ərə getdi, 

bizi də uşaq evindən çıxarıb, öz yanına apardı və məktəbə düzəltdi. 

1934-cü ildə  mən bakı  təchizat idarəsinə ticarət  şəbəkəsinə  rəhbərlik edə-edə, xalq 

təsərrüfatı institutunun hüquq fakültəsində təhsil alırdım. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə