1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə16/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   12   13   14   15   16   17   18   19   ...   256

 

40

rin, polis, gizli xidmət və digər təhlükəsizlik qüvvələrinin rəhbərləri nazirə tabedir-



lər və nazir də öz növbəsində baş nazirə və həmçinin, parlamentə hesabatlıdır. Əgər 

Parlament bu qüvvələrdə mövcud olan vəziyyətdən məmnun deyilsə, mövcud hö-

küməti və ya sadəcə uyğun nazirləri işdən azad edə bilər. Boşluqları istismar etmə-

mək və ya çaşqınlıq yaratmamaq üçün müxtəlif dövlət orqanlarının müdafiə və təh-

lükəsizlik sektoru üzrə fərqli məsuliyyətləri konstitusiyada və ya ən azı qanunlarda 

aydın surətdə müəyyən edilməlidir. Eyni dərəcədə,  kəşfiyyat və  təhlükəsizlik  

agentliklərinin peşəkar direktorlarının hökümətlə münasibətləri də aydın göstəril-

məlidir. Silahlı qüvvələrin aktivlərinin və  şəxsi heyətinin dinc zamanda ölkənin  

müdafiəsi  və ya təbii fəlakət  və ya başqa fövqaladə hallarda istifadəsinə ehtiyac 

duyulduğu ehtimalları üçün, Konstitusiya bü qüvvələrdən hansı şərtlər daxilində is-

tifadə ediləcəyini və kimin qərarı ilə istifadə ediləcəyini də göstərməlidir. Buna nail 

olmağın ən standard yolu, müxtəlif səviyyəli fövqaladə və gözlənilməz halların for-

malaşdırılmasıdır. Bu kontekstdə yeridilən hərbi qüvvələrlə polis arasında əvvəlcə-

dən elə operativ münasibətlər qurmaq məqsədəuyğundur ki, bütün ssenarilərdə,si-

lahlı münaqışəni və ya müharibəni istisna edən, davamlı “polis üstünlüyünə” təmi-

nat verilsin. 

Silahlı münaqişəyə gəldikdə isə,Konstitusiya, fövqaladə vəziyyətin və mühari-

bənin elan edilməsinin hansı orqanın səlahiyyətinə aid olduğunu və  parlamentin bu 

halda rolunun nədən ibarət olduğunu və bu cür hallarda xüsusi müvəqqəti orqanla-

rın yaranması ehtiyacları haqda aydın göstərməlidir. Əlavə olaraq, xarici hərbi qüv-

vələrin ölkə ərazisində yerləşməsini tənzimləyən aydın prosedurlar və həmçinin, si-

lahlı qüvvələrin müharibədən fərqli vəziyyətlərdə xaricə göndərilməsi prosedurları-

nın qəbul edilməsi zəruridir. 

Müdafiə  və  təhlükəsizlik sektorunun tam və birqiymətli olaraq işlək olması 

üçün konstitusiya yetərli deyil. Əlavə sənədlər də tələb olunur. Bu ölkə səviyyəsin-

də qəbul edilən qanunlar ola bilər və ya parlament və hökümət qətnamələri ola bi-

lər, məntiqi formada ifadə olunmuş  və uyğun dərəcədə elementlərini açıqlayaraq 

milli maraqlar, milli təhlükəsizlik strategiyası və silahlı qüvvələrin və mülki təhlü-

kəsizlik qüvvələrinin  missiyaları  və müdafiə  və  təhlükəsizlik sektorunun yenidən 

qurlulmasının məqsədləri və bu məqsədləri yerinə yetirmə cədvəli ola bilər. Bu sə-

nədlər sadəcə hökümətin konstitusiya öhdləlikləri ilə qatılaşmamalıdırlar, həmçi-

nin, ölkənin beynəlxalq ohdəlikləri də burada əksini tapmalıdır. Lakin, bu sənədlər 

təkcə hökümət yox,ölkənin əsas siyasi partiyalarının və vətəndaş cəmiyyəti təşki-

latlarının konsensusu əsasında hazırlanmalıdır.  

Mülki nəzarət altında əmək bölgüsünün bütün cəhətləri aydın surətdə müəyyən 

edildikdə, tənzimləndikdə  və yaxşı  işləyən demokratik mexanizmlərə yetişdikdə, 

mülki nəzarət ən yaxşı şəkildə təmin olunur və bu zaman ən yüksək vəzifədə otu-

ran mülki icraçı təhlükəni qiymətləndirmək imkanına sahib olur və təhlükəsizlik və 




 

41

müdafiə sektoru bu qiymətləndirməyə uyğun şəkildə ayrı- ayrılıqda, ancaq işlərini 



koordinasiya edərək, hərəkət edirlər. 

 

Milli Təhlükəsizlik Şurası  



 

Milli Təhlükəsizlik Şurasının (MTŞ) təsis edilməsi, müdafiə və təhlükəsizlik sa-

həsində    təhlükə qiymətləndirilməsi və  qərar qəbul edilməsinin təhlükəsizlik və 

müdafiə sektoru qüvvələrindən və ya ayrı-ayrı kəşfiyyat və təhlükəsizlik idarələrin-

dən alınıb, ali mülki rəhbərliyin simasında mülki siyasət sektorunun ixtiyarına keç-

məsinə kömək edər. MTS müxtəlif müdafiə və təhlükəsizlik idarələrinin fəaliyyəti-

ni koordinasiya edir və müdafiə və təhlükəsizlik məsələləri üzrə baş məsləhət orqa-

nı kimi hökümətə məsləhət verir. O prezidenti və baş naziri müdafiə və təhlükəsiz-

lik məsələləri üzrə xəbərdar edir və məsləhətlər verir; müdafiə və təhlükəsizlik sek-

torunun müxtəlif idarələri arasında kəşfiyyat və informasiya paylaşmasına imkan 

yaradır; milli müdafiə və təhlükəsizlik məqsədlərini, ehtiyaclarını və siyasətini nə-

zərdən keçirir; uyğun parlament və hökümət komitələrini məlumatlandırır; rayon 

və bölgə səviyyəsindəki təhlükəsizlik komitələrindən gələn informasiyaları yuxarı-

ya çatdırır. MTS-in öz funksiyalarını səmərəli ifa etməsi üçün həlledici şərt, onun 

tərkibi və səlahiyyət dərəcəsidir. Onun üzvləri müdafiə və təhlükəsizlik  idarələri-

nin  bütün şaxələrini əhatə edən üzvlər  və həmçinin,digər mülki siyasət sektorunu 

təmsil edən maliyyə,xarici işlər,iqtisadiyyat və ədliyyə nazirliklərinin nümayəndə-

ləri olmalıdır. Bu zaman daha bütöv hərbi və təhlükəsizlik analıizi etmək mümkün 

olur. MTŞ çox operativ olmalıdır, müntəzəm surətdə toplanmalıdır, uyğun inzibati 

dəstək almalıdır və aydın hüquqi çərçıvədə hərəkət etməlidir. Lakin, daha təsirli iş-

ləmək üçün, MTŞ-nın fəaliyyətini dəstəkləməkdən ötrü xüsusi Milli Təhlükəsizlik 

Offisi(MTO) və ya İdarəsi yaradılması tələb olunur. MTO informasiya və kəşfiyyat 

toplanmasının sistemli şəkildə mərkəzləşməsinə köməklik edir və bu da öz növbə-

sində vaxtında və faydalı şəkildə hökümətin ali rəhbərlərinə çatdırılır. 

Əməyin bölünməsi və ayrımasıni müəyyən edən prinsiplərin bir qismi aşağıda-

kılardır:  polis və hərbi qüvvələr bir birini tamamlamalıdırlar,polis daxili təhlükə-

sizliyi  əhatə etməli, ordu isə xaricdən gələn təhlükələrə yönəlməlidir, polis hərbi 

yox,mülki və ya xüsusiləşmiş polis kimi qəbul edilməlidir, polisin xidmət üçün 

mövcud olduğü vurğulanmalıdır; hərbi zabitlər, digər rütbələr və birliklər polis sə-

lahiyyətlərini icra  etməməlidirlər; hərbçilərin və çağırışçıların polisdə istifadəsi 

qaçınmalıdır; həm polis, həm də hərbi funksiyaları olan, məsələn,sərhəd və ya sahil 

təhlükəsizlik qüvvələri xüsusiləşmiş polis qüvvələri kimi, daxili işlər nazirliyinə ta-

be olan qüvvələr kimi qurulmalıdır; bütün müdafiə və təhlükəsizlik təşkilatlarında 

siyasiləşmədən çəkinmək lazımdır. 

Ayrılma əmək bölgüsü üçün həm konsepsiya, həm də  sistemdir. Onun prinsip-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə