1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə12/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   8   9   10   11   12   13   14   15   ...   256

 

32

kəsizliyi elementləri kimi qəbul edilir



5

. BMT-nin dəstəyi bir çox ölkələrdəki  siya-

sətçilər üçün güclü stimula  çevrildi. 1999- cu ilin sonuna qədər bu ölkələr İnsan 

Təhlükəsizliyi Şəbəkəsi başlatdılar və bu gün sayı 12-ə çatmış bu ölkələr nazirlər 

səviyyəsində illik görüşlər kecirirlər. Şəbəkə, özünü  kollektiv addımlar üçün “qey-

ri rəsmi, çevik” mexanizm kimi görür və  “beynəlxalq diqqəti yeni və meydana gə-

lən”  məsələlərə yönəldir və “insan təhlükəsizliyi perspektivləri”-ni  tətbiq etməyə 

çalışaraq “münaqişələrin qarşısını almağa və həllinə yönəlmiş  və sülh və inkişafı 

təşviq edən”  siyasi prosesləri gücləndirmək məqsədi güdür. Digər tərəfdən, o fər-

qli beynəlxalq məsələlərdə faydalı köməkliklər göstərmişdir: minaların təmizlən-

məsi; atıcı silahlara və yüngül silahlara nəzarət; Beynəlxalq Cinayət Məhkəməsinin 

qurulması; uşaqların əsgər kimi istifadə olunmasının qadağan edilməsi, insan haq-

ları  təhsili və insan haqları qanunu,beynəlxalq cinayətə qarşı mübarizə, HİV və 

SPİD-ə qarşı mübarizə bu tədbirlərə daxildir

6

.  


Cənubi Afrika təhlükəsizliyin yeni tərifinin müəyyən edilməsində öncüllərdən 

biri idi və 1996- cı ildə dərc olunmuş “ Müdafiə məsələləri üzrə Ağ Sənəd”, insan 

təhlükəsizliyinin indiyə kimi dərc olunan ən aydın tərifini vermişdir

7

.Yaponiyanın 



Baş Naziri Obuçi bu konsepsiyanı Yaponiyanın xarici siyasətinin aparıçı xarakteri 

kimi müəyyən etmiş  və 1998- ci ildə BMT Katibliyində    “İnsan Təhlükəsizliyi 

üçün Trust Fondu” yaradaraq onu maliyyələşdirmişdir

8

.  İnsan təhlükəsizliyini öz 



xarici siyasətinin təməlinə çevirən və insan təhlükəsizliyi gundəminin digər müda-

fiəçisi olan ölkə Kanadadır. Kanada, insan təhlükəsizliyini insanlar üçün  “həm zo-

rakı,həm də qeyri zorakı təhlükələrdən qorunma” kimi, insanların hüquqlarına,asa-

yişinə və hətta onların həyatına qarşı yayılmış olması ilə xarakterizə edir

9

. Bu kon-



sepsiya BMT Baş Katibi Kofi Annan tərəfindən təşviq edildi və o,İnsan Təhlükə-

sizliyi üzrə Komissiya yaratdı və onun 2003- cü ildəki hesabatı  İnsan Təhlükəsizli-

yi üzrə BM –in Daimi Məsləhət Heyətinin yaranmasına gətirdi

10

.  2004- cü ildə, 



                                                            

5

 UNDP,Human Development Report 1994.  Hesabat insan təhlükısizliyinin yeddi kompo-



nentlik siyahısını verir. Iqtisadi təhlükəsizlik, yemək təhlükəsizliyi,sağlamlıq təhlükəsizliyi, 

ekoloji təhlükəsizlik,şəxsi və  ya  fiziki  təhlükəsizlik, icma təhlıkəsizliyi və siyasi təh-

lükəsizlik.  

6

 Avstriya,Kanada, Çili,Yunanıstan,  İrlandiya,İordaniya, Mali, hollandiya,çNorveç, 



İsveçrə,Sloveniya və taylənd, Cənubi Afrika ölkələri müşahidəçi kimi iştirak edirlər. 

7

 Bax: http:/www.humansecuritynetwork.org/network-e.php   South African White Paper 



on Defence, Pretoria:Department of defence, 1996 

8

  Gilson, Gulie&Purvis, Philida, “Japan’s Pursuit of Human Security: Humanitarian 



agenda and Political Pragmatism?”  Japan Forum: The international Journal of Japanese 

Studies, No.15, June 2003, pp 193-207.  

9

 Canada Departmnet of Foreign Affairs and International Trade, Human secuirty: Safety 



for people in a changing world, Ottawa: Departmnet of Foreign Affairs, 1999, p5  

10

 Bax: http:/www.humansecurity-chs.org/abhs/index.html 




 

33

Avropa Birliyi, Araşdıma Qrupunun Avropanın Təhlükəsizlik  İmkanları ilə bağlı 



Barselona Hesabatını “Avropanın  İnsan Təhlükəsizliyi Doktrinası” başlığı altında 

dərc etdi və “insan təhlükəsizliyi böhranına cavab qüvvələri“-nə çağıran bu doktri-

na yeni paradiqmaya geniş  dəstək verdi. Bu qüvvələr münaqişələrin qarşısını al-

maqda və sosial quruculuq üzrə təcrübəsi olan güclü mütəxəssis qrupundan ibarət 

olmalı idi. Hətta onun qüvvədə olan hərbi komponenti  də ağırlıqlı olaraq insan təh-

lükəsizliyi etikası daşımalı idi

11



Artan istiqamətdə istifadə olunmasına baxmayaraq, insan təhlükəsizliyi ilə bağlı 



bu yeni konsepsiya tam açıqlanmalıdır,çünki görünən odur ki, o alternativ təriflərin 

sürüşkən elementlərini özündə ehtiva edir. O, fövqaladə geniş və qarışıq təriflərdən 

istifadəyə görə, tədqiqatçılar üçün özünün analitik faydalılığını və siyasətçilər üçün 

təlimat kimi səmərəliliyini sarsıtdığına görə  tənqid edilmişdir

12

. Bir çoxları üçün, 



insan təhlükəsizliyini BM İnkişaf Agentliyi ilə bağlamaq onun məzmunundan asılı 

olmayaraq,ya onun dəyərini artırır,ya da onun həqiqiliyini sarsıdır. Başqaları üçün, 

təhlükəsizlik mövzuları gözə görünməyən qlobal intelligensiya tərəfindən  naraha-

tedici və ya məmnunluq gətirən konsensusla əlaqəlidir. Bir çox ölkələr İnsan təhlü-

kəsizliyini özlərinin xarici siyasətlərinin əsası kimi qəbul etdikləri halda, başqaları 

isə  ən yaxşı halda ikili,ya da daha ümumi desək skeptik yanaşırlar. Beləliklə, bu 

cür aydın olmayan və mübahisə doğuran konsepsiya çox fayda gətirə bilərmi?  Və 

ya bu fikrə daha da əlavə etsək: müdafiə  və  təhlükəsizlik sektoru buna hər hansı 

diqqət yetirməlidirmi?  Biz müsbət istiqamətdə arqument gətiririk, boynumuza alaq 

ki, bu paradiqma yüksəliş qazanır və bəlkə də müdafiə və təhlükəsizlik qüvvələri 

gələcəkdə ancaq bu paradiqmanın əsas hissəsi olduğu konseptual mühitin tərkibin-

də hərəkət edəcəkdir. 

Daha bir mühüm tərif məsələsi-və onun üzərində onun çoxlu müdafiəçılərı fər-

qli görüşlərdədirlər- insan təhlükəsizliyinin təhlükəsizlik landşaftını idarə etməsi 

dərəcəsidir. İlkin BM İnkişaf Agentliyinin formulu insan təhlükəsizliyinin aparıcı 

təhlükəsizlik paradiqması olduqunu irəli sürürdü. Lakin, hər ikisi İnsan Təhlükəsiz-

liyi  Şəbəkəsi üzvü olan və xarici siyasətlərini insan təhlükəsizliyi üzərində quran 

Kanada və Yaponiya “insan təhlükəsizliyi” və “Milli Təhlükəsizlik” arasında aydın 

fərq qoyurlar. Nə Kanada, nə də Yaponiya bir təhlükəsizlik paradiqmasını, o biri-

sindən üstün tutmurlar. Kanada höküməti onların bir-birini “tamamladığını” 

deyir

13

. Beləliklə, bu paradiqmanın bu günə qədər başqa yarışan təhlükəsizlik kon-



sepsiyaları üzərində üstünlük qazanmaması Soyuq Müharibədən sonrakı dövrdə ha-

                                                            

11

 Bu mövzuda Avropada meydana gələn fikirlə bağlı bax:http://www.iss-eu.org 



12

 See e.g. Paris, R., “Human Security: Paradigm Shift or Hot Air?”, International Security

Vol. 26, No. 2, Fall 2001, pp. 92–93. 

13

 Canada Department of Foreign Affairs and International Trade, Human Security: Safety 



for People in a Changing World, pp. 5-6 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə